Əhlİ Sünnə mənbələrİndən Hz. Əli (ə.s.) haqqında nə deyİLİR


Peyğəmbərimizdən (s.a.v.v.) nəql olunan aşağıdakı hədislər sübut edir ki, İmam Əli (ə.) səhabələrin ən üstünüdür və yalnız o Peyğəmbərdən (s.a.v.v.) sonra onun ümmətinə rəhbərlik etməyə layiqdir.

1) Peyğəmbər (s) buyurub: “Əli Hittə (bağışlanma) qapısıdır. Kim (dinə) ondan daxil olsa mömin olar və kim ondan xaric olsa kafir olar”.

“Kənzul-ümmal”: c.11, səh.603;
“Əl-camius-səğir”: c.2, səh.177;
“Feyzul-qadir şərh əl-camius-səğir”: c.4, səh.469;
“Əs-səvaiqul-muhriqə”: c.2, səh.366 və sairə mənbələr.

2) Peyğəmbər (s) buyurub: “Ey Əli! Sən məndən başqa (mənimlə yanaşı) Qiyamət günündə cənnət və cəhənnəmi bölənsən (qasimul cənnəti vən-nar)”.

“Əs-səvaiqul-muhriqə”: səh.75
“Kənzul-ümmal”: c.6, səh.402
“Kunuzul-həqaiq”: səh.92

3) Peyğəmbər (s) buyurub: “Ey Əli! Sən dünya və axirətdə mənim bayrağımın sahibisən”.

“Kənzul-ümmal”: c.6, səh.403
“Zəxairul-uqbə”: səh.75
“Ər-riyazun-nəzirə”: c.2, səh.201
“Hilyətul-övliya”: c.1, səh.66
“Tarixi-Bağdad”: c.14, səh.98 və sairə mənbələr

4) Peyğəmbər (s) buyurub: “Bütün peyğəmbərlərin sirlərinin sahibi var.Mənim də sirlərimin sahibi (saxlayan) Əli ibni Əbi-Talib (ə)-dir”.

“Tarixi-mədinətu Dəməşq”: c.42, səh.317
“Yənabiul-məvəddə”: səh.235 və sairə mənbələr

5) Peyğəmbər (s) buyurub: “Əli itaətkarların (xeyirxahların) İmamıdır, facirlərin (itaətsizklərin, ziyankarların) qatilidir. Kim ona kömək etsə Allah tərəfindən (həmin şəxsə) kömək olunacaqdır, kim onu (ona kömək etməyib) tərk etsə (həmin şəxs də həmçinin Allah tərəfindən kömək edilməyib) tərk olunacaqdır”.

“Kənzul-ümmal”: c.11, səh.602
“Əl-camius-səğir”: c.2, səh.177
“Feyzul-qadir şərh əl-camius-səğir”: c.4, səh.469 və sairə mənbələr

6) Peyğəmbər (s)-dən Əli (ə) haqqında soruşdular və bu zaman Peyğəmbər (s) buyurdu: “Hikmət (müdriklik, elm) Allah tərəfindən 10 yerə bölünüb.Onun 9 hissəsi Əli (ə)-a verilib, 1 hissəsi isə digər insanlara verilib”.

“Hilyətul-övliya”: c.1, səh.64
“Tarixi-mədinətu Dəməşq”: c.2, səh.481, hədis:999
“Əl-İstiab”: c.3, səh.1104, hədis:1855
“Mizanul-etidal”: c.1, səh.58, hədis: 499
“Kifayətut-talib”: bab.59, səh.226, 292 ,332 və sairə mənbələr

7) Peyğəmbər (s) buyurub: “Əli məndəndir, necə ki başımın bədənimə olan dərəcəsi kimi (nisbəti) kimi”.

“Tarixi-Bağdad”: c.7, səh.12
“Kənzul-ümmal”: c.11, səh.603
“Yənabiul-məvəddə” səh.180, 254 və sairə mənbələr

8) Peyğəmbər (s) buyurub: “Zülfiqar (fəqərəli qılınc) kimi qılınc yoxdur və Əli kimi (mərd) cavan yoxdur”.

“Tarixi-Təbəri”: c.2, səh.197
“Mizanul-etidal”: c.3, səh.324
“Kifayətut-talib”: səh.277-280
“Zəxairul-uqbə”: səh.74
Xarəzmi “Əl-Mənaqib”: səh.107
“Əl-bidayə vən-nihayə”: c.7, səh.337

9) Peyğəmbər (s) buyurub: “Bütün peyğəmbərlərin (ə) xəlili (sadiq və xalis dostu) olub.Mənim də xəlilim və (din) qardaşım Əlidir”.

“Kənzul-ummal”: c.11, səh.634, hədis: 33089 və sairə mənbələr

10) Peyğəmbər (s) buyurub: “Həqiqətən (axirətdə) sirat (körpüsü) üzərində bir əqəbə (maneə aşırım) vardır.Əli ibni Əbi-Talib (ə)-dən icazəsi olmayan heç bir kəsə oradan keçməyə icazə verilməyəcək”.

“Tarixi-mədinətu-Dəməşq”: c.44, səh.254
“Tarixi-Bağdad”: c.10, səh.357
“Lisanul-mizan”: c.4, səh.111 və sairə mənbələr

11) Peyğəmbər (s) buyurub: “(Ey müsəlmanlar!) Sizin ən üstün qəzavət edəniniz Əlidir”.

“Səhihi-Buxari”: c.6, səh.116
“Sünəni-İbn Macə”: bab: Fəzailu Əshabir-Rasul
“Müstədrəkus-səhiheyn”: c.3, səh.135
“Təbaqati-İbn Səd”: c.2, səh.102
“Məcməuz-zəvaid”: c.9, səh.165
“Zəxairul-uqbə”: səh.83
“Feyzul-qadir”: c.1, səh.285
“Təfsiri-Qurtubi”: c.15, səh.162
“Tarixi-mədinətu-Dəməşq”: c.51, səh.300
“Tarixi-İbni Xəldun”: c.1, səh.197 və sairə mənbələr

12) Peyğəmbər (s) buyurub: “Möminin (əməl) səhifəsinin (kitabının) ünvanı (başlanğıc sözü və ya adı) Əli ibni Əbi-Talib (ə)-ə məhəbbətdir (sözüdür)-(yəni ömrünü bu məhəbbətə həsr edib, bütün ibadəti və əməlləri bu məhəbbət əsasında olub)”.

“Tarixi-Bağdad”: c.4, səh.410
“Təhzibu Tarixi-Dəməşq”: c.1, səh.455
İbn Məğazəli “Əl-Mənaqib”: səh.243
“Kənzul-ümmal”: c.11, səh.60
“Əl-camius-səğir”: c.2, səh.182
“Feyzul-qadir şərh əl-camius-səğir”: c.4, səh.481
“Tarixi-mədinətu-Dəməşq”: c.5, səh.23
“Lisanul-mizan”: c.5, səh.230

13) Peyğəmbər (s) buyurub: “(Ey müsəlmanlar!) Sizin kişilərinizin ən xeyirlisi (yaxşısı) Əli ibni Əbi-Talib (ə)-dir.Cavanlarınızın ən xeyirlisi (yaxşısı) Həsən (ə) və Hüseyn (ə)-dır.Qadınlarınızın ən xeyirlisi (yaxşısı) isə Fatimə binti Muhəmməd (s)-dir”.

“Tarixi-Bağdad”: c.4, səh.392
“Kənzul-ümmal”: c.11, səh.617
“Tarixi-mədinətu-Dəməşq”: c.14, səh.167 və sairə mənbələr

14) Peyğəmbər (s) buyurub: ”Əli Quranla birgədir və Quran da Əli birgədir.Bu ikisi Kövsər hovuzunun yanında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar”.

“Müstədrəkus-səhiheyn”: c.3, səh.124, hədis:4628
“Əl-camius-səğir”: c.2, səh.140, hədis: 5594
“Əl-mucəmus-səğir”: c.1, səh.255
“Əl-mucəmul-əvsat”: c.5, səh.455, hədis 4877
“Feyzul-qadir”: c.4, səh.470
“Məcməuz-zəvaid’: c.9, səh.134
“Tarixul-xuləfa”: səh.116
“Kənzul-ümmal”: c.12, səh.203 və sairə mənbələr

15) Ömər ibni Xəttab belə deyir: Şahidlik edirəm ki, Allahın Rəsulundan (s.a.v.v.) belə eşitmişəm: “Əgər 7 göy əməl tərəzisinin bir gözünə, Əli ibni Əbi-Talibnin (ə) imanı tərəzinin o biri gözünə qoyulsa mütləq Əli (ə)-ın imanı ağır gələr”.

“Kənzul-ümmal”: c.6, səh.156
“Ər-riyazun-nəzirə”: c.2, səh.226
“Tarixi-mədinətu-Dəməşq”: c.2, səh.365 və sairə mənbələr

16) Peyğəmbər (s) buyurub: “Əliyə (ə.s.) nəzər salmaq (tamaşa etmək) ibadətdir”.

“Müstədrəkus-səhiheyn”: c.3, səh.141
“Hilyətul-övliya”: c.5, səh.58
“Məcməuz-zəvaid”: c.9, səh.119
“Ər-riyazun-nəzirə”: c.2, səh.219
“Tarixi-Bağdad”: c.2, səh.51
“Kənzul-ümmal”: c.6, səh.152
“Feyzul-qadir”: c.6, səh.299
“Əl-İsabə”: c.8, birinci hissə, səh.183
“Əs-səvaiqul-muhriqə”: səh.74
“Kunuzul-həqaiq”: səh.73 və sairə

17) Peyğəmbər (s) buyurub: “Kim Əlini sevirsə, artıq (o şəxs) məni sevmişdir və kim məni sevirsə, o artıq Allahı sevmişdir.Kim Əliyə düşmən olarsa, artıq (o şəxs) mənə düşmən olmuşdur və kim mənə düçməndirsə, artıq (o şəxs) Allaha düşməndir”.

“Usdul-ğabə”: c.4, səh.383
“Tarixi-Bağdad’: c.13, səh.32
“Kənzul-ümmal”: c.6, səh.154
“Müstədrəkus-səhiheyn”: c.3, səh.142
“Məcməuz-zəvaid”: c.9, səh.131
“Ər-riyazun-nəzirə”: c.2, səh.214 və sairə mənbələr

18) Peyğəmbər (s) buyurub: “Ey Əli! Səni mömin olandan başqası sevməz və sənə münafiq olandan başqası düşmən olmaz.....Məndən sonra sənə düşmən olan üçün vəyl vardır (yəni cəhənnəmin vəyl dərəsində ona əzab vardır)”.

“Məcməuz-zəvaid”: c.9, səh.133
“Ər-riyazun-nəzirə”: c.2, səh.214
“Kənzul-ümmal”: c.7, səh.140
“Səhihi-Müslim”: İman babı

19) Peyğəmbər (s) buyurub: “Kim Əliyə söysə, artıq (o şəxs) məni söymüşdür və kim məni söymüşsə, artıq (o şəxs) Allahı söymüşdür və kim İzzət və Cəlal sahibi olan Allahı söymüşsə, Allah onun burnunu yerə sürtər (yəni onu alçaldar sındırar)”.

“Müstədrəkus-səhiheyn”: c.1, səh.121
“Müsnədi-Əhməd”: c.6, səh.323
Nisai “Xəsais”: səh.24
“Ər-riyazun-nəzirə”: c.2, səh.166
“Zəxairul-uqbə”: səh.66

20) Peyğəmbər (s) buyurub: “Adəm (bağışlanması üçün Allaha) Muhəmmədin (s), Əlinin (ə), Fatimənin (ə), Həsənin (ə), Hüseynin (ə) haqqına verib yalvardı və tövbəsi qəbul olundu”.

Süyuti “Əd-durrul-mənsur”
“Kənzul-ümmal”: c.1, səh.224

21) Peyğəmbər (s)-in yanında (süfrəsində) quş əti var idi.O belə dua etdi: “Ey Allahım! Mənim yanıma öz yaratdıqlarının ən sevilmisini gətir ki, mənimlə bu quş ətitni yesin .Peyğəmbər (s)-in bu duasından sonra Əli (ə) gəldi. Peyğəmbər (s) onunla birlikdə bu quş ətini yedi.\"

“Səhihi-Tirmizi”: c.2, səh.299
“Məcməuz-zəvaid”: c.6, səh.339
“Ər-riyazun-nəzirə”: c.2, səh.161
“Kənzul-ümmal”: c.6, səh.406
“Zəxairul-uqbə”: səh.161
“Usdul-ğabə”: c.4, səh.383
“Tarixi-Bağdad”: c.3, səh.171
“Müstədrəkus-səhiheyn”: c.3, səh.130

22) Peyğəmbər (s) buyurub: “Ya Əli! Sən və sənin şiələrin Kövsər hovuzunun yanına susuzluğunu yatırmış və üzləri ağ nurlu halda yetişərlər.Sənin düşmənlərin isə Kövsər hovuzunun yanına susuz və susuzluqdan taqəti getmiş (taqətdən düşmüş) halda yetişərlər”.

“Əl-mucəmul-kəbir”: c.1, səh.319, hədis: 948
“Məcməuz-zəvaid”: c.9, səh.131 və sairə mənbələr

23) Peyğəmbər (s) buyurub: “Həqiqətən Allah məni və Əlini (ə) bir ağacdan yaratdı və mən o ağacın köküyəm, Əli (ə) isə budaqlarıdır.Həsən (ə) və Hüseyn (ə) onun meyvələri, şiələrimiz isə onun yarpaqlarıdır.Onan görə də kim bu ağacdan yapışsa cənnətə daxil olar və əzabdan amanda qalar”.

“Əl-mucəmul-əvsat”: c.4, səh.263
“Müstədrəkus-səhiheyn”: c.2, səh.263
“Əl-İsabə”: c.3, səh.507
“Məcməuz-zəvaid”: c.9, səh.100
“Tarixi-mədinətu-Dəməşq”: c.41, səh.335
“Tarixi-Bağdad”: c.6, səh.58 və sairə mənbələr

24) Həqiqətən Allahın Rəsulu (s) bir gün xəstələnir.Qızı Fatimə (ə) yanına gəlir və ağlayır.Bu zaman Peyğəmbər (s) belə buyurur: ”Ey Fatimə! Allahın sənə olan kəramətidir (lütfüdür) ki, səni elə bir şəxslə evləndirib ki, (Allahın əmrlərinə) təslim olmaqda ən qabaqcılıdr, elmi isə hamıdan çoxdur.Həqiqətən İzzət və Cəlal sahibi olan Allah yer əhlinə nəzər saldı məni nəbi və mürsəl (peyğəmbər) seçdi.Sonra yer əhlinə nəzər etdi onların da içindən sənin ərini seçdi və mənə vəhy etdi ki, onu səninlə evləndirm və onu öz vəsim (vəsiyyət edəcəyim şəxs) təyin etdim.
Ey Fatimə! Peyğəmbərlərin (ə) ən xeyirlisi bizdəndir ki, o da sənin atandır və vəsilərin ən xeyirlisi (vəsiyyət edilənlərin) ən xeyirlisi bizdəndir ki, o da ərindir və şəhidlərin ən xeyirlisi bizdəndir ki, o da Həmzə (ə)-dir ki, sənin atanın əmisidir və bizdəndir.O şəxs ki cənnətdə ona verilmiş iki qanadla nə vaxt istəsə uçar, o şəxs Cəfərdir ki, sənin atanın əmisi oğludur.Bu ümmətin iki oğlu (balası) və cənnət cavanlarının seyyidləri (ağaları) bizdəndir.Onlar Həsən (ə) və Hüseyn (ə)-dir ki, sənin övladlarındır və canım əlində olan Allaha and olsun ki, Mehdi (ə) bizdəndir ki, o da sənin övladlarındandır”.

“Əl-mucəmul-kəbir”: c.3, səh.57; c.4, səh.171-172
“Əl-mucəmul-əvsat”: c.6, səh.327-328
“Məcməuz-zəvaid”: c.8, səh.153; c.9, səh.165-166
“Tarixi-mədinətu-Dəməşq”: c.42, səh.130

25) Peyğəmbər (s) buyurub: “Ya Əli! Canım əlində olan Allaha and olsun ki, əgər mənim ümmətimin içərisində olan tayfalar sənin haqqında nəsranilərin (xristianların) İsa ibni Məryəm (ə) haqqında dediklərini deməsəydilər, mütləq bu gün sənin haqqında elə bir söz deyərdim ki, hər bir müsəlman bir şəxs sən onun yanından keçdikdə sənin ayağ izinin torpağını Allahdan bərəkət tələb etmək vəsiləsi olaraq götürərdi”.

“Əl-mucəmul-kəbir”: c.1, səh.320
“Məcməuz-zəvaid”: c.9, səh.131
Xarəzmə “Əl-mənaqib”: səh.311
“Şəvahidut-tənzil”: c.1, səh.233 və sairə mənbələr

26) Peyğəmbər (s) buyurub: “Həqiqətən İzzət və Cəlal sahibi olan Allah mənə 4 nəfəri sevməyi əmr etdi və mənə xəbər verdi ki, o da (Allah da) bu 4 nəfəri sevir.Dedilər: Ey Allahın Rəsulu! Onlar kimlərdir: Allahın Rəsulu (s) buyurdu: Əli (ə) onlardandır (və bunu 3 dəfə dedi) Əbu-Zərr, Salman və Miqdad”.

“Müsnədi-Əhməd”: c.5, səh.351
“Səhihi-Tirmizi”: c.5, səh.299
“Sünəni-İbn Macə”: c.1, səh.53
“Sünəni-Əbu-Davud”: c.1, səh.37
İbn Hənbəl “Fəzailus-səhabə”: c.2, səh.657
“Əl-mucəmul-əvsat”: c.7, səh.156
“Müstədrəkus-səhiheyn”: c.3, səh.130
“Təhzibut-təhzib”: c.101, səh.255
“Əl-İsabə”: c.6, səh.161
“Usdul-ğabə”: c.4, səh.410
“Məcməuz-zəvaid”: c.9, səh.155 və sairə mənbələr

27) Peyğəmbər (s) buyurub: “Həqiqətən İzzət və Cəlal sahibi olan Allah mələklərin yanında Əli (ə)-a görə elə fəxr edər ki, axırda mələklər deyərlər: Bəh-bəh, sənə xoş olsun (Əhsən olsun halal, olsun) Ey Əli!”.

“Ər-riyazun-nəzirə”: c.3, səh.202
Təbəri “Zəxairul-uqbə”
Abdullah Şafei “Mənaqib”
Xarəzmi “Mənaqib” və sairə mənbələr


28) Peyğəmbər (s) buyurub: “Kim yaradılışına görə Adəmə nəzər salmaq (tamaşa etmək) istəyirsə və təqvasına görə Nuha nəzər salmaq istəyirsə və (Allahla) dostluğuna görə İbrahimə nəzər salmaq istəyirsə və heybətinə görə (Allahdan qorxmasına və böyüklüyünə, əzəmətinə görə) Musaya nəzər salmaq istəyirsə, onda Əli ibni Əbi-Talibə (ə)-a nəzər salsın”.

“Tarixi-mədinətu-Dəməşq”: c.42, səh.280
“Təftəzani Şərhu Məqasid”: c.2, səh.219
İbn Məğazili “Mənaqib”: səh.212 və sairə mənbələr

29) Peyğəmbər (s) buyurub: “Kim elminə görə Adəmə, fəhminə görə (dərin düşüncəsinə görə) Nuha, hilminə (çox vaxt haqqını ona zülm edənə bağışlayıb onu əfv etdiyinə) görə İbrahimə, zöhdünə (dünya ləzzətlərinə məhəbbətinin olmamasına) görə Yəhyaya, möhkəm iradəli (şücaətli və sərt) olamasına görə Musaya və yaxşılıq etməyinə ( və ya nuraniliyinə görə) Muhəmmədə (s) nəzərə salıb tamaşa etmək istəyirsə, onda Əli ibni Əbi-Talibə (ə)-ə nəzər salsın”.

“Ər-riyazun-nəzirə”: c.3, səh.196-197
“Zəxairul-uqbə”: səh.93
İbn Kəsir “Traix”: c.7 səh.392-393
“Tarixi-mədinətu-Dəməşq”: c.42 səh.280 və sasirə mənbələr

30) Peyğəmbər (s) buyurub: “Mənim din qardaşlarımın ən xeyirlisi Əli (ə)-dir.Əmilərimin də ən xeyirlisi Həmzə (ə)-dir və Əlinin (ə) adını zikr etmək (dilə gətirmək) ibadətdir”.

“Əl-İsabə”: c.2, səh.234
“Usdul-ğabə”: c.3, səh.72
“Kənzul-ümmal”: c.11, səh.608; c.13, səh.140 və sairə mənbələr

31) Peyğəmbər (s) qızı Faimə (ə)-a belə buyurdu: “Səni dünya və axirətdə seyyid olan (üstün olan) bir şəxsə ərə verdim və həqiqətən o İslamda (Allahın əmrlərinə tslim olmaqda) mənim səhabələrimin birincisidir və onların ən çox elmli olanıdır və onların ən böyük (əzəmətli) hilmi (əfv etmək xüsusiyyəti) olanıdır.

“Müsnədi-Əhməd”: c.5, səh.26-33
İbn Hənbəl “Fəzailus-səhabə”: c.2, səh.764
“Əl-mucəmul-kəbir”: c.1, səh.94; c.20, səh.230
“Əl-İsabə”: c.3, səh.1099
“Usdul-ğabə”: c.5, səh.52
Zəhəbi “Tarixul-İslam”: c.3, səh.628
“Məcməuz-zəvaid”: c.9, səh.101-104
“Tarixi-mədinətu-Dəməşq”: c.42, səh.232
“Kənzul-ümmal”: c.11, səh.105-14; c.13, səh.14 və sairə mənbələr

32) Peyğəmbər (s) buyurub: “Mən hikmət eviyəm və Əli (ə) isə onun qapısıdır və kim hikmət istəyirsə qapıya tərəf gəsin”.

“Səhih-Tirmizi”: c.5, səh.637, hədis3723
“Kənzul-ümmal”: c.11, səh.600, hədis: 32889;
c.13, səh.147, hədis: 36462
“Tarixi-mədinətu-Dəməşq”: c.42, səh.378
“Əl-camius-səğir”: c.1, səh.415, hədis: 2704
“Ər-riyazun-nəzirə”: c.2, səh.159
“Əs-səvaiqul-muhriqə”: c.2, səh.357
“Hilyətul-övliya”: c.1, səh.64
“Mizanul-etidal”: c.6, səh.279, hədis: 8008
“Zəxairul-uqbə”: səh.77
İbn Hənbəl “Fəzailus-səhabə”: c.2, səh.634, hədis: 1081

33) Peyğəmbər (s) buyurub: “Mən Adəm (ə) övladlarının seyyidiyəm və Əli (ə) ərəbin seyyidir”.

“Məcməuz-zəvaid”: c.9, səh.116-131
“Əl-mucəmul-kəbir”: c.3, səh.88, hədis: 2749
“Müstədrəkus-səhiheyn”: c.3, səh.133-134, hədis: 4625-4627
“Əl-mucəmul-əvsat”: c.2, səh.127, hədis: 1468
“Hilyətul-övliya”: c.1, səh.63; c.5, səh.38
“Tarixul-İslam”: c.3, səh.635
“Kənzul-ümmal”: c.11, səh.618, hədis: 33088;
c.13, səh.143, hədis: 36448-36456
“Zəxairul-uqbə”: səh.69
“Tarixi-mədinətu-Dəməşq”: c.42, səh.306
“Tarixi-Bağdad”: c.11, səh.90, hədis: 5776 və sairə mənbələr

34) Peyğəmbər (s) buyurub: “Ey Əli! Həqiqətən Uca Allah sənə elə bir zinət (bəzək) verib zinətləndirmişdir ki, (indiyə qədər) heç bir bəndəsini ondan da sevimli bir zinətlə bəzəməmişdir.Bu zinət İzzət və Cəlal sahibi olan Allah yanında əbrarların (çoxlu xeyir iş görənlərin) zinəti olan dünyadakı zöhddür (yəni dünya ləzzətlərini sevməməkdir) və Allah elə etmişdir ki, nə dünyadan sənə bir şey yetişməz, nə də ki, səndən dünyaya bir şey yetişər (yəni nə dünya səni cəlb edə bilməz, nə də ki, sənin ona məhəbbətin olmaz) və Allah sənə miskinlərin (yoxsulların) məhəbbətini (səni sevməklərini) hədiyyə etdi və sənin üçün elə etdi ki, sən onların sənə tabe olamalarına razısan və onlar da sənin onlara İmam olmağına razıdırlar”.

“Hilyətul-övliya”: c.1, səh.71
“Əl-mucəmul-əvsat”: c.2, səh.337, hədis: 2157
“Məcməuz-zəvaid”: c.9, səh.121-132
“Kənzul-ümmal”: c.12, səh.222
“Tarixi-mədinətu-Dəməşq”: c.42, səh.282 və sairə mənbələr

35) Peyğəmbər (s) buyurub: “Mən və Əli (ə) İzzət və Cəlal sahibi olan Allahın qarşısında Adəmi (ə) yaratmasından 4 min il qabaq bir nur idik və elə ki Allah Adəmi (ə) yaratdı, bu nur 2 hissəyə bölündü: bir hissəsi mən oldum və o biri hissəsi Əli (ə) oldu”.

“Fəzailus-səhabə”: c.2, səh.662
“Ər-riyazun-nəzirə”: c.3, səh.120
“Tarixi-mədinətu-Dəməşq”: c.42, səh.135
“Mizanul-etidal”: c.1, səh.191
“Lisanul-mizan”: c.2, səh229 və sairə mənbələr

36) Peyğəmbər (s) buyurub: “Ey Əli! Qiyamət günündə cənnət əsalarından (hasalarından) bir əsa səninlə birlikdə olar (yəni sənin bir əsan olar) ki, onunla Kövsər hovuzunun yanından münafiqləri qovarsan”.

“Əl-mucəmul-kəbir”: c.3, səh.81, hədis: 2726-2727
“Əl-mucəmul-əvsat”: c.7, səh.343, hədis: 7675
“Əl-mucəmis-səğir”: c.2, səh.79, hədis:1014
“Müstədrəkus-səhiheyn”: c.3, səh.148, hədis: 4669
Zəhəbi “Təlxis”: c.3, səh.138
“Siyəru aləmun-nubəla”: c.3, səh.39
“Təhzibut-təhzib”: c.4, səh.249
“Ər-riyazun-nəzirə”: c.3, səh.113
“Kənzul-ümmal”: c.13, səh.145, hədis” 36455
“Məcməuz-zəvaid”: c.9, səh.130
Əbu-Yəla “Müsnəd”: c.12, səh.140, hədis: 6771 və sairə mənbələr

37) Peyğəmbər (s) buyurub: “Sizin içinizdə Əlinin (ə) məsəli (misalı) örtüklə örtülmüş Kəbə evi kimidir ki, ona nəzər salmaq (tamaşa etmək) ibadətdir və ona tərəf həcc etmək (cəhd edib getmək) isə fərzdir (vacibdir Allahın təyin etib buyurduğu əmrdir)”.

“Tarixi-mədinətu-Dəməşq”: c.2 səh.406, hədis: 905
“Mizanul-etidal”: c.1, səh.507; c.4, səh.127
“Usdul-ğabə”: c.4, səh.31 və sairə mənbələr

38) Peyğəmbər (s) buyurub: “Həqiqətən Əli ibni Əbi-Talib (ə) cənnət əhli üçün işıq saçar necə ki, sübh (səhər) ulduzu dünya əhli üçün işıq saçır”.

“Kənzul-ümmal”: hədis: 32917-32957
“Səvaiqul-muhriqə”: c.2, səh.366
“Fəraidus-səmteyn”: c.1, səh.295
“Kunuzul-həqaiq” və sairə mənbələr

39) Peyğəmbər (s) buyurub: “Əliyə (ə) olan sevgi (yəni Əlini sevmək) atəş odunu (taxtanı) necə (yandırıb) yeyirsə günahları da o cür (yandırıb) yeyir (yəni İmam Əlini (ə) sevənlərin günahları bağışlanar, yerinə savab yazılar və cənnətə girərlər-İnşəallah)”.

“Tarixi-Bağdad”: c.4, səh.417
“Tarixi-Dəməşq”: c.42, səh.244
“Kənzul-ümmal”: c.11, səh.33021 və sairə mənbələr

40) Peyğəmbər (s) buyurub: “Əliyə (ə) olan sevgi (yəni Əlini sevmək) cəhənnəm odundan bəraətdir (yəni xilas olma vasitəsidir)”.

“Tarixi-Bağdad” c.4, səh.210
“Tarixi-Dəməşq”: c.42, səh.104
Mənəvi “Kunuzul-həqaiq”: səh.67
Deyləmi “Firdəvs”: c.2, səh.142
“Yənabiul-məvəddə”: c.2, səh.65 və sairə mənbələr

Ey hidayət olmaq istəyən insan!
Əgər sən hidayət olmağı ürəkdən istəyirsənsə və ancaq qəsdin Allahın razılığını qazanmaqdırsa Peyğəmbərdən (s.a.v.v.) sonra onun pak Əhli-beytinin (ə) yolunu izləyib o yolla getməlisən, əks halda azıb cəhənnəmə düşərsən və çox böyük ziyana uğrayarsan.Sən nə qədər ki, dünyadasan və sənə Allah möhlət vermişdir, bu möhlətdən istifadə elə və qəflət yuxusundan ayıl.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter