QURANDA NAMAZ VAXTLARI NECƏ BƏYAN OLUNMUŞDUR?


Qur`an ayələrində, bə`zən işarə ilə bə`zən də aşkarcasına namazın vaxtları bəyan olunub. Onlardan “Hud\"surəsində belə buyurur:
“Namazı, gündüzün iki başında və gecənin əvvəllərində qıl! Həqiqətən, yaxşı əməllər pis işləri (və onların tə`sirlərini) yuyub aparar. Bu, yada salanlara öyüd-nəsihət və xatırlatmaqdır.(Hud-114)”
Ayədəki, “gündüzün iki başı”ndan məqsəd, gündüzün iki tərəfində olan, sübh və məğrib namazıdır. Ərəbcə \"züləf\" sözü \"zülfə\" sözünün cəm şəkli olub, gecənin başlanma və gündüzə yaxın vaxtına deyilir. Beləliklə, ayədə \"işa namazı\" nəzərdə tutulur. On iki mə`sum İmamlar (əleyhissalam)-dan bizə çatan rəvayətlərdə həmin üç namaza, “sübh”, “məğrib\" və \"işa\" namazlarına işarə olunduğu bildirilir.
\"İsra\"surəsində buyurur:
“Günortadan gecənin qaranlığınadək namaz qıl. (Günorta və əsr namazlarını günortanın əvvəlində, məğrib və işa namazını isə gecənin əvvəlində qıl. ) Sübh namazını da qıl. Çünki, sübh namazı gecə və gündüz mələklərinin müşahidəsindədir.(İsra-78)”
“Fəcr Qur`anı”, sübh namazına işarədir. Bu ayədə namazın beş vaxtına işarə olunub. \"Bəqərə\" surəsində oxuyuruq:
“Namazlara, xüsusilə orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın.(Bəqərə-238)”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter