DÜZ YOLDA HANSI PİSLİK GÖRMÜŞÜK Kİ, ƏYRİ YOL GEDƏK?!


Mö᾽min insan haqq mizanının doğru yolundan başqa yol getməz. Nə pislik görüb ki, qeyri-şər”i, əyri yol getsin?! Bu hicablı qadınların çılpaq rəqqasələrdən, qadınlardan nəyi əskikdir?! Elə fikirləşməyin ki, o çılpaqlar həyatdan daha çox ləzzət alırlar. Bilin ki, həqiqi ləzzətlər imanlı insanlarındır. Xəstəlik hamıya aiddir, nikah hamıya aiddir və s., amma dünya ləzzətlərinin davamı yoxdur. Dinə bağlı olmayanlar daha artıq məhrumiyyətlərə düçar olurlar. Məsələn, ekranda gözü gözəl bir qadına düşür, qəlbi titrəyir, ona eşq bağlayır. Amma nə olsun ki? Əziyyətdən başqa nə qazanır?! Tutaq ki, bu qadını min bir əziyyətlə axtarıb tapdı və qadın da ərli oldu. Başına nə kül töksün?! Və ya şərabxorları götürək. Bu yolda nə qədər əziyyətlər çəkirlər?! Bir saat “ləzzət”dən ötrü əzablar çəkir, zindana da düşürlər!

RAHATLIQ İMANLI İNSANLARA MƏXSUSDUR

Halal yolla qazanıb, haramdan çəkinən kəs Allahın onun ruzisinə zamin olduğunu bilir, müamiləsində saxtakarlıq etmir, müştərini aldatmır. Amma haqq mizanına bağlı olmayan bədbəxt mədhiyyə deyir, rəqasslıq edir, min kələk gəlir ki, qarşısındakını aldatsın. Ətrafımızı öyrənib, maddi dünyada haqq mizanından uzaq olanları nəzərdən keçirsək, görərik ki, onların başqalarından heç bir üstünlükləri yoxdur. Rahatlıqdan danışsaq, o da imanlı insanlar üçündür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter