HƏCCƏTÜL-İSLAM NƏ DEMƏKDİR?


Həccətül-islam iki hissədən ibarətdir:
a) Ümreyi-təməttö,
b) Həcci-təməttö.
Bu həcc insanın ömründə bir dəfə vacib olur. Onun vacib olma şərtlərindən biri maddi (mali) imkanlara malik olmaqdır. Bu imkanların əndazəsi ondan ibarətdir ki, həccə gedib-qayıtmaq o şəxsi və onun ailəsini maddi cəhətdən çətinliklərə salmasın. Ailə qurmağa ehtiyacı olan və ya xums, zəkat borcu olan şəxsə həccdən əvvəl ailə qurmaq və xums, zəkat borclarını vermək vacibdir.
2. Həddi-büluğa çatmayan uşağın həccə getməsi vacib həcci ödəmir. Əgər valideyni uşağı həccə aparsa, müstəhəbdir ki, ona ehram paltarı geyindirsin və onu haramlardan qorusun və həccin əməllərini uşağa yerinə yetirtdirsin.
3. Cismi qüdrəti əldən getmiş qoca, xəstə və həcc boynunda vacib olub rəhmətə gedən insanın tərəfindən həcc əməllərində naib olmaq olar. Bu şərtlə ki, həccin məsələlərini tam bilə və naib olan şəxsin özünün boynunda vacib həcci olmaya.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter