Xəstəliyin faydaları varmı?
Tərbiyələndirmə:
Peyğəmbər (s):Xəstəlik Allahın yer üzərində “şallağı”dır.Onunla bəndələrini tərbiyələndirir.
İmam Baqir (ə):Bədən xəstələnməsə,tuğyan edər.Tuğyan edən bədəndə də xeyir yoxdur.
İmam Sadiq(ə):Xəstələndiyi zaman belə dua edərdi:Allahım! Bunu mənim üçün tərbiyə vasitəsilə qərar ver, qəzəb yox.
Kəffarə (günahların bağışlanması):
Peyğəmbər (s):\"Xəstəlik günahları məhv edir.” “Allah hər kəsin bədənini bir bəlaya salarsa, həmin bəla onun günahlarının silinməsinə vasitə olar.” “Göydən yağan yağış göyün üzünü saflaşdırıb təmizlədiyi kimi,xəstə də sağalanda, o cür (günahlardan) təmizlənir.”
Savab:
Peyğəmbər (s): Mömünə təəccüb edirəm ki, xəstəliyə görə narahat olur.Əgər xəstələnən zaman onun üçün nə qədər savabın olduğunu bilsə,Rəbbi ilə görüşənə qədər xəstə olmasını istər.
Peyğəmbər (s): Bir müsəlman xəstələndikdə Allah mələklərinə əmr edər: ”Bu bəndə üçün sağlam vaxtı etdiyi əməllərin ən yaxşısını yazın.”