QURANDA ŞƏKK EDƏNLƏR HAQQINDA NƏ BUYURULUR?


Diqqət yetirmək lazımdır ki, Qurani-Kərim “şəkk edənlər” dəlil və sübut sorağında olanlar mənasında deyil. Məqsəd xəstəliklə bağlı olan şəkkə düçar olub, yəqinə çatmağı və şəkk-şübhənin aradan qalxmasını qeyri-mümkün bilən şəxslərdir. Buna əsasən, Qurani-kərimdə şəkk edənlər iki qrupa bölünür:
Birinci qrup: “Bilmirəm” və “başa düşmürəm” deməklə şəkk-şübhəyə düçar olduqlarını bildirənlər. Yəni bu qrup şəkk edənlər açıq-aydın ayələri görə-görə yaradan, məad, vəhy, dini təlimlər və prinsiplər barəsində şəkk edirlər.(Bax: İbrahim-9-10; Hud-62; Yunis-104; Nəml-66)
İkinci qrup: Allahı, nübüvvəti və məadı inkar edən şəxslər. Lakin onlar həqiqətdə bu məsələlər barəsində yəqin həddinə çatmamış və şəkkə düçar olmuşlar. Başqa sözlə, onlar heç bir sübutları olmadığı halda, dini prinsipləri dildə inkar edir və məsələyə şübhə ilə yanaşırlar.(Casiyə-24-32; Qaf-2-3; Muminun-33-37)
Quran baxımından, şəkk edənlər məhz hiss olunmayan məsələləri danırlar. Onlar əmin olmadıqlarını iddia etdikləri halda, peyğəmbərlərin dəvətinin batil olmasını sübuta yetirən heç bir dəlil göstərmirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter