BİR GÜNAH ÜÇÜN YÜZ İL ƏZAB OLARMI?
Əməllərinin hesabı olan, Qiyamət dayanacağında gözləyən adamlar üçüncü dəstədir. Bu adamların xeyir əməlləri daha çox olduğundan, nicat tapmışlar. Onların dayanacaqda məəttəlçiliyi, gözləmələri günahları qədərdir. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) ibni Məs”uda buyurdu: “İnsan bir günah üçün yüz il məəttəl olar.” Rəvayətdə söhbətin hansı günahlardan getdiyi deyilməyib. Möminlər hesab gözləməsindən qorxub, bütün günahlardan çəkinməlidir.
Dördüncü tayfa pis işləri yaxşı işlərindən çox olanlardır. Əgər Allah onları bağışlayarsa, nicat taparlar və Behiştə gedərlər. Əgər bağışlanmasalar, yerləri əzab və oddur. Yalnız günahlardan paklandıqdan sonra Behiştə daxil olarlar. Zərrəcə imanı olanlar Cəhənnəmdə, odda qalmayacaqlar (əbədi od kafir və zalımlarındır). Əməllər nə qədər gözəl və çox olsa da, e”tiqadsız insan Behiştə aparılmayacaq. Çünki Behiştə daxil olmağın şərti Allah və Onun ayələrinə imandır. Axı Allaha inanmayan kəs, Behiştə necə gedə bilər?!