Quranın adları nədİr?


Quranın ünvanlarından dördünü “isim” (ad) surətində işlətmək olar. Buna Qurani-Kərimin özündən dəlil gətirmək mümkündür.
1. Quran: “Bəli, o Qurani-Məciddir” (Buruc-21).
بل هو قرءان مجيد
Bu ad 55 yerdə həmən formada, doqquz yerdə isə “Quranən” قرءانا surətində gəlibdir.
2. Kitab: “Bir kitab, onu sənə nazil etmişik” (Sad-29).
كتاب انزلناه اليك
Bu ünvan yüzə yaxın yerdə işlədilibdir.
3. Zikr: “Bu mübarək zikrdir” (Ənbiya-50 ).
و هذا ذكر مبارك
Bu ünvan da iyirmi yerdə işlədilibdir.
4. Furqan: “Bərəkətli və zail olmayan bir varlıq öz bəndəsinə furqanı aləmlərə nəsihət olmaq üçün nazil etdi”. (Furqan-1).
تبارك الذى نزل الفرقان على عبده ليكون للعالمين نذيرا
Kitab, zikr və furqan başqa asimani kitablara da ünvan kimi qeyd olunubdur. Amma təkcə “Quran” ünvanı bu kitabda (əlimizdə olan Quran) ad kimi göstərilibdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter