Nə üçün qulağın suyu acı, gözün suyu şor, dodağın suyu şİrİn və burunun suyu qəlİzdİr?


Bir gün Əbu Hənifə həzrəti İmam Sadiqin (ə)-ın yanin gəldi.
Həzrət buyurdu: \"Əbu Hənifə eşitmişəm ki, şəriətin hökmlərini öz əqlində müqayisə edirsən\".Əbu Hənifə dedi : \"Bəli eşitdikləriniz doğrudur\". Həzrət buyurdu: \"Əbu Hənifə, bil ki, ilk dəfə müqayisə aparan şeytan olub. Allah həzrəti Adəmi xəlq edəndən sonra şeytan ona səcdə etməyib dedi: \"Mən oddan yaranmişam o da torpaqdı, mən ondan üstünəm ona səcdə edə bilmərəm\". Həzrət dedi : Əbu Hənifə, əvvələn de görüm nə üçün qulağın suyu acıdır?Əbu Hənifə dedi: \"Bilmirəm\". Həzrət buyurdu:\"Əgər bilmirsənsə necə hökm verə bilirsən filan şey haramdi, filan şey halal? Əbu Hənifə dedi:\"Yəbnə rəsulallah məni bunun hikmətindən agah elə. Həzrət ətrafli cavab verdi: \"Ona görə qulağın suyu acıdır ki, həşarətlər qulağa daxil olub insana ziyan yetirməsin.Axı acı su onları tələf edir. Ağız suyunun şirinliyi insanın müxtəlif yeməkləri seçib dada bilməsinə kömək edir. Göz isə piy kimidir.Əgər suyu şor olmasaydı göz piylənib kor olardi. O ki qaldi burun suyunun qəlizliyinə beyində olan bütün artıq mayeləri çəkib çıxarır , əgər belə olmasaydı insanin damağında zaman keçdikcə qurdlar vücuda keçərdi\". Sonra həzrət başqa suallara cavab istədi. \"Əbu Hənifə, de görum qətl ağır cinayətdir ya zina?\" Əbu Hənifə dedi: \"Qətil\".
Həzrət buyurdu:\" Bəs necə olur ki Allah qətldə iki şahid istəyir, zinada isə dörd?
Həzrət yenə sual etdi. \"Namaz üstündür, oruc?\" Əbu Hənifə dedi: \"Namaz\". Həzrət buyurdu: \"Bəs nə üçün heyz halında olan qadına qılmadiğı gündəlik namazlarının qəzası yoxdur, lakin tutmadığı orucların qəzası var?
Ey Əbu Hənifə, Allahdan qorx onun hökmlərini müqayisə edib öz əqlinlə hökm vermə.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter