Möminlərİ xoşagəlməz ləqəblə çağırmamaq vacİbdİrmİ?


Bir-birinə xoşagəlməz ləqəblərlə xitab etmək hər şeydən əvvəl inkarçıların öz aralarında göstərdikləri bir rəftardır. Buradakı məqsəd pis ləqəblə çağırılan adamın hörmətdən salınması və digərlərinin ondan \"üstün\" olduğunun vurğulanmasıdır.
Pis ləqəb fiziki bir qüsurun ifadəsi ola bilcəyi kimi insanın keçmişdə etdiyi səhv bir hərəkət də ola bilər. İnkarçıların ən əhəmiyyətli xüsusiyyətlərindən biri belə hərəkətləri əsla unutmamaları və bir daha həyat boyu təkrarlanmayacaq olsa belə, adama hər zaman o hərəkəti yaraşdırmalarıdır.
Halbuki möminlər istər yetkin, istər bağışlayıcı xarakterləri, istərsə də aralarındakı həmrəylik səbəbindən bu tərz davranışa yol verməzlər. Çünki “... bir-birinizi pis ləqəblərlə çağırmayın...” (Hucurat surəsi, 11) ayəsi iman edənləri bu cür rəftardan uzaq tutar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter