PEYĞƏMƏBRİN (S) ÖVLADLARI KİMLƏR İDİ?


Həzrətin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanlar – Qasim (Peyğəmbər bu münasibətlə «əbül-qasim» adlanmışdır, Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir), Əbdüllah (be’sətdən sonra anadan olub, ona görə də «Təyyib», «Tahir» ləqəbləri var. Məkkədə vəfat edib və onun ölümündən sonra As ibni Vail Peyğəmbəri sonsuz adlandırıb), İbrahim (Mədinədə Qibtiyyə Mariyədən olub, Hicrətin onuncu ilində on yeddi aylığında vəfat edib, Bə’qidə dəfn olunub. Tarixdə yazıldığına görə həzrət (s) onun ölümünə ağlayıb, «qəlbim yanır» deyib). İbrahimin məzarı ziyarətgahdır. Həzrətin Xədicədən olan övladlarını Qasim, Təyyib, Tahir kimi qeyd ediblər. Amma belə görünür ki, Təyyib və Tahir adları hər ikisi Əbdüllaha aiddir.
Peyğəmbərin (s) qızları:
-Zeynəb Peyğəmbərin böyük qızıdır. İzdivacdan beş il sonra doğulub. Öz xalası oğlu əbül-as ibni Rəbi ilə ailə qurub, Hicri səkkizinci ildə vəfat edib. Bə’zi yazılara görə Fatimədən sonra əli (ə) ilə ailə qurub.
-Rüqəyyə islamdan əvvəl doğulub. Əvvəlcə əbu Ləhəb oğlu Utbə ilə ailə qurub. «Təbbət» surəsi nazil olandan sonra əbu Ləhəbin göstərişi ilə toydan qabaq ayrılıb. Sonra Osman ibni əfan ilə izdivac edib. Hicri ikinci ilidə dünyasını dəyişib.
-Ümmi Gülsüm də Məkkədə doğulub. Bacısı kimi əbu Ləhəbin digər oğlu ətibə ilə izdivac edib. «Təbbət» surəsindən sonra ayrılıb. Rüqəyyənin vəfatından sonra Osmana ərə gedib. Hicri üçüncü ildə vəfat edib.
-Fatimeyi-Zəhra (s) be’sətdən beş il sonra doğulub. Hicrətdən iki ay sonra Mədinədə İmam Əli (ə) ilə ailə qurub. Həzrətdən (s) sonra onun yeganə yadigarıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter