“Hittə Qapısı” nədir?


Allahın Rəsulu (s) vəsiyyətinin davamında buyurur: “Əhli-beytim (ə) - Allahın bəni-İsrail üçün qərar verdiyi ”Hittə Qapısı\" kimidir\". “Hittə Qapısı” nədir? Bəni-İsrail Allah-Təalanın o qədər nemətindən sonra nemətlərə küfr etdikləri üçün Allah-Təala onları cəzalandıraraq, 40 il biyabanlarda tək buraxır. Onlar da öz növbələrində peşmançılıqlarını bildirmək üçün Allah-Təalaya yalvarırlar, Allah da onların tövbələrini qəbul etmək üçün “Hittə qapısı”nı təyin edir. O zaman “Hittə” deyərək daxil olanlar bağışlanırlar, bir növ xilas olurlar. “O kəslər ki, o qapıdan daxil oldular, onlar amanda oldular”. “Hittə”nin lüğəti mənası “bir şeyi aradan aparmaq” deməkdir. “Hittə qapısı” - bəni-İsrailin Allahın nemətlərinə küfr etmələrinin bağışlanmasının, istiğfarlarının, tövbələrinin qəbul olunmasının səbəbi oldu. Buradan bizlərin də nicat tapmağımız üçün bir xüsusiyyət ortaya çıxır. O xüsusiyyət də bundan ibarətdir ki, Əhli-beyt (ə) “Hittə qapısı” kimidir. Tövbə etmək istəyən gərək Əhli-beytə (ə) üz tutsun, o qapıdan gəlsin və Əhli-beyti (ə) vasitə qərar versin. Necə ki, o vaxt bəni-İsrail qövmünün yolunu azan zaman günahları heç cür bağışlanmırdı, yalnız Allahın təyin etdiyi “Hittə qapısı”na üz tutandan sonra tövbələri qəbul oldu və nicat tapdılar. Peyğəmbərin (s) ümməti də Əhli-beyt (ə) yolu ilə gələn zaman bağışlanacaq. Buradan çıxan nəticə budur ki, biz özümüzü Peyğəmbər (s) ümməti hesab ediriksə, bu dinin nümayəndələri hesab ediriksə, o zaman Əhli-beyti (ə) öz bağışlanmağımız üçün qərar verməli, onlara təvəssül etməliyik. Çünki Əhli-beyt (ə) Allahın “Hittə qapısı”dır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter