Quran nəzərİncə, başqalarına nə dərəcədə kömək etməlİyİk?
Cavab: Qur`an buyurur ki, bütün yardımlarınızın mükafatı var (Səba-39). Həm az, həm də çox köməyin əvəzi var. Bə`zən suya atılmış bir sarı yarpaq bir dəstə qarışqa üçün gəmi olur. Küçədə qoyulmuş avtomat telefonla danışmaq üçün kağız pul kara gəlmədiyi kimi, bə`zən başqalarının da böyük yox, çox kiçik köməyə ehtiyacı olur. Yaranı bağlamaq üçün adyal yox, bir qarış cuna kifayətdir. Böyük nasosun görə bilmədiyi işi kiçik şpris görür.
Hədisdə oxuyuruq: “Heç bir yaxşılığı kiçik saymayın ki, ola bilər bu yaxşılıq köməyinizə çatsın. Heç bir günahı kiçik hesab etməyin ki, ola bilər bu günah sizi süquta uğratsın. Futbol topuna batan xırda mıx bütün oyunu saxlaya bilər. Yerə düşmüş yemiş qabığı ən güclü pəhləvanı yerə yıxmaqla şikəst edib, evdə oturda bilər.