Nə üçün günahkarlar Qurandan faydalana bİlmİr?
Cavab: Əgər bir gölməçəyə insan meyiti düşsə, uzun müddət yağış yağmasına baxmayaraq bu gölməçədən üfunət çəkilməyəcəkdir. Demək, üfunətli suya qatışan pak yağış suyu tə`sirsiz olur.
Quran rəhmət yağışı olsa da kafirlərin çirkin qəlbini paka çıxarmır. “İsra” surəsinin 82-ci ayəsini oxuyuruq: “Biz möminlər üçün şəfa və mərhəmət olan Quran ayələri nazil edirik. Bu ayələr zalımların ziyanını artırır.”
İnsan qəlbindəki tərslik suya düşmüş murdar kimidir. Hər ayə nazil olanda kafirlər daha çox müqavimət göstərir, daha çox inadkar olurlar.