Yuxu vaxtı cİsm və ruh hansı vəzİyyətdə olur?
Cavab: Quanda buyurulur: “Allah ölüm zamanı insanların canını alır, ölməyənlərin canını isə yuxuda çıxarır (Zümər-42).”
Bəzən sürücü öz maşınını dayanacaqda saxlayır, bəzən isə yol kənarında işlək vəziyyətdə qoyub, işinin ardınca gedir. Hər iki halda sürücü maşında olmasa da, ikinci halda maşın işlək vəziyyətdədir.
Yuxu vaxtı ruh cismdən uzaqlaşsa da, cism işlək vəziyyətdədir. Ölüm vaxtı isə cism “söndürüldükdən” sonra ruh ondan birdəfəlik uzaqlaşır.