Mömİnlər arasında münasİbət necə olmalıdır?


Mö`minlər arasında münasibət necə olmalıdır?


Cavab: İslam peyğəmbəri (s) buyurub: “Mö`min mö`minin güzgüsüdür.”
Güzgü kimi, bir-birimizin həm gözəl, həm də nöqsanlı cəhətlərini görək.
Güzgü kimi hər şeyi olduğu kimi, böyüdüb kiçiltmədən göstərək.
Güzgü kimi insanlarla üz-üzə durub danışaq, xəlvətdə yox.
Sevirəm ki, dostlar bir ayna kimi.
Hər zaman üzümə deyə eybimi.
Min dilli daraq tək gəzib xəlvəti,
Nə pisdir edələr tük-tük qeybəti.
Güzgü kimi başqalarının nə deyəcəyini düşünməyək
Güzgü kimi özümüzü toz-torpaqdan qoruyaq.
Eyb göstərdiyi üçün güzgünü sındırmazlar. Eybini deyəni də incitmə.
Güzgünü sındıranda onun qırığı da hər şeyi olduğu kimi göstərir. Min bir əzab görmüş mö`min də yalnız həqiqəti deyir.
Güzgü saf olduğu üçün eybi göstərir. Mö`min də kin və həsədə görə yox, saflığına görə tənqid etməlidir.
Güzgü göstərdiyi eybi özündə saxlamadığı kimi, mö`min də üzbəüz dediyi eybi yadından çıxarmalıdır.
Güzgüyə ötəri baxan eybini görə bilmədiyi kimi, mö`min də diqqətlə dinləməyən eybindən xəbərsiz qalar.

Bütün hüquqlar qorunur.
Web-saytın materiallarından istifadə zamanı \"Cəfərilər\"ə istinad (www.ceferiler.com) zəruridir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter