QURANİ KƏRİMDƏ RAST GƏLDİYİMİZ “MÜQƏTTƏ” HƏRFLƏRİNİN SİRRİ NƏDİR?


İmam Cəfəri Sadiq (ə) buyurur:

“Bəqərə” surəsinin əvvəlində olan “الم – Əlif lam mim – Mən malik olan Allaham”,
“Ali-İmran” surəsinin əvvəlində olan “الم – Əlif lam mim – Mən əta edən Allaham”,
“المص – Əlif lam mim sad – Mən iqtidarlı, doğruçu olan Allaham”,
“الر – Əlif lam ra – Mən mehriban Allaham”,
“المر – Əlif lam mim ra – Mən dirildən, öldürən və ruzi verən Allaham”,
“كهيعص – Kaf ha ya əyn sad – Mən kifayət edən, (doğru yola) yönəldən, vəli, alim (və) vədində doğruçu olan Allaham”,
“طه – Ta ha – Muhəmməd Peyğəmbərin (s) adlarından birinə işarədir. Onun mənası belədir: “Ey haqqı tələb edən və (xalqı) Ona tərəf yönəldən!”,
“طس – Ta sin - Mən tələb və eşidən Allaham”,
“طسم – Ta sin mim – Mən tələb edən, eşidən, başlayan və geri qaytaran Allaham”,
“يس – Ya sin – hərfləri Muhəmməd Peyğəmbərin (s) adlarından birinə işarədir. Onun mənası belədir: “Ey (ilahi) vəhyi dinləyən!”,
“ص – Sad - ərşin altından axan və Peyğəmbərin (s) dəstəmaz aldığı bulağın adıdır”,
“حم – Ha mim – hərfləri Həmid və Məcid”,
“عسق حم – Hə mim əyn sin qaf - Həlim, Musib, Alim, Səmi, Qadir və Qəvi mənalarındadır”,
“ق – Qaf – hərfi yeri əhatəyə almış dağın adı”,
“ن – Nun – isə cənnətdə olan arxın adıdır”.

(Əllamə Məclisi, “Biharul – Ənvar”, cild: 89, səh: 373 və 374, hədis: 1.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter