KAFİRİN ÖLƏRKƏN ASAN CANVERMƏSİ NƏYƏ GÖRƏDİR?
KAFİRİN ASAN CANVERMƏSİ ETDİYİ YAXŞILIQLARA GÖRƏDİR
Bə᾽zən də belə olur ki, kafir və günahkar şəxs asan can verir. Bu şəxs əzab (Cəhənnəm) əhlidir. Amma ömründə qismən də olsa, yaxşı işlər görmüşdür. Belə şəxs asan can verir ki, onun hesabı elə oradaca təmizləsin. Məsələn, kafir adam sədəqə vermiş, bir məzluma yardım etmişsə, bu yaxşılıqlar müqabilində asan can verir ki, artıq axirətdə heç bir tələbi olmasın. Eləcə də mö᾽min şəxs günahdan pak olmaq üçün çətin can verir. Əslində isə istər asan, istərsə çətin, kafir üçün canvermə halı bədbəxtliyinin başlanğıcıdır. Həmçinin mö᾽min üçün canvermə səadətdir, istər asan, istərsə də çətin. Buna əsasən kafir və mö᾽minə, əməlisaleh və bədəmələ nisbətən asan, yaxud çətin canvermə külli bir qanun deyildir.