HANSI ŞƏRAİTDƏ ALLAHIN ƏZABI BAŞ VERİR?


Yəvmə təmurus-səmau məvrən.
Bütün təlatüm şeylərə məvr deyirlər. Yəni, bir gün olar ki, bütün kürələr və başqa yaranmışlar bir-birinə dəyərlər. Göylərin zahiri forması dəhşətli olar, Qiyamət səhrasının ətrafından vəhşət yağar.
Ulduzlar öz nəzmlərini itirməklə bir-birinə dəyərlər. Yer titrəyər, xarabaya dönər, dağlar bütün möhkəmliyi ilə, əzəməti ilə hərəkətə gələr. Bütün dağlar zəlzələnin nəticəsində dağılıb yumşalar, parçalanıb tikə-tikə olar. Qiyamət Allah-Taalanın mütləq səltənət və hakimiyyətinin nişanəsidir. Sinəsini döyüb mənəm-mənəm deyən insan öz səhvini başa düşəcək ki, qüdrət yalnız Allaha məxsusdur. Qüdrətli Odur, qadir Odur, vəssalam.
Bir dəstə iman əhli bu dünyada başa düşürlər ki: la məlikə illa huvə” yəni,
mülk yalnız Allah üçündür. “La əzizə illa huvə”, yəni qüdrətli yalnız Allahdır. Bunlar öz elmləri ilə başa düşürlər, başqalarının başa salmasına ehtiyacları yoxdur. Lakin insanların çoxu bunu Qiyamət günü başa düşürlər. Amma Qiyamətdə başa düşməyin artıq faydası yoxdur.
Aləmlərin Allahına layiq olan sifətləri Qiyamətdə başa düşməyin əsla xeyri yoxdur. Bu zəif bəşər bəzi vaxt öz ailəsində, əhli-əyalı üçün Allahlıq edir, başqası şagirdi üçün, Fir”on isə Misir diyarına görə Allahçılıq iddiası edir. Hamı məxluqdur, hamı bir olan Allahın xəlq etdikləridir. Hamı bir olan Allahın ruzisini yeyir. Bir damcı nütfədən yaranmış və axırı iylənmiş leşə dönən insan hansı üzlə, hansı əsasla mənəm-mənəm deyə bilər? “Mən etdim”, “mən edəcəyəm” və s. Əgər bəşər düz deyirsə, onda tükünü ağarmağa, qulağını ağır eşitməyə, gözünü kor olmağa, dişlərin tökülməyə qoymasın. Qurban olsun o ağıllı adama ki, Allahın əzəmətinin nişanələri zahir olmamışdan qabaq (Qiyamət gününə işarədir) başa düşə və bilə ki, mənim kimi zəif bəndənin əlindən heç bir iş gəlmir: bilə ki, hər şey Allah tərəfindəndir. Bir damcı suyu heykəl şəklinə salan məhz Allahdır. O, cansız maddə olan çörəyi insanın bədəninə bədəninə daxil edərək orqanizmə döndərir. Kim insana can verir? Bəşəriyyətin çoxu cəhl və nadanlıq qaranlıqlarında qərq olubdur, qeyb aləminə diqqət etməyə ləyaqətləri yoxdur.
Elə buna görə də Qiyamət günündə bəşərə həqiqətlər başa salınar və Allahın əzəməti məlum olar.
Allah-Taalanın əzəmətini bu dünyada başa düşənlərin və bütün qüdrətlərin Allah üçün olduğunu başa düşənlərin xoş halına! Xoş onların halına ki, Allah-Taalanın qüdrətinin möcudların arasında paylaşdırmasını bilirlər. Xülasə, Qiyamət ilahi qüdrət və əzəmətin zahir olduğu bir gündür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter