“ÜMM\"(ANA) KƏLMƏSİ QURANDA HANSI ANLAMDA İŞLƏNİB?


“ÜMM\"(ANA) GƏLMƏSİNİN QUR`ANDA İŞLƏNMƏ YERLƏRİ


1. Həqiqi ana: \"Biz, Musanın anasına vəhy etdik ki, ona süd versin!(Qəsəs-7)\"

2. Kök və əsas mə`nasında: Quran buyurur: \"Ya Məhəmməd! Sənə Qur`anı nazil edən odur. Onun bir hissəsi Qur`anın əslini və əsasını təşkil edən möhkəm, digər qismi isə mütəşabeh ayələrir (Ali İmran-7).

3. Bir şeyin mərkəzi, “Ümüul–qura\" (Şəhərlər mərkəzi) Qur`anda Məkkəyə işarədir.Qur`an buyurur: \"Ümmül qura və ətrafındakıları qorxudasan.(Şura-7) \"
Bu şəhərə o cəhətdən “Ümmül-qura\" deyilir ki, hicaz məntəqələrinin mərkəzi sayılır. “Lüğətçi Rağib\" və başqaları yazır: Məkkənin “Ümmül-qura\" adlanması ona görədir ki, yer kürəsi ilk dəfə vücuda gələndə onun altında genişlənməyə başlayıb. Bə`zi rəvayətlərə görə torpaq ilk quruluşunu Məkkədən başlayıb.
Qur`anda, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) zövcələri, mö`minlər anası adlandırılır. Qur`an buyurur:
\"Peyğəmbər, mö`minlərə onların özlərindən daha üstündür. Onun zövcələri mö`minlərin analarıdır (Əhzab-6).
Yuxarıdakı üç mə`naya diqqət etməklə, “həqiqi ana, əsas, əsl və bir şeyin mərkəzi\" kəlmələrinin mə`naları arasındakı münasibətlər aydınlaşır.
Ana, ağacın kökü və əsli yerində, övladları isə qol-budaqları olub kök üzərində göyərirlər. Belə bağılılıq kökdən asılıdır. Ağacın əsli və kökü nə qədər şərəfli və əsil olsa, qol budağı da, əsil və kökü təmsil edəcək və kökünə oxşayacaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter