Quranda alİmlərİn məqamı necə vəsf edİlİr?


Qur’ani-kərimdə buyurulur:

يَرْفَع اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ
«Allah, sizlərdən iman gətirənlərin dərəcəsini yüksəldər və elm (şüur, agahlıq və mə’rifət) verilən şəxsləri müəyyən dərəcələrə nail etdirər.(Mücadilə-11)»
فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
«Allah, öz malları və canları ilə cihad edənlərə, cihada getməyənlərdən üstünlük bağışlayar.(Nisa-95)»
وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا
«Hər kəs bir nəfəri diriltsə (onu azğınlıq və cəhalət ölümündən xilas etsə) sanki bütün insanları diriltmiş olur.(Maidə-32)»
İlahi alimlər də insanların ölmüş bədənlərinə ruh üfürürlər.
İncə nöqtələr:
Qur’ani-kərimdə şəhidlər, mücahidlər və mö’minlər barəsində «əcrən» və «dərəcətən» kəlmələri tək halda işlənir, lakin alimlərlə əlaqədər cəm formasında «dərəcat» kəlməsi işlədilir. Şübhəsiz, o ilahi alimlər nəzərdə tutulur ki, bir insanı hidayət etdikləri təqdirdə sanki bütün insanları diriltmiş olurlar. Onların məqamları hamının məqamından yüksəkdədir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter