QURANA GÖRƏ DÜNYANIN SONU NƏ ZAMAN VƏ NECƏ BAŞ VERƏCƏK?


Quran Qiyaməti dünyanın sonu, yeni bir dünyanın başlanğıcı hesab edir. Bu səmavi kitab bir çox ayələrdə Qiyamət öncəsi baş verəcək hadisələrdən söhbət açır ki, bunların bəziləri Qiyamətin nişanələrindən hesab olunur.
Quran şərhçiləri və astronomlar mövcud Kainatın sonu ilə bağlı ayələri bir neçə qismə ayırırlar:
a) Günəş və ulduzların sönükməsinə işarə vuran ayələr;
وَإِذَا النُّجُومُ انكَدَرَتْ إِذَا الشَّمْسُ كُوِّرَتْ
“And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta); And olsun (günəşin) ardınca çıxan aya!”
“Müəyyən vaxta qədər (səmada) dolanan Günəşi və Ayı ram edən məhz Allahdır”(Rəd-2) .

“O saat (qiyamət) yaxınlaşdı və ay parçalandı”(Qəmər-1) .
c) Səma və ulduzların mövcud düzümünün pozulması ilə bağlı ayələr;
“Göy parçalanacağı zaman; Ulduzlar dağılıb səpələnəcəyi zaman”(İnfitar, 1-2 (Haqqə-16; Furqan-25; Mürsəlat-9; Tur-9; İnşiqaq-1) .
“Günəşlə ay birləşəcəyi zaman”(Qiyamət-9 (Ənbiya-104; Mürsəlat-9) .

ç) Yerdə böyük zəlzələlərin baş verəcəyindən xəbər verən ayələr;
“Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!(Həcc,1 (Muzzəmbil-14; Vaqiə-4; Zilzal 1-2; Naziat 6-7) ”

d) Dağların parçalanmasından söhbət açan ayələr;
“Dağlar isə didilmiş yun kimi olacaqdır! (Qariə-5 (Nəbə-20; Tur-10)”

e) Dənizlərin od tutub yanmasından söhbət açan ayələr;
“Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman ”(Təkvir-6 (İnfitar-3).


ə) Səmanı tüstü bürüməsi haqqında danışan ayələr;
“Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə!(Duxan-10) ”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter