QİYAMƏTDƏ ŞAHİDLƏR KİMLƏR VƏ NƏLƏR OLACAQ?
Allah-taala Qur`ani-Kərimdə buyurur:
“Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində, onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.(Yasin-65)”
\"Nur\" surəsinin 24-cü ayəsində oxuyuruq:
“Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər.”
Əzaların necə danışması barəsində müfəssirlər arasında müxtəlif nəzəriyyələr var:
1. Allah-taala, o gün hər bir əzada şüur, dərk və söz danışmaq qüdrəti yaradacaq. Onların hamısı doğru danışacaq. Heç bir təəccüb yeri də yoxdur! Bu qüdrəti, dil adlı bir tikə ətdə yaradan, başqa əzalarda da yarada bilər.
2. Onların şüur və dərki olmayacaq. Lakin, Allah onları danışmağa məcbur edəcək. Əslində, əzalar danışığın zühur etdiyi yer olacaq. Allahın əmri ilə həqiqətləri aşkar edəcələr.
3. Hər bir insanın əzaları, ömrü boyu etdiyi əməllərin tə`sirini özündə saxlayacaqdır. Çünki, bu kainatda heç bir əməl məhv olub birdəfəlik aradan getmir. Bu tə`sirlərin zühuru, onların şəhadəti mə`nasındadır. Bu ifadə, gündəlik danışıq və ədəbiyyatçıların sözündə də çox işlənilir. Məsələn deyirlər: “Gözün sənin yuxusuzluğuna şəhadət verir.”
Şair demişkən: “Rəngi-rüxsarın, batini sirrindən xəbər verir!”