QURANDA QONŞUNUN HÜQUQU HAQDA NƏ DEYİLİR?


Nisa surəsinin 36-cı ayəsində oxuyuruq: “Allaha ibadət edin və Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrabaya, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! “
Yuxarıdıkı ayədə, Allahın, bəndələrin hüquqları barəsində həmçinin, insanlarla birlikdə yaşamağın ədəblərindən bəhs olunmuşdur. Ümumiyyətlə, ayədə on göstərişə işarə olunmuşdur.
Ayədə buyurur: “Yaxın qonşu“. Yaxın qonşudan məqsəd kimdir? Müfəssirlər müxtəlif nəzəriyyələr irəli sürür. Bə`ziləri onları yaxınlıqda olan qohumlar kimi mə`na edirlər. Lakin, bu təfsir, əvvəlki ayələrdə işarə olunmuş qohumları nəzərə alsaq, bu mə`na uzaq nəzrə gəlir. Bəlkədə, ayədə yaxın məkan nəzərdə tutulur. Çünki, ən yaxın qonşuların haqqı və ehtiramı daha böyükdür. Yaxud, o qonşulardır ki, din və məzhəb cəhətdən insana daha yaxındırlar.

Ayənin davamında buyurur: ”Uzaq qonşular”. Uzaqdan məqsəd, məkan cəhətdən uzaq olmaqdır. Çünki, bə`zi rəvayətlərə görə insanın evindən qırx o tərəfə onun qonşusu sayılır. Gələcək bəhslərdə bu rəvayətlərə işarə edəcəyik. Qonşu sözü məhdud mə`nada olub, təkcə yaxın qonşulara deyilir. İslamda, bu sözün mə`nasına genişlik verməkdən ötrü “uzaq qonşu\" adından istifadə etməkdən başqa çarəsi yoxdur. Ola bilər “uzaq qonşulardan “məqsəd qeyri-müsəlmanlar\"olsun. Çünki, İslamda qonşuluq haqqı təkcə müsəlmanlara yox, müsəlmanlarla yaşayan qeyri müsəlmanlara da aiddir.
Qur`anın, yaxın və uzaq qonşular barəsində nəzərini bildikdən sonra rəvayətlərdə İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm), mə`sum İmamlardan (əleyhimussalam)-dan bizə çatan mətləblərə qısa da olsa diqqət edək


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter