SÜFRӘ ARXASINDA NECӘ OTURMALIYIQ?


SÜFRӘ ARXASINDA NECӘ OTURMALI


İnsan süfrə arxasında oturarkən, özünü Allah qarşısında son dərəcə təvazökar və ona bəxş etdiyi nemətlərin müqabilində qədirbilən olduğunu göstərməlidir. Bunun üçün də yaxşı olar ki, yemək süfrəsi yerdə açılsın.
Peyğəmbər (s) buyurur:
«Söykənərkən yemək yemirəm. Allah bəndəsi olduğum üçün adi bəndə kimi oturur, adi bəndə kimi də yemək yeyirəm».
Әli (ə) buyurur: «Yemək süfrəsinin arxasına oturduğunuz zaman Allah bəndələri kimi yerdə oturun, ayaqlarınızı bir-birinin üstünə qoymayın və ya (heyvan kimi) iki əl və ayaqlarınız üstə oturmayın, bilin ki, Allah belə oturanlara nifrət edər».
İmam Sadiq (ə) buyurur:
«Həzrət Məhəmməd (s) peyğəmbərliyə təyin olunduğu ilk gündən ömrünün sonunadək, yemək yediyi zaman heç bir yerə söykənməzdi. O, adi bəndələr kimi oturar, onlar kimi də yemək yeyərdi. Səbəbini soruşduqda buyurardı: «Allah qarşısında təvazökar olduğum üçün belə edirəm».

ALLAHIN ADI İLӘ BAŞLAMALI

Peyğəmbər (s) Әli (ə)-a etdiyi tövsiyələrin birində buyurur: «Yemək yeməyə başlarkən «Bismillah», qurtardıqda isə Ona şükr edərək «Әlhəmdulillah» deyin. Belə etdikdə xeyirli işlərinizi yazan iki mələk istirahətin nə olduğunu bilməyəcəklər».
Әli (ə) buyurur:
«O kəslərin sağlamlığına zəmanət verirəm ki, yemək yeməyə başlarkən Allahın adını çəkmiş olsunlar».
İmam Cəfər Sadiq (ə) buyurur: «Süfrədə olan bütün yeməkləri yeməzdən əvvəl «Bismillah» deməyi unudan şəxslərin, yeməyə başlamazdan əvvəl «Bismillah min əvvəlihi ila axirihi» deməsi məsləhətdir.»
Әxlaq alimlərinin bir çoxu tövsiyə etmişlər ki, yemək yeməyə başlamazdan əvvəl «Bismillah» deməklə yanaşı, ağıza hər bir tikə qoyulduqda belə, Allahın adı çəkilsin. Belə etdikdə, yeməyin ləzzəti Allahı yad etməyə mane olmur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter