Lənət olunmuşlar kİmlərdİr?
Lənət olunmuşlar kimlərdir?
Allah-təalanın «Qurani-Məcid»də lənət etdiyi şəxslərdən biri də yalançılardır. Həmin dəstəyə bunlar daxildir:
Münafiqlər
«Quran»da lənət olunmuşların ən birincisi münafiqlərdir:
“Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir! ((«Tövbə»-68 («Fəth»-6 və «Əhzab»-61-də də lənət olunmuşlar.)).
Müşriklər
İkinci dəstə müşriklərdir:
“Allah Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!” («Fəth» - 6).
Kafirlər
Allahın lənətinə gəlmiş şəxslərdən üçüncüsü kafirlərdir:
“Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti o lsun!” («Bəqərə»-61).
Yer üzündə fəsad törədənlər (əxlaqsızlıq və pozğunluğu yayanlar):
Dördüncü dəstə yer üzündə fəsad törədənlərdir:
“Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (Cəhənnəm) gözləyir.” («Rəd»- 25).
Yəhudi tayfası
Beşinci dəstə Yəhudi tayfasıdır. Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. (Və ya bu dedikləri sözə görə onların öz əməlləri bağlansın və lənətə gəlsinlər!).” («Maidə»-64).
Mürtədlər
Lənətə gəlmişlərdən altıncısı mürtədlərdir (müsəlman olub sonradan müsəlmançılıqdan çıxanlar):
“İman gətirdikdən, peyğəmbərin haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalimlər dəstəsini haqq yola istiqamət ləndirməz! Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!” («Ali-İmran»-86 və 87).
Şeytan
«Quran»ın hər bir yerində lənətlənmiş Şeytan da Allah dərgahından qovulmuşlardandır:
“(Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər. Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu).” («Nisa»-117 və 118).
Başqa bir yerdə isə Şeytana xitabən buyurur:
“Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!” («Sad»-78) .
“Sən Qiyamət gününə qədər lənətlənmişsən!” («Hicr»-35).
Allaha və Peyğəmbərə(s) zülm edənlər
Allahın lənətinə gəlmiş dəstələrdən biri də Allaha və Peyğəmbərə(s) zülm edənlərdir. «Quran»da onların barəsində belə buyurulur:
“Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həsrətli bir əzab hazırlamışdır!” («Əhzab»-57).
Yalançılar
Tanrının lənətinə gəlmiş dəstələrdən biri də yalançılardır. (Buna aid ayələr bəhsin əvvəlində qeyd olundu). Yalançıların adı bu ayələrdə kafir, münafiq, müşrik, yer üzünə fitnə-fəsad salan, yəhudi, mürtəd və Allahı, Peyğəmbəri(s) incidənlərlə yanaşı çəkilmişdir. Bunun özü də günahın böyüklüyünə bir dəlildir. Amma təəssüflər olsun ki, bəziləri bu həqiqətin ciddiliyinə varmırlar. Bunlar əgər qeyd olunmuş ayələri oxuyub yaxşı düşünsələr, yalanın «Quran» baxımından nə qədər qəbih və çirkin olduğunu dərk edərlər. Yalan o qədər qəbih və çirkindir ki, insanı insanlığın uca zirvəsindən endirərək şeytanların cərgəsində yerləşdirir. Kaş insanlar «Quran»ın səmavi və nurani təlimlərini öyrənib onun nuru ilə zülmət və zəlalətdən nicat tapaydılar.