MİSALİ ALƏM VƏ MİSALİ BƏDƏNDƏN MƏQSƏD NƏDİR?
Olduğumuz aləmə oxşadığına görə Bərzəxə misali aləm də deyirlər. Bu oxşarlıq zahiri formaya görədir, maddilik və digər xüsusiyyətlərə görə isə fərqlidirlər. Ölümdən sonra elə bir aləmə daxil oluruq ki, bu dünya ona nisbətən ana bətnini xatırladır.
Bərzəxdə bədən də misali bədəndir, yəni formaca bu dünyadakı bədənin eynidir, lakin maddi deyildir. Bu bədən havadan da lətifdir. Və ona mane olası onun qarşısını alacaq bir şey yoxdur. Qərar tuduğu nöqtədə hər şeyi görür və onun üçün divarın bu tərəfi, o tərəfi yoxdur. İmam Sadiq (əleyhissalam) buyurur: “Misali bədəni görsəniz, elə həmin dünyəvi bədəndir, deyərsiniz. Əgər vəfat etmiş adamı yuxuda görsəniz, həmin dünyəvi bədəndə müşahidə edərsiniz, hansı ki, onun maddi cismi qəbirdədir. Siz gördüyünüzsə misali bədəndir. Bərzəx bədəninin bu günkü gözlərimiz şəklində gözləri var, amma bu gözlərin piyi, eləcə də göz ağrısı onda yoxdur.”
Bu gözlər Qiyamət gününədək görür, özü də yaxşı görür və dünyadakı gözlər kimi zəifləyib eynəyə möhtac olmur.