Allah zülm sifətinə, eləcə də digər mənfi sifətlərə malikdirmi?
Bizim etiqadımıza əsasən, əql yaxşı və pis işləri ayıd etməyə qadirdir. İşlərin yaxşı və pisliyi əqli və zatidir. Bir sıra işlər zati olaraq yaxşı və bəyəniləndir. Bəzi işlər isə pis və xoşagəlməzdir. Bizim əqlimiz şəriət buyuruqlarını nəzərə almadan, bəzi işlərin yaxşı olub, şübhəsiz yerinə yetirilməsini, bəzi işlərin pis olub, sözsüz tərk edilməsini dərk etməyə qadirdir. Əqlin hökmü sabitdir və sabit meyara malikdir. Fellərdəki yaxşı və pislik həmişə hamı üçün sabit və eynidir. Yəni, əgər əql ədalətin yaxşı, zülmün pis iş olmasını deyirsə, deməli, bu həmişə və hamı üçün belədir.
Buna əsasən, biz Allahın ədalətli olmasına, heç kəsə zülm və haqsızlıq etməməsinə inanırıq. Allah-taala həmişə yaxşı və bəyənilən işlər görür. Ondan heç vaxt pis işlər baş vermir. Çünki əqlin hökmünə əsasən zülm, pis işlər və bəyənilməyən sifətlər pisdir, onlar mütləq tərk olunmalıdır.
Allah-taala mütləq şəkildə həkim və alim olduğundan, (zati olan, heç bir qeyd-şərt qəbul etməyən, xüsusi zamana, məkana və idrak edən şəxsə məxsus olmayan) bu işlərin pis olmasını hamıdan yaşı dərk edir və heç vaxt onları yerinə yetirmir. Başqa sözlə, insan dərk edir ki, ədalətlə davranıb, yaxşı əməllər yerinə yetirmək hər hansı bir şəxs üçün ucalıq və kamal; zülm və haqsızlıq edib, pis əməllər yerinə yetirmək isə, alçaqlıq və eybdir. Allah-taala mütləq şəkildə aqil olduğu üçün bu məsələni dərk edir. Belə bir idrakla Allah-taala çirkin, nöqsanlı, eybli və kamalın əksinə olan işlər yerinə yetirərmi?!
Şiələrin əqidələrinə və yuxarıda qeyd olunan təhlillərə görə, Allah-taala zülm kimi rəzil və çirkin sifətlərdən uzaqdır.(\"İlahiyyat\",Ayətullah Cəfər Sübhani,(Həsən Məhəmməd Məkki Amilinin qələmi ilə),1-ci cild ,səh.287-288)