RAMAZAN AYINA NİYƏ MÜBARƏK DEYİLİR?
Peyğəmbər (s) bu mövzuda belə buyurur: Allah ən pak olandır, baxın, görün, nəyi qarşılamağa gedirsiniz? Əgər bəndələr Ramazan ayında olan nemətlərdən xəbərdar olsaydı bütün ayların Ramazan olmasını diləyərdilər.
Ramazan ayının sifətlərindən biri \"Mübarək\" dir. Peyğəmbər (s) çox yerdə bu sifətə toxunmuşdur. Həzrət Məhəmməd (s) hər il Ramazan ayının ilk gecəsi bu duanı oxuyardı.
\"Ey Mübarək ay, bizə sənin vasitəçiliyinlə kəramət qazandıran Allaha həmd olsun. Mübarək sözü, mübarək, bolca xeyr qaynağı deməkdir. Qurani Kərim də çox yerdə mübarək sözünü istifadə edilib. Quran mədəniyyətində Allahın evi Kəbə, Məscidi Əqsa, Qədr gecəsi və Quranın özü də mübarəkdir.
Ramazan ayı, insanların bu mənəvi atmosferdə tam fərqli insanlara çevrildiyi və böyük bir coşqu yaşadığı üçün mübarəkdir. Bu ayda şəhvani istəklərə qarşı müqavimət göstərmək gücü artır. Həqiqətdə ramazan ayı, insanlar ən gözəl sifətlərə büründüyü üçün mübarəkdir. Ramazan ayı özünü tərbiyət etmək ayıdır. Bu ayda, insanların özlərini aktual həyatın bağlarından qurtarıb səadət yolunu getmək üçün uyğun bir mühit hazırlayırlar.
İnsanların hidayəti üçün ən mükəmməl proqramları İslam dini təqdim edir. Həzrət Əli (ə) buyurur: \"Ey insanlar tədbirsiz bir dünyadan xeyir gəlməz. Günün saatları bütün işlərin eyni anda yerinə yetirilməsinə çatmaz, ona görə iş və istirahət saatlarını doğru şəkildə bölüşdürün.\"
Bir Müsəlman üçün iş, sağlam bir həyatın təməli olub insan izzəti və kəramətini qoruyan ən böyük faktor sayılır. Müsəlman bir insan Qurani Kərimdən hər kəsin həyatını, iş və səyinə borclu olduğunu və heç kimin işdən və səy göstərmədən heç bir şey əldə edə bilməyəcəyini öyrənmişdir.
Bir Müsəlman, bədənində yığılan enerjini ən yaxşı şəkildə qiymətləndirən insandır. Necə ki keçmiş Müsəlmanlar böyük bir coşğu və səy ilə parlaq İslam mədəniyyətinin təməlini qoydular.
Müsəlmanın işləməkdən məqsədi, sağlam yaşamaq, xalqa xidmət etmək və Allahın razılığını qazanmaqdır. Necə ki uca Allah da Bəqərə surəsinin 201-202-ci ayələrində belə buyurur: \"Onlardan bəzisi deyər: Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi cəhənnəm odunun əzabından qoru. Əldə etdiklərindən payları olacaq kəslər onlardır. Allah çox tez hesab çəkəndir.\"
Bir gün Yunan filosofu Aristoteldən niyə az yeyirsən? deyə soruşarlar. Aristotel belə cavab verir: \"Mən yaşamaq üçün yeyirəm, başqaları yemək üçün yaşayırlar.\" Həddindən artıq yemək düşüncənin inkişafına mane olar. Bu mövzuda İslam dini də nəfsinizə qalib gəlmək üçün həll yolları təqdim etmişdir ki oruc tutmaq bu yollardan biridir. İslam peyğəmbəri belə buyurur: Qəlblərinizi çox yemək və içməklə öldürməyin.
Uca Allah Qüdsi bir hədisdə belə buyurur: Ey adəm övladları, mənim mələklərim gecə gündüz sizi müşahidə edir, söylədiklərinizi və etdiklərinizi, az və ya çox, hamısını yazırlar. Göyün üzü sizdən gördüyü hər əmələ şahidlik gətirər. Günəş, ay və ulduzlar da etdiklərinizə şahidlik gətirərlər. Mən də sizin ürəyiniz və gizli əməllərinizin şahidiyəm. Ona görə də heç vaxt qafil olmayın.