MÜNƏCCIMLƏRIN SÖZÜ ETIBARLIDIRMI?!


Deməli, nücum elminin həqiqət olması və peyğəmbərlərin (ə) elmindən sayılması şübhəsizdir. Məsum olmayan və bu elmi öyrənmiş münəccimlərin sözünə etina edib onların gələcək proqnozlarını qəbul etmək olarmı?! Əllamə Təbatəbai bu sualın cavabında deyir: «Münəccimlərin bəzi mətləbləri, (o cümlədən, zahiri baxımdan şəriətlə zidd sayılan günlərin nəhs və uğurlu olması) etibarsızdır. Əmirəlmömininə (ə) mənsub bir divanda («Nəhcül-bəlağə») deyilir: «Həzrət (ə) Siffeyndən qayıdanda və Nəhrəvana getmək istədikdə bir münəccim İmama belə dedi: «Bu gün (səfərə) çıxmaq olmaz». Həzrət (ə) beytlər (şer) qoşdu və onun sözünə etina etmədi.\"
Münəccimlər öz təcrübələri üzündən müəyyən məsələləri deyir, tarixi hekayə də nəql edirlər.
Mərhum Xacə Nəsrəddin Tusi səfərlərinin birində bir dəyirmana çatdı və gecə orada qalmalı oldu. Hava münasib olduğu üçün göstəriş verdi ki, onun yerini çöldə salsınlar. Dəyirmançı ona dedi:
– Bu axşam yağış yağacaq. Yaxşıdır ki, dəyirmanın içində yatasan.
Xacə dedi:
– Haradan bilirsən?
– Mənim bir itim var; yağış yağacağı axşamlarda dəyirmanın içində yatır. Bu axşam da dəyirmanın daxilin də yatıb.
– (Nücum elminə əsasən bir hesablama apardı) Xeyr, bu axşam yağış yağmayacaq.
O, dəyirmanın çölündə yatdı. Gecədən bir qədər keçdikdən sonra buludlar aşkar oldu və yağış yağdı. Xacə dəyirmanın içinə keçməyə məcbur oldu. Dedi: «Allaha şükür ki, bir it qədər də elmimiz yoxdur.»


DUA YAZANA MÜRACIƏT ETMƏK
Bəziləri öz problem və çarəsiz dərdlərinin həlli üçün dua yazana müraciət edib, xüsusi dualar alır, əvəzində də duayazana zəhməthaqqı verirlər! Görəsən bu, şəriətdə qəbul olunurmu?! Bunda heç bir eyib yoxdurmu?!
İlk olaraq xatırlatmaq lazımdır ki, müxtəlif məqamlarda duanın təsirə malik olmasında şəri və əqli baxımdan heç bir şəkk-şübhə yoxdur.
Ziraə nəql edir: «İmam Baqir (ə) mənə belə buyurdu: «İstəyirsən, sənə elə bir (yol) göstərim ki, (hətta) Rəsulallah (s) da ondan istisna deyil?» Dedim: «Bəli.» Buyurdu:
الدّعا یردّ القضاء و قد ابرم ابراما و ضم اصابعه
«Dua, (baş verəcəyi labüd olan) qəza-qədəri qaytarır (dəyişir).»
Sonra Həzrət (ə) mütləq qəzanı bildirmək (vəsf etmək) üçün barmaqlarını bir-birinə yapışdırdı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter