İmam Kazım (ə) dünyaya gələn zaman, imamətin hansı məxsusi əlamətlərini göstərmişdir?


Əbu Bəsir nəql edir: “İmam Sadiqin (ə) övladı Həzrət Musa (ə) dünyaya gələn zaman mən Həzrətlə (ə) bir yerdə idim. İmam Sadiq (ə) sevindi və bizə tərəf gəldi və təbəssüm etdi. Biz dedik: “Allah həmişə üzünüzü gülərüz və dodaqlarınızı təbəssümlü etsin. Həmidənin halı necədir?”. İmam (ə) buyurdu: “Allah mənə bir oğlan övladı əta etmişdir ki, onun ən üstün məxluqudur. Həmidə onunla bağlı mənə xəbər göndərmişdi. Xəbərdə deyirdi ki, körpə dünyaya gələn zaman əllərini yerə qoydu və başını səmaya qaldırdı. Mən də ona xəbər göndərdim ki, bu əlamət – İmamətin əlamətidir”. Soruşduq: “Sənə qurban olaq! Bu əlamət necə İmamətin nişanəsidir?”. İmam (ə) buyurdu: “O zaman ki, cəddimin nütfəsi bağlanmışdı, cəddimin atası yatırmış və onun yanına bir kişi gəlir və əlində bir kasa var idi. Kasanın içində isə süddən ağ və şirin və buz kimi soyuq bir içəcək vardı. Həmin kişi dedi ki, bu şərbəti iç. Bundan sonra cəddimin nütfəsi bağlanır...


İmam Hüseyn (ə) qübbəsinin altında edilən dualar nə vaxt qəbul olur?


Hədislərimiz buyurur ki, İmam Hüseyn (ə) qübbəsinin altında edilən dualar qəbul olar. Ancaq hər dua deyil. Bəlkə o dua ki, bəzi şərtlərə malik olmalıdır. Duanın sərhədləri vardır. O dua ki, yerinə yetirilməsi mahaldır, onu Allahdan istəmək olmaz. Dua xaliscəsinə edilməlidir. Yəni, insan etdiyi duada xalis olmalıdır. Dua edən zaman diqqəti Allahda olmalıdır. Dua edən insan əvvəl tövbə edərək özünü paklamalı, sonra dua etməlidir. Çünki pak insanların duası cavabsız qalmaz. Əgər duada gecikmə vardırsa, deməli İlahi hikmət onu təxirə salmışdır. Hər bir şeyin öz vaxtı və zamanı vardır. Eyni zamanda edilən duaların da. Bəzi duaların gecikməsi o deməkdir ki, həmin duanın bu anda həyata keçməsi həmin şəxs üçün bəyənilən və xeyirli deyildir. Əlbəttə, İmamın (ə) hərəmində edilən dualardan əvvəl, zəvvarın əsil hədəfi ziyarət olmalıdır. Çünki ziyarət qəsdi ilə bu pak məkana ayaq basmışdır.
Beləliklə deyə bilərik ki, əgər dualarınızın İmam Hüseyn (ə) qübbəsinin altında qəbul olmasını istəyirsinizsə, gərək bəzi şərtlərə əməl edəsiniz. Bu şərtlər: duanın edildiyi zaman, məkan və həmin şəxsin paklığı, duanı ixlasla etməsi və mahal olan dualardan çəkinməsidir.


İmam Hüseynin (ə) qərar əzəməti və misilsiz igidliyi nədən qaynaqlanırdı?


İmam Hüseyn (ə) böyük əzəmətlərə malik olan misilsiz bir şəxsiyyət idi. Onun əzəmətləri ilə tanış olaq.
1. Qərar verən zaman göstərdiyi əzəmət. İmam (ə) bir işə qərar verəndən sonra onda əzm göstərər və sözündən geri dönməzdi. Heç bir şey onun qərarını süstləşdirə bilməzdi. İmamın (ə) Məkkədən xaric olan zaman söylədiyi xütbədə bu daha aydın görünürdü. Onun söylədiyi xütbənin məkanı elə belə bir məkan deyildi. Bu məkanda görkəmli insanlar, o cümlədən: Ömər ibni Əbdurrəhman, Abdullah ibni Abbas, Muhəmməd ibni Hənəfiyyə, Abdullah ibni Ömər kimi şəxsiyyətlər var idi. Hətta bu kimi insanlar onu qərarından döndərə bilmirlər. Əslində onun söylədiyi bu xütbə istəklərinin cavabı idi.
Bu saydığımız insanlar nə qədər tanınmış insanlar olsa da, İmam Hüseyn (ə) kimi güclü ruha, şüura və əqidəyə malik deyildilər. İmam Hüseyndə (ə) olan əzm onların heç birində yox idi.


İmam Məhdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir?


İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) dostlarının və tərəfdaşlarının sifətlərini bəyan etmişdir ki, onlarla tanış olaq:
İmam Əli (ə) buyurur: “Onun davamçıları payız buludları kimi toplaşarlar”. Təfsirçilərin nəzərinə görə, İmam işarə edir ki, İmam Məhdinin (ə.f) tərəfdaşları mənəvi cəhətdən o qədər yüksələcəklər ki, teyyul-ərz vasitəsilə özlərini Kəbə evinə çatdıracaqlar. İmam Əli (ə) payız buludu dedikdə, onların sürətini də nəzərdə tutur ki, necə sürətlə İmamın (ə.f) ətrafında toplaşacaqlar. Həzrət (ə) başqa yerdə buyurur: “Bir dəstə fitnələri əzmək üçün hazır olacaqdır və qılınc kimi cilalanmışdılar. Gözləri Quranla aydınlanıbdır. Qulaqlarında Quran təfsiri səslənər. Səhər və axşam cağı hikmət libasını başlarına çəkərlər”...


Salman Farsini uca məqama qaldıran 3 xüsusiyyət hansılardır?!


Mənsur ibni Bəzrəc nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Mən sizdən çox eşidirəm ki, daima Salman Farsini yada salırsınız”. Həzrət (ə) buyurdu: “Salman Farsi demə! Salman Muhəmmədi (de)! Bilirsənmi ki, niyə onu tez-tez yada salıram? Üç səbəbə görə...”.
1. İmam (ə) buyurur ki, Salman Farsinin İmamın (ə) yadında qalmasının səbəbi odur ki, o, həmişə İmam Əlinin (ə) istəklərini öz istəklərindən üstün hesab edərdi. O, yaxşı bilirdi ki, İmamı (ə) ondan nə istəyir.
2. Salman Farsi həmişə yoxsul və ehtiyaclı insanları zəngin insanlardan üstün tutmuşdur. Qohumları, rəfiqləri arasında hər kimin ehtiyacı vardırsa, əvvəl onlara yardım edərdi, sonra zəngin olanlara. Yoxsulların məclisində iştirak etməyi zənginlərin məclisindən daha üstün bilərdi...


Hz Peyğəmbərin (s) səhabəsi Səlman öləndən öncə hansı məsələlər haqda tövsiyə etdi?!


Nəql olunur ki, Salman can verən zaman müsəlmanlara üç tövsiyə vermişdir: Üç yerdə Allahı yada salın:
1. Nə zaman bir işdə qərar vermək istəsəniz. 2. Nə zaman bir məsələdə hökm vermək istəsəniz. 3. Nə zaman bir şeyi bölmək istəyərkən”.
İmam Əlinin (ə) səhabələrindən olan Əsbəğ ibni Bənabə nəql edir: “O zaman ki, Salman dünyasını dəyişdi, biz onun cənazəsini qəbrə qoymazdan əvvəl ata minən qəmli bir insan bizə tərəf gəldi və salam verdi. Buyurdu: “Salmanın cənazəsini hazırlamaqda tələsin”.
O, bütün lazım olan şeyləri gətirmişdi və biz də ona yardım etdik. Bu işləri görəndən sonra cənazəyə namaz qıldı və cənazəni dəfn etdik. O, kişi İmam Əli (ə) idi, Salmanı dəfn etmək üçün Kufədən Mədainə gəlmişdi.


İmam Əlinin (ə) ömrün qədrini bilmək barədə təsirli xütbəsi!


“Nəhcul-bəlağə”nin 83-cü xütbəsində İmam Əli (ə) buyurur: “Ey Allah bəndələri! Hal-hazırda ölüm kəndiri boynunuzdan asılmamış, ruhunuz azaddır və bədəniniz rahat – bir-birinizin yardımı ilə çətinliklərinizi həll edə bilərsiniz. Hələ ki, möhlətiniz vardır və qərar vermək üçün fürsətiniz vardır – tövbə və qayıtmaq yolu açıqdır. Çətinlikdə, qorxu və məhv olmaqda qərar tutmazdan əvvəl və intizarda olan ölüm gəlməzdən əvvəl, Allahın qüdrətli təqdir əlinin sizi almasından əvvəl (bu dəyərli fürsətdən istifadə edin)”.
İmam Əli (ə) buyurur ki, insanın əlində olan fürsətlər: ömrünün qalan hissəsi, hüzurlu ruh, cismi rahatlıq, kamal əldə etmək imkanları, qərar vermək fürsəti, tövbə etmək qabiliyyəti, günahdan qayıtmaq – bunların hər biri insan ömrünün dəyərli fürsətləridir...


İnsan hansı yolla qəlbini ilahi məhəbbətlə işıqlandıra bilər?


Hər bir məhəbbət insana verilən ne`mət və ona göstərilən xidmətə diqqətdən asılıdır. İnsan Allahın ne`mətlərini düşündükcə Ona sevgisi artır.
Külək, yağış, günəş, dağlar, çəmənlər, qidalar, ailə, övlad, əql, elm, dil, göz, qulaq, gecə, gündüz, ayıqlıq, yuxu, azadlıq, seçim imkanı, yaxşılığa meyl, pisliyə nifrət insan ömrünü iflic vəziyyətdən çıxaran ümumi ne`mətlərdir. Bilirsinizmi iki-üç gün susuz, yuxusuz, ac qalan insan nə vəziyyətə düşür?!
Hər bir fərdə əta olunmuş özünəməxsus iste`dadlar Allahın xüsusi ne`mətlərindəndir. İnsan öz varlığını diqqətlə nəzərdən keçirsə, kimsədə olmayan xüsusiyyətlərlə rastlaşar.
Bəli, ne`mətləri düşünmək insanın qəlbini ilahi eşqlə doldurur, onu Allah qarşısında səcdəyə vadar edir. Bütün bunları nəzərə alaraq Qur`an ilahi ne`mətlər barədə düşünməyi tapşırır. (“Əraf”, 69.)


Üz qırıxmaq din və Avropa alimlərinin düşüncəsində necə dəyərləndirilir?!


Üz qırxmaq məşhur fəqihlərin nəzərində düzgün hesab edilmir. Üz qırxmaqda icazəli hədd isə, xalqın baxarkən \"fülankəsin saqqalı var\" deməsidir. Üzü qırxarkən isə, maşınla və ya ülgüclə qırxmaq arasında heç bir fərq yoxdur. Üz tükünün xeyirləri haqda həkimlərin söylədikləri
Tanınmış doktor \"Finkor Corc\" deyir: Saqqal bir çox xeyirlərə malikdir, o cümlədən: ağızın qorunması, ağız boşluğunda əlavə rütubətin qarşısının alınması, dişlərin və selikli vəzlərin sağlamlığı.
\"Gigiyenik cəhətdən üzün qırxılması\" kitabının müəllifi yazır: Mimika və rəng dəyişkənliyi, bir sıra boğaz və ağız xəstəliklərinin yaranması, baş, üz və boğaz soyuqdəyməsi, yanaqların kənarında bitən xüsusi səpkilər, bəzən ağır dişağrıları, qripləmələr müasir elmi kəşflərə əsasən, bir çox hallarda üz tükünün qırxılması nəticəsində baş verir...


Camaat namazında iştirak etmək üçün hansı 6 mühüm nöqtəyə fikir verməliyik?!


Səhabələrdən bir nəfər nəql edir: “Peyğəmbərin (s) məscidinə daxil oldum və ancaq camaat namazında iştirak etmədim.
Həzrət Peyğəmbər (s) namazdan sonra mənə buyurdu: “Niyə camaat namazında iştirak etmədin?”. Dedim: “Bilmirdim ki, siz hələ namaz qılırsınız. Ona görə də namazı evdə qılmışdım”. Həzrət (s) buyurdu: “Yenə də camaatla qıl, baxmayaraq ki, evdə qılsan belə”. Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtə:
1. Camaat namazında iştirak etmək hamı üçün müstəhəbdir, xüsusilə də məscidlə qonşu olanlar üçün.
2. Müstəhəbdir ki, insan səbir etsin və namazını camaatla qılsın...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter