İmam Hüseynin (ə) fədakarlığı bütün dinləri xilas etdi?!


Aydın şəkildə demək olar ki, İmam Hüseynin (ə) qiyamı nəinki İslam Peyğəmbərinin (s) dininə nicat verdi, əslində başqa peyğəmbərlərin (ə) də risalətinin məhv olmasının qarşısını aldı. Çünki, Peyğəmbər (s) keçmiş rəsulların dinini kamil etmişdi və Xatəmül-ənbiya idi. Sanki başqa peyğəmbərlərin (ə) risaləti İslam Peyğəmbərinin (s) zühuru üçün bir müqəddimə olmuşdur.
Bu sonuncu İlahi din Müaviyyə (lən) və Yezidin (lən) zamanında təhlükə altına düşür. Xüsusilə də Yezidin xəlifə olduğu zamanda. Ona görə də belə bir qorxu var idi ki, bütün peyğəmbələrin (ə) və İslam Peyğəmbərinin (s) əməkləri səmərəsiz qala bilərdi. Belə bir şəraitdə İmam Hüseyn (ə) qiyamı yardım etdi ki, Peyğəmbərin (s) dini dirçəlsin və tövhid ağacı təravətlənib, yeni budaqlar versinlər.


Mömin sevincli olmalıdır, yoxsa kədərli? Hz İsa (ə) ilə Yəhyanın müzakirəsi


Həzrət Yəhya (ə) görür ki, Həzrət İsa (ə) gülümsəyir. Ona xitab edərək, deyir: “Niyə səni qafil insanların simasında görürəm? Sanki İlahi əzabdan amandasan?”.
Həzrət İsa (ə) cavabında Həzrət Yəhyaya (ə) buyurur: “Nə səbəbdən səni nigaran və narahat görürəm? Sanki İlahi rəhmətdən ümidsiz olmusan?”.
Hər ikisi bu mövzular haqqında müzakirələr etməyə başladılar. Ancaq bir yerə gəlib çata bilmədilər. Ona görə də İlahi vəhyin enməsini gözlədilər.
Allah Təala onlara belə bir vəhy göndərdi: “Siz iki nəfərin arasından Mənim üçün ən sevimlisi o kəsdir ki, üzü gülür və Mənə qarşı hüsnü-zənni daha çoxdur”.
Bu mövzuda İmam Əlinin (ə) dəyərli bir kəlamı yada düşür: “Möminin şadlığı üzündə, qəmi isə qəlbindədir”.


İslam Peyğəmbərinin (s) ən böyük nigarançılığı nə idi?


Həzrət Peyğəmbər (s) ömrünün son günlərində bir şey üçün çox nigaran idi. Onu nigaran edən mövzu – İslam ümmətinin vəsisi idi. Həzrət Peyğəmbər (s) ətrafında olan insanların fitnəsindən xəbərdar idi və ona görə də İmamət mövzusu onu çox narahat edirdi. O, dəfələrlə özündən sonra canişinin Əli ibn Əbutalibin (ə) olacağını vurğulamışdı.
Vəfatından təxminən 70 gün əvvəl Qədir-Xum çölündə öz risalətini tamamlayaraq, İmam Əlini (ə) öz canişini elan etmişdi.
O, öz nigarançılığını İmam Əli (ə) ilə bölüşür və ona buyurur: “Mən qorxuram ki, əgər rəhbərlik üzündən onlara təzyiq etsən və onlara qarşı çıxsan, səni qətl edərlər”.
Bu səbəbdən Həzrət (s) qərara alır ki, öz canişinini yazılı olaraq elan etsin və onu ziyarətə gələn bəzi səhabələrinin yanında kağız və mürəkkəb istəyir ki, onlara hüccətini tamam etsin. Həzrət (s) buyurur: “Mənim üçün kağız və mürəkkəb gətirin ki, sizin üçün məktub yazam və məndən sonra yolunuzu azmayasınız”.
Bu zaman orada olanlardan biri deyir: “Xəstəlik ona qələbə çalmışdır. Quran ola-ola bizim başqa şeyə ehtiyacımız yoxdur”.


Peyğəmbərimiz (s) Qədir-Xumda İmam Məhdi (ə.f) barədə nə dedi?


Həzrət Peyğəmbər (s) Qədir-Xum çölündə öz məşhur xütbəsini söyləmişdir ki, bu xütbədə İmam Məhdiyə (ə.f) işarə edərək, onu müsəlmanlara tanıtmışdır. Həzrət Peyğəmbər (s) buyurur: “Bu İmamət onların arasında qalıcıdır. Onların sonuncusu Məhdidir (ə.f). Agah olun, həqiqətən də axırıncı İmam bizdən olan Qaim Məhdidir (ə.f)”.
Həzrət (s), İmamı (ə.f) tanıtmaqda davam edərək buyurmuşdur: “O, bütün dinlərə hakim olacaqdır. Agah olun! Odur zülmkarlardan intiqam alan! Agah olun! O, yer üzərində Allahın vəlisidir. İnsanlar arasında hakimi və aşkar və gizli məsələlərin əmanətdarıdır”. O zaman ki, Peyğəmbər (s) Qaim Məhdinin (ə.f) adını çəkir, belə görünür ki, artıq hamı onun kim olduğunu bilirdi. Çünki Peyğəmbərimiz (s) 23 illik nübuvvət zamanında onun haqqında çox söhbətlər etmişdi. Həzrət Qədir-Xumda buyurur: “İmamlarımızın (ə.f) sonuncusu vardır ki, siz hamınız (onu) tanıyırsınız. O, Qaim Məhdidir (ə.f) və bizim ailəmizdəndir”.


İmam Əlinin (ə) Allah tərəfindən müəyyən edilmiş 5 üstünlüyü nələrdir?!


Əmirəl-möminin İmam Əlinin (ə) beş üstünlüyü vardır ki, onu həm dostları və həm də düşmənləri etiraf edirlər. Hər kim bu üstünlükləri qəbul etmirsə, ya dini maarifdən bəhrə aparmamışdır, ya da inadı üzündən dini həqiqətlərə mane olmaq istəyir.
1. Həzrət Əli (ə) Allah tərəfindən seçilmişdir. Allahın Quranda İmam Əli (ə) üçün bəyan etdiyi ən üstün fəzilətlərdən biri odur ki, o Həzrət (ə), İslam Peyğəmbərinin (s) canişini və vəlisidir. Həzrət Peyğəmbər (s) Qədir-Xum çölündə onun İlahi rəhbərlər olduğunu elan edərək, vilayət nemətini tamamlamış və dinin kamala çatmasına səbəb olmuşdur. “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. (“Maidə” 67). Allah başqa ayədə buyurur: “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim”. (“Maidə” 3). Bu ayə İmam Əlinin (ə) fəzilətində nazil olmuşdur və bu ayədən sonra Peyğəmbər (s) İmam Əlinin (ə) əlini yuxarı qaldırdı və onu özündən sonra İlahi rəhbər və mövla kimi tanıtdı...


İslamın baxışına əsasən Bəxtin gətirməsi vardırmı?


İslam dini bizə öyrədir ki, bəxtin gətirməsi mövcud deyildir. Hər bir hadisənin nəticəsi onun səbəbindən asılıdır. Bu dünyada səbəb olmadan nəticə olmaz. Hər kim bəxt olduğunu iddia edirsə, Allahın varlığına inanmır deməkdir. Bu dünyada hər bir şey Allahın əlindədir və Onun qüdrətinə tabedir. Bu mövzu fəlsəfə elmində sübut olmuşdur. Lakin bəziləri deyir ki, adətən həsəd aparan insanın bəxti başqalarından daha çox olur. Baxaq görək, həsəd aparmaq nədir? Həsəd odur ki, insan başqasının əlində olanın aradan getməsini arzu edər. İstər bu nemət ona çatsın, istərsə də çatmasın. Həsəd aparının əqidəsinə görə bu nemətin həmin şəxsin əlində olması adil deyildir. Adətən həsəd aparan şəxs həmişə istəyər ki, nemət sahibi həmin nemətdən məhrum olsun.


Həsəd aparan insanla necə rəftar etməliyik? İslamın baxışı


İslam dini həsəd aparan insanlarla necə rəftar etməyimizi bizə tövsiyələr və nəsihətlər şəklində öyrətmişdir ki, onlarla tanış olaq.
1. Həsəd aparan insanla yola getmək lazımdır. İmam Sadiq (ə) buyurur: “İnsan üç şeydən qaça bilməz: ürəyi yanan insanlarla məsləhət etməkdən, həsəd aparan insanla yola getməkdən, insanlarla dostluq etməkdən”.
2. Həsəd aparan insanın gözünün önündən nemətləri yığışdırmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hacətlərinizin həyata keçməsi üçün gizlilikdən yardım alın. Çünki hər nemət sahibi həsəd oluna bilər”.
3. Allaha pənah aparın. Quran bizə öyrədir ki, hər bir həsəd aparanın şərindən Ona pənah aparaq. “Və paxıllıq etdiyi zaman paxılın şərindən”. (“Fələq” 5).


İnsanlarla necə rəftar edək? – Məsumların (ə) buyuruşu


İnsanlarla necə rəftar etməklə bağlı Məsumlardın (ə) mübarək buyuruşlarına diqqət edək.
Əmirəl-möminin (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur ki, Allaha imandan sonra ağlın başlanğıcı – insanlara məhəbbətlərini bildirib, onlarla dost olmaqdır”.
İmam Sadiq (ə) buyurur: “Hər kim Allaha görə qardaşı ilə görüşərsə, Allah Təala buyurar: “Mənimlə görüşmüsən və görüşməyinin savabı Məndəndir. Sənin üçün behiştdən başqa savaba razı olmaram””.
İmam Sadiq (ə) buyurur: “Həzrət İsa (ə) dostlarından bəzisinə buyurardı: “O şeyi ki, sənə qarşı etməklərini sevmirsən, başqalarına qarşı etmə””.
İmam Əli (ə) buyurur: “O zaman ki, qardaşınızla görüşürsünüz, əl verin. Onlarla gülərüzlə görüşün ki, bir-birinizdən ayrılan zaman günahlarınız bağışlansın”....


Hansı 3 əməllər İlahi ərşi titrədərək Allah-Taalanın (c.c) qəzəbinə səbəb olar?!


İndiyə qədər yəqin ki, İlahi ərşin titrəməsi ifadəsi ilə tanışsınız. Bəs hansı əməllər ərşin titrəməsinə səbəb olar?
Allahın ərşini titrədən əməllərdən biri – yetimi ağlatmaqdır. Hədislər buyurur ki, yetimin göz yaşları ərşin titrəməsinə səbəb olar. Ərşi titrədən ikinci əməl isə boşanmadır. Ərlə arvad arasında İlahi bağlar vardır. O zaman ki, onlar təlaq verərlər, bu bağlar sınar və dağılar. Buna görə də ərş pisliyin böyüklüyündən titrəməyə başlayar. Ərşi titrədən başqa bir əməl isə zalımı tərifləməkdir. Yəni, o insan pis insandır və çox sayda kəbirə günahlar etmiş, insanlara zülm etmişdir...


İmam Hüseynin (ə) gözəl əxlaqından nümunələr!


Nəql edilir ki, bir gün bir ərəb İmam Hüseynin (ə) yanına gəlir və deyir: “Ey Peyğəmbər (s) övladı! Mən diyənin hamısını verəcəyimi zəmanət etmişəm. Ancaq onu verməkdən acizəm. Öz-özümə dedim ki, onu insanların ən böyüyündən istəyim. Peyğəmbər (s) nəslindən daha böyüyünü tapa bilmədim”. İmam (ə) ona buyurur: “Ey ərəb qardaş! Sənə üç sual verəcəyəm, əgər onlardan birinə cavab versən, diyənin üçdə birini verəcəyəm. Əgər ikisinə cavab versən, ikidə birini verəcəyəm, əgər üçünə düz cavab versən, hamısını sənə verəcəyəm”.
Ərəb deyir: “Sizin kimi elm və şərəfə malik olan bir insan mənim kimisinə sual vermək istəyir?”.
Həzrət (ə) buyurur: “Bəli, cəddim Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Məşhurluq mərifətin ölçüsü qədərdir”.
Ərəb deyir: “Onda soruşun, əgər cavab versəm (ki, heç), əgər verməsəm cavablarını sizdən öyrənərəm”.
İmam (ə) buyurur: “Ən üstün əməl hansıdır?”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter