İbadətdə ifrat -həddi aşmaq olmaz?! İmam Sadiqin (ə) hədisi


İmam Sadiq (ə) nəql edir: “Bəni-İsrayildən olan abid o qədər ibadət edir ki, çox arıqlayır. Allah da zamanın peyğəmbərinə vəhy edir ki, ona de: “İzzət və Cəlalıma and olsun ki, əgər mənə elə ibadət etsən ki, daxili yağların suya çevrilər, səndən qəbul etmərəm. Məgər o halda ki, Mən müəyyən etdiyim şəkildə mənə ibadət edəsən və əmr etdiyim qapıdan daxil olasan”. Həqiqi ibadət – o ibadətdir ki, Allahın verdiyi əmrlərə əsasən möhkəm olsun. Əmr olunmamış ibadət, bidətdir. Bidət isə zəlalətdir və bidət əhli – atəşdədir”.


Namazın vacib olmasının sirri haqda İmam Sadiqin (ə) izahı ?!


Hişam ibni Həkəm İmam Sadiqdən (ə) soruşur: “Bu ibadət insanların ehtiyaclarını yerinə yetirməkdən məşğul edir və bədənlərini əziyyətə salır, necə ola bilər ki, Allah Təala onu vacib etsin?”. Həzrət (ə) buyurdu: “Onun sirləri və səbəbləri vardır. Əgər insanlar öz hallarına buraxılsaydı və Peyğəmbər (s) tərəfindən heç bir tənbeh və təzəkkür olunmasaydılar, Allahın Kitabı əllərində qalar və halları əvvəlki insanların halları kimi olardı. Baxmayaraq ki, onlar din əldə etdilər, insanları öz dinlərinə dəvət etdilər və onlarla mübarizə etdilər, ancaq bu dünyadan gedəndən sonra adları da yadlardan silindi. Əmrləri köhnə oldu. Sanki onlar bu dünyada heç olmayıblar. Allah Təala iradə etmişdir ki, Muhəmmədin (s) dini, əmrləri unudulmasın. Ona görə də ümmətinə namazı vacib etdi. Bu namazda insanlar hər gün beş dəfə yüksək səslə Peyğəmbərin (s) adını çəkir və namaz əməlini yerinə yetirərək, Allaha ibadət edərlər və Onu yada salarlar. Bu yolla o Həzrətdən (s) qafil olmaz və onu unutmazlar. Nəticədə də zikri köhnəlməz””.


Azanın fəlsəfəsi barədə İmam Rzanın (ə) mübarək açıqlaması


Azan namaz zamanı bir növ şüar rolunu oynayır. İmam Rzadan (ə) soruşurlar ki, azanın fəlsəfəsi nədir? İmam (ə) buyurur: “İnsanların azan deməyə vəzifələndirilməklərinin bir çox dəlilləri vardır. O cümlədən: Unudanın yadına salsın. Qafilləri ayıltsın. Vaxtla tanış olmayanı, peşəsi ilə məşğul olanı, namazın fikrindən xəbərsiz olanı xəbərdarlıq edər və vaxtı tanıdar. Azan deyən şəxs dediyi azan ilə bəndələri Allahın ibadətinə və pərətişinə çağırar. İbadəti yerinə yetirmək üçün təşviq edəndir. Cəlal və Əla Allahın vahid olmasını etiraf edər, imanı aşkara çıxardar, salamı zahir və əyan edər. kəslər ki, şəhadəti və namazı unudublar, azan deyən yadlarına salar. Azan deyəni ona görə muəzzin adlandırırlar ki, azan vasitəsilə insanlara elan edir ki, namaz qılsınlar. Ona görə də azan təkbir ilə başlayır və təhlil (“Lə iləhə illəllah”) ilə sona çatır ki, Allah Təala iradə buyurmuşdur ki, Onun adı ilə başlanılsın.


Cümə namazında iştirak etmək haqda Hz Peyğəmbər (s) nə buyurmuşdur?!


Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ya Rəsulallah! Mən dəfələrlə həccə hazırlaşmışam, ancaq bu tövfiq mənə nəsib olmayıbdır”. Həzrət (s) buyurur:“Cümə namazı – yoxsulların həccidir”. Bəs cümə namazının fəlsəfəsi nədir?
Cümə namazı hər şeydən əvvəl camaatla bir yerdə qılınan namazdır. İbadət insanın ruh və canını lətif edər, ürəyini günahlardan yuyar və qəlbində olan pası təmizləyər. Cümə namazı həcc əməlindən sonra böyük cəmiyyətlə yerinə yetirilən bir ibadətdir. Bu ibadətin ictimai və siyasi faydaları vardır.
Cümə namazından əvvəl xətib ölkədə olan siyasi, ictimai, iqtisadi məsələləri insanların nəzərinə çatdırır və bu böyük cəmiyyəti qəflətdən ayıldır. Bundan əlavə, insanları İslam maarifi ilə maarifləndirir. İnsanlar arasında vəhdət və həmrəylik yaranır. Ümumi çətinlikləri həll etmək üçün insanların rəyinə dəyər verilir.


Dualarımız qəbul olunandan sonra hansı üç məsələyə diqqət yetirməliyik?!


Əgər duamız qəbul olubsa, bu üç halla bağlı xüsusi diqqətli olaq:
1. Təkəbbür etməyəsən və deməyəsən ki, mən deməli yaxşı insanam ki, Allah duamı qəbul etdi. Təkəbbür şeytanın (lən) qələbə çalmasına və əməlin məhv olmasına gətirib çıxardar.
2. Allaha duanı qəbul etdiyinə görə şükür edəsən. Əgər bacarsan, 2 rükət şükür namazı qılasan.
3. Duanı yerinə yetən zaman duanı tərk etməyəsən. Yenə də Allahın evinə və dərgahına gedib, Onu unutmayasan, Onunla söhbət edəsən.
Əgər duanız qəbul olmayıbsa, bu üç haldan ehtiyatlı olun:
1. İlahi rəhmətdən məyus olmayasan. Ola bilsin ki, duanın yerinə yetməsinə mane olan günahlar vardır. Ona görə də çoxlu tövbə edəsən...


Evə girərkən bu surələri oxuyan, yoxsulluğu özündən uzaqlaşdırar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Əgər «Həmd» (“Fatihə”) surəsini tərəzinin bir gözünə və Quranın qalan surələrini başqa gözünə qoysalar, «Həmd» surəsi 7 dəfə ağır gələr”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim «Həmd» surəsini oxuyar – səmadan nazil olan bütün kitabları oxumağın savabını Allah ona inayət edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “«Həmd» surəsinin fəziləti – ərşi həml edənlərin fəziləti kimidir. Hər kim onu oxuyarsa, ərşi həml edənlərin savabı kimi savab ona verilər”.
Hərarəti yüksək olanlara yardım edər. İmam Sadiq (ə) buyurur: “Hər kim imanla «Həmd» surəsini 40 dəfə ixlasla, Allaha diqqət edərək su qədəhinə oxuyarsa, həmin suyu hərarəti olan şəxsin üzərinə səpərsə – hərarəti düşər”.


Bu 7 yaşlı adam kim idi ki, mömini belə heyrətə gətirdi?


Abdullah ibni Mübarək nəql edir: “Bir il həcc üçün Məkkəyə yollandım və yeddi yaşlı bir uşaq gördüm ki, miniyi olmadan karvanın yanında hərəkət edir. Onun yanına gedib, salam verdim və dedim: “Bu uzun yolu nə ilə gedəcəksən?”.
Dedi: “Mükafat verən Allahımla. Azuqəm – təqvadır və miniyim – iki ayaqlarımdır. Niyyətim – mənim mövlam olan Allahdır”.
Bu sözləri bu yaşda uşaqdan eşitmək mənə təəccüblü gəldi və dedim: “Hansı tayfadansan?”. Dedi: “Haşimi”. Dedim: “Haşimilərin hansı qolundansan?”. Dedi: “Ələvi Fatimiyyə”. Dedim: “Ey mənim sərvərim! Mənə bir şeir deyərsənmi ki, ondan bəhrə aparım?”...


İnsanın taleyi nə zaman dəyişir?


Hər bir insan öz əməl və rəftarları ilə taleyini dəyişdirə bilər. Xoşbəxtliyini bədbəxtliklə dəyişdirə bilər, ya da əksinə – bədbəxtliyi xoşbəxtliyi ilə dəyişdirə bilər. İnsan taleyinin dəyişmə zamanı isə Qədr gecəsində baş verər. Əslində Qədr gecəsi əməllərin insanı hansı səmtə aparacağını müəyyən edər və birillik taleyini təqdim edər. Hər kim bir il ərzində Allahın əmrlərini yerinə yetirib, Ona itaət edibdirsə – onun üçün birillik xoşbəxtlik hökmü yazılar. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, o zaman ki, Qədr gecəsi gəlib çatar, mələklər, Ruh və Allahın yazanları dünyaya enərlər. Onlar bir il ərzində baş verən İlahi qəzaları yazarlar. O zaman da Allah iradə edər ki, hansısa şeyi əvvələ salsın və ya təxirə salsın, o cümlədən, istədiyi şeyi də məhv etmək üçün əmr verər. Sonra iradə etdiklərini həyata keçirər...


İnsan bu üç müsibətin fikrində olsa, maddi çətinliklər onun üçün dəyərsiz olar?!


Bir nəfər İmam Səccadın (ə) yanına gəlir və halından, dünyasından şikayət edir. İmam (ə) buyurur: “Çarəsiz insan hər gün üç müsibətə düçar olar ki, heç birindən ibrət götürməz. Əgər ibrət götürsəydi, dünya müsibətləri onun üçün asan olardı.
1. Ömründən keçən hər gün ömründən azaldar. Əgər malından nəyisə azalmış olsaydı, əvəzini vermək olardı. Ancaq ömrün azalmasının əvəzi yoxdur.
2. Hər gün ona çatan ruzi əgər halaldan olarsa, hesabı vardır. Əks halda cəzası vardır...


Mömin, müsibətlə qarşılaşan zaman nə etməlidir?


O kəs ki, müsibətə düçar olmuşdur, edə biləcəyi əməl – səbirdir. Çünki bu İlahi qəza artıq dəyişəsi deyildir.
Səbir ona yardım edər ki, insan bu müsibətlərdən başıuca çıxa bilsin. Dindən və imandan xaric olmasın.
İnsanın başına gələn hər bir müsibət “məhv və isbat” kitabında yazılar. Onu ancaq rəftarını dəyişdirməklə dəyişdirmək olar. Ancaq əgər qəza halına gələrsə, artıq heç bir şey onu dəyişdirə bilməz. Buna görə də tək yol – həmin müsibətə səbir etməkdir.
Hədislərimiz buyurur ki, insan istəsə, ona gələcək müsibətin qarşısını ala bilər. Bunun üçün sədəqə verməli, istiğfar və infaq etməlidir. Bu əməllər – o əməllərdəndir ki, bəlanın qarşısını ala bilər və insanı hər bir müsibətdən qoruyar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter