Ən yaxşı ev hansıdır? Hz Peyğəmbərin hədisi


Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar. Həzrət (s) buyurur: “Sizlərin ən yaxşı evi – o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar – Allah Təala behişti ona vacib edər”. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yetimin himayəsini öhdəsinə götürər və onu öz evinə aparar, yeyəcək və içəcəklərdə öz şəriki edər – onun mükafatı behişt olar. Məgər o halda ki, bağışlanılmayan günaha düçar olmazsa”. İmam Əli (ə) buyurur: “Yetimi elə tərbiyə et ki, necə öz övladını tərbiyə edirsən. Cəzalandıran zaman onu o şeylə vur ki, övladını vurursan”.


Mələklər hansı insanlar üçün istiğfar edirlər? Onlar belə insanları necə tanıyırlar?


Bəs belə bir sual meydana gəlir ki, məgər mələklər bütün insanlar üçün istiğfar edirlər, yoxsa ancaq mömnilər üçün? Bu sualın cavabını başqa bir ayədə oxuyuruq: “Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı, Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər”. (“Ğafir” 7). İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Allahın elə mələkləri vardır ki, bizim davamçılarımızın (ə) çiyinlərindən günahı tökərlər. Necə ki, külək tökülməkdə olan ağac yarpaqlarını yerə tökər. Bu, Allah Təalanın kəlamıdır ki, buyurur: “Onlanlar Rəbblərinə sitayiş etməklə yanaşı, Onu pak sifətlərlə mədh edər”. Allaha and olsun ki, (möminlər dedikdə) məqsəd sizlərdən başqası deyildir”. Mələklər möminlərin nurunu görərlər, ona görə onlar üçün istiğfar edərlər. Kafir napak olduğu üçün mələklər tərəfindən görünməzdir, çünki zülmətli ürək, qaranlıqda görünməzdir. Mələklərin nəzərinə görə, möminlərin dərəcələri fərqlidir. Hər nə qədər möminin əməli və imanı güclü olarsa, mələklərin nəzərinə görə daha çox parlayırlar. Mələklər də onlar üçün daha çox bağışlanma diləyirlər.


Cadugərin yanına gedəni mələklər lənətləyər!


Hədislərimizdə oxuyuruq ki, sehrbazlar və cadugərlər əgər tövbə etməsələr, heç bir zaman behiştə daxil olmayacaqlar. Həzrət Peyğəmbər (s) buyurur: “Üç tayfa behiştə daxil olmayacaqdır: daima şərab içən, o kəsin ki, peşəsi sehrdir, o kəs ki, qohumluq əlaqəsini kəsmişdir”.
Əmirəl-möminin (ə) nəql edir ki, bir qadın Peyğəmbərin (s) yanına gəlir və deyir: “Bir ərim vardır ki, mənimlə kobud rəftarlar edir. Mən də bir cadu etdim ki, mənimlə məhəbbətlə rəftar etsin”. Həzrət (s) buyurur: “Ah olsun sənə! Ən yaxşı mələklər səni lənətləyir, sənin mələklərin səni lənətləyir, Allahın ən yaxşı mələkləri səni lənətləyirlər. Səma mələkləri səni lənətləyir, yerdəki mələklər səni lənətləyir...”.


Allahın təqdirinə razı olmaq nə deməkdir?


Allahın təqdirinə razı olmaq dedikdə, müşkül və çətinlik zamanı, xəstəlik zamanı gileylənməmək və İlahi hikmətə etimad etmək nəzərdə tutulur.
O zaman ki, insan zahirdə xəstəliyə nəzər salır, ağrı və əziyyətdən başqa bir şey görmür. Ancaq o zaman ki, Quran ayəsinə və hədislərə nəzər salırıq, görürük ki, xəstəlik də belə, Allahın insana əta etdiyi nemətlərdəndir. Eləcə də, əgər iqtisadi çətinliklərimiz, hansısa müşküllərimiz varsa, bunların hamısı İlahi hikmət üzərindən baş verər. Ona görə də narazılıq yerinə, onunla barışmaq və razı olmaq – daha bəyənilən əməllərdən hesab olunur.
Əlbəttə, bu, o demək deyildir ki, insan ruzi qazanmaq üçün heç bir səy göstərməsin və desin ki, Allah belə təqdir etmişdir. Xeyr, insan gərək əlindən gələni etsin və nəticəsinə görə isə Allaha təvəkkül etsin. “Mal və övladlar – dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir”. (“Kəhf” 46)...


Saleh və qalıcı əməllər. İnsan öləndən sonra da dünyada 6 şeydən bəhrə aparar


İmam Sadiq (ə) buyurur: “Allah Təala Musaya (ə) buyurur: “Gecə və gündüz Məni çoxlu yada sal. Məni zikir edən zaman müti ol, bəla zamanı səbirli ol, Mənə pərəstiş et. Heç nəyi Mənə şərik qoşma və hər kəsin qayıdışı Mənə tərəfdir. Ey Musa! (Qalıcı saleh əməllərinin) Layiq əməllərinin xəzinəsini Mənə tapşır!”. İmam Sadiq (ə) buyurur: Mömin insan öləndən sonra 6 şeydən bəhrə aparar: 1. Saleh övlad ki, ona dua edər. 2. Onun Quranı ki, başqaları tərəfindən istifadə olunar. 3. Əkdiyi ağac. 4. Qazdığı su quyusu. 5. Allah yolunda qərar verdiyi su bulağı. 6. Ondan sonra insanların əməl etdiyi yaxşı sünnət. Qalıcı olan saleh əməllər çoxdur və bir çox xeyir əməlləri əhatə edər. Bu əməllərdən biri də Allahın zikrini etməkdir.
İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir ki, bir kişinin yanından keçirdi ki, bağında ağac əkirdi. Həzrət (s) dayanır və buyurur: “Sənə elə bir ağac əkməyi tövsiyə edimmi ki, kökləri yerində, meyvələri tez yetişən, daha yaxşı və daha davamlıdır?”. Həmin kişi deyir: “Mənə yol göstərin, ey Rəsulallah!”. Həzrət (s) buyurur: “Səhər və axşam de: “Sübhənallah vəlhəmdulilləh və lə İləhə illəllah vəllahu əkbər!”. Əgər onu desən, hər təsbihə görə behiştdə 10 ağacın olar.


Niyə insan öləndən sonra torpaqda dəfn olunmalıdır?


Meyitə qüsl verilməsi ilə bağlı gələn hədislərdə oxuyuruq ki, insan ölən zaman xəlq olduğu nütfə bədənindən xaric olar. Ona görə də ona qüsl verilməsi vacibdir. Başqa hədisdə oxuyuruq ki, insan ölən zaman mələklə görüşdüyü üçün gərək pak və pakizə olsun. İmam Sadiqə (ə) kəfənlə bağlı sual verirlər və Həzrət (ə) buyurur: “Ölülərinizi kəfənləyin və çalışın ki, yaxşı kəfən olsun. Çünki kəfən meyitə zinət verər”. Kəfən meyitin bədənini örtər və ona ehtiramın bir növü sayılar. Qiyamət günü mümkündür ki, həmin kəfənlə məhşur olsun. Bundan əlavə, meyitin torpağa basdırılması gigiyena baxımından lazımlı məsələdir. Belə olan halda heyvanlar ona hücum etməz.
Eyni zamanda, dəfn edilmiş yerdə müəyyən əlamətlər qoyulur ki, ölənin yaxınları gəlib onu ziyarət edə bilsinlər. Bir sözlə, meyitin dəfn edilməsi həm ehtiram, həm yaddaş, həm gigiyena – bir sözlə, bütün cəhətlərdən üstün variantdır.


Mələkələr hansı əməl sahiblərinə gülərlər?!


Bir gün Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: “Mələklər gülüb-ağlayırlarmı?”. Cəbrayil (ə) deyir: “Bəli. Üç insana təəccüb üzündən gülərlər. Üç insana ürəkləri yandığı üçün ağlayarlar. Güldükləri ilk kəs: O kəsdir ki, bütün gününü yersiz sözlər və işlər görməklə keçirər, axşam olan kimi işa namazını qılıb, yenə yersiz işlərinə davam edər. Mələklər gülər və deyər: “Ey xəbərsiz! Səhərdən axşama qədər doymamısan, indi doyacaqsan?”.
Güldükləri ikinci kəs: Əkinçi öz belini və külüngünü götürər və torpağını islah etmək bəhanəsi ilə (özü ilə şəriki arasında olan) müştərək divarı ovar ki, öz payını çoxaltsın. Mələklər gülər və deyərlər: “Bu torpaq bu qədər genişliyi ilə səni doydurmayıb, bu müxtəsər yer doyduracaqdır?”...


Mələklər etdikləri ibadətə görə əcrə malik olurlarmı?


Əllamə Təbatəbai bu haqda buyurur: “Mələklərin vəzifələri biz insanların dərk səviyyəsindən çox böyükdür. Biz insanlar iradə sahibiyik və etdiyimiz əməlləri özümüz seçirik. Bu səbəbdən də boynumuza təklif qoyulmuşdur. Qiyamət günü etdiyimiz bu əməllərin hamısının hesabını verəcəyik. Buna görə savab və cəza alacağıq.
İnsanlar ictimai varlıqlar olduğu üçün cəmiyyətin hər bir fərdinə görə məsuliyyət daşıyır. Bu vəzifə iradəsi ilə yerinə yetirilir. Əgər saleh əməllər edərsə - mükafatlanar, yox əgər günah edərsə - cəza alar.
Ancaq mələklər ictimai yaşamazlar. Ona görə də onlar nə günah edər və nə də hesab verərlər. Bəli, mələklər firətlərindən nur saçan varlıqlardır ki, Allahın iradəsi ilə xəlq olmuşdular. Ancaq özlərinin iradəsi yoxdur. Ona görə də mələklər nə savab qazanar və nə də cəza alarlar. Mələklər Allahın əmrlərini yerinə yetirərlər. Ona görə də onların vəzifəsi fitridir, ixtiyari deyildir. Aralarında olan fərq hansı dərəcədə qərar tutduqlarından asılıdır”. Ona görə də deyə bilərik ki, mələklər əməllərini ixtiyar üzündən deyil, Allahın iradəsinə görə yerinə yetirərlər. Bu səbəbdən də nə savab qazanarlar və nə də cəza.


İmam Hüseynin (ə) ziyarətinin misilsiz fəzilətləri haqda məsumlardan hədis?!


İmam Sadiq (ə), Hüseyn adlı bir nəfərə buyurur: “Ey Hüseyn! O kəs ki, evindən bayıra çıxar və niyyəti İmam Hüseyni (ə) ziyarət etmək olarsa, əgər piyada getsə Mənnan Allah atdığı hər addıma görə ona bir həsənə yazar, bir günahını məhv edər o zamana qədər ki, hərəmə çatar.
O şərif məkana çatandan sonra Allah Təala onu təqvalılardan qərar verər. O zaman ki, ziyarətin əməlləri sona çatar, bu zaman onu faizinlərdən hesab edər. O zaman ki, qayıtmağı iradə edər, bu zaman mələk onun yanına gələr və deyər: “Allahın Rəsulu (s) sənə salam söyləyir və buyurur: “Əməllərini başdan başla! Bütün keçmiş günahların bağışlanmışdır”””. Bəşir Dəhhan nəql edir: “İmam Sadiq (ə) buyurmuşdur: “O kəs ki, Həzrət İmam Hüseynin (ə) ziyarətinə gedər, ailəsindən ayrıldığı zamandan ilk atdığı addıma qədər olan vaxtda bütün günahları bağışlanar. Sonra atdığı hər addıma görə təriflənər o zamana qədər ki, qəbrə çatar...


Ölüyə niyə qüsl vermək lazımdır? Imam Rzadan (ə) hədis


Əhkamda meyitlə bağlı olan ən mühüm məsələ – ona qüsl verməkdir. Belə görünür ki, bu işin hikməti vardır. Bəzi hədislər bizləri bu hikmət ilə tanış etmişdir ki, onlara müraciət edək. İmam Rzaya (ə) bu sualı verən zaman buyurmuşdur: “Meyitə qüsl verməyin səbəbi budur ki, bu yolla pak və nəzif olar. Xəstəliyin çirklərindən və xəstə zamanı ona olanlardan paklanar. İnsan öləndən sonra mələklər və axirət əhli ilə görüşər. Ona görə də müstəhəbdir ki, Allah Təala ilə görüşən zaman pak və nəzif olsun. Təharətli halda Allaha diqqət etsin. Allahdan arzusunu istəsin. İstəsin ki, onun haqqında şəfaət verənlərin şəfaətini qəbul etsin”. İnsanın ruhu bədənini tərk edən zaman xəstəliyi ilə bağlı bir çox şeylər ona bulaşar. Ona görə də onu təharətli etmək üçün qüsl verirlər. Onunla təmasda olan insan da bu çirklərdən uzaq olmaq üçün qüsl almalıdır./Deyerler.



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter