Həzrət Peyğəmbər (s) hansı məsləhətləri buyurub, və onun haqqında düşünməyimizi tapşırır?


Həzrət Peyğəmbər (s) hansı məsləhətləri buyurub, və onun haqqında düşünməyimizi tapşırır? Həzrət Rəsuli-əkrəmdən (s) ibrətli kəlamlar:
-Bilin ki, dünya evində möminlik və zahidlikdən başqa bir yolla onun zərərlərindən salamat qalmaq olmaz və onun (dünyanın) yemi olanlar, ondan nicat tapmaz.
-Bilin ki, sizin qiymətiniz, dəyəriniz behiştdən başqa bir şeyə dəyməz, məbada özünüzü ondan başqa bir şeyə satasınız.
-Bilin ki, təqva gözəl yerişli bir atdır, pərhizkarlar ona minib cilovunu əllərinə alıblar və o da onları behiştə tərəf aparır.
-Bilin ki, günah ram olmayan tərs ata bənzəyir; günahkarlar onun tərkinə minmişlər. Əgər yüyəni əllərindən çıxarsalar onları cəhənnəmin uçurumuna atar.
-Bilin ki, bu gün hazırlıq günü, sabah isə müsabiqədir. Müsabiqə behişt uğrundadır, məğlub olanların aqibəti isə cəhənnəmdir.
-Bilin ki, yoxsulluq bəladır, yoxsulluqdan da pis bədənin ağrılarıdır, ondan da pisi qəlbin (ruhun) xəstəliyidir./nur-az.


Dovşan əti halaldır?


Dovşan əti halaldır? Cəfəri məktəbində dovşanın ətinin haram olması hökmü qətidir.
Dovşan ovu və dovşanın çoxaldılması başqa heyvanlara nisbətən asan olduğundan şəritəin dovşan əti barədə hökmü çox vaxt nəfs istəklərinin kölgəsində qalıb. Əslində necədir?
-Mərhum Ayətullah Behcət: Dovşan əti mütləq şəkildə haramdır...
-Ayətullah Vəhid Xorasani: Dovşan əti haramdır...
-Ayətullah Sistani: Bütün növdən olan dovşanların əti haramdır...
-Ayətullah Məkarim Şirazi: Dovşan əti haramdır...
-Ayətullah Xamenei: Dovşan əti haram ətlərdəndir...


Allah-Taala (c.c) həzrət Musaya (ə) hansı 4 sifarişi verdi?


Allah-Taala (c.c) həzrət Musaya (ə) hansı 4 sifarişi verdi? Həzrət Əmirəlmömin Əli (ə) buyurdu: Mütəal Allah həzrət Musaya (ə) vəhy edərək buyurdu ki, ey Musa, dörd şey barəsində Mənim tapşırığımı yadında saxla!
1. Günahlarının bağışlandığını bilməyincə, başqalarının eyblərinə baş qoşma.
2. Nə qədər ki, Allahın xəzinələrinin boşaldığını bilmirsən, ruzidən ötrü qəm yemə.
3. Nə qədər ki, Mənim hakimiyyət və səltənətimin aradan getdiyini bilmirsən, başqasına ümid bağlama.
4. Nə qədər ki, şeytanın öldüyünü görməmisən, məkrindən amanda qalma.
Qaynaq: “Zibdətul-əhadis”, c. 1, s. 44-45.


Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına zamin durmuşdurmu?


Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına zamin durmuşdurmu? Əgər insan, doğrudan da, həqiqəti axtarırsa Allah ona yol göstərəcək
İnsanlar öz həyatlarında, adətən, şəkk-şübhə baxımından böhran keçirirlər. Məhz bu məqamda insan həssas bir hala düşür. Xüsusi ilə, ətraf mühitdəki düşüncələr, bəzən də müxtəlif təbliğatlar onun qarşısını kəsir. Əgər insan, doğrudan da, həqiqəti axtarırsa Allah ona yol göstərəcək. Allah-təala buyurur: “Bizim yolumuzda cihad və təlaş edənləri, şübhəsiz, öz yollarımıza hidayət edəcəyik.” (“Ənkəbut”, 69.)
Amma bu o demək deyil ki, alimlərin heç bir vəzifəsi yoxdur. Əslində onların çiynində ağır məsuliyyət var və alimlər ağıla gələn şəkk-şübhələri mümkün yollarla aradan qaldırmalı, hamıdan öncə gənc nəsli əminliyə çatdırmalıdırlar.


Keçmiş peyğəmbərlər də özlərindən sonra vəsiyy (canişin) təyin ediblərmi?


Keçmiş peyğəmbərlər də özlərindən sonra vəsiyy (canişin) təyin ediblərmi? Şiə inancına görə, hər bir peyğəmbər özündən sonra canişin təyin etmişdir. Peyğəmbərlərin özlərindən sonra canişin təyin etmələri əhli-sünnə məzhəbində vacib sayılmasa da, keçmiş peyğəmbərlərin canişin seçmələri barədə sünni mənbələrində də kifayət qədər hədislər vardır. Mənbələrdən məlum olur ki, Həzrət Adəm (ə) vəfat edərkən oğlu Şisi (ə), Həzrət Davud (ə) oğlu Süleymanı (ə), Həzrət Musa (ə) qardaşı Harunu, Həzrət İsa (ə) öz həvarisi Şəmunu (Simonu) canişin elan etmişdir. Başqa peyğəmbərlərin də canişinlərinin adı müvafiq kitablarda çəkilir.


Övladınıza verdiyiniz ilk hədiyyə nə olmalıdır?


Övladınıza verdiyiniz ilk hədiyyə nə olmalıdır? H. Muhamməd (s) buyurur: “Qiyamət günü siz adlarınız və ataların adları ilə çağrılacaqsınız. Buna görə də adlarınızı gözəlləşdirin.” (əl-Kafi, c.6, hədis 10).
Tarixi qaynaqların da təsdiq etdiyi kimi Hz. Peyğəmbər (s) əshabı ilə yanaşı onların uşaqları ilə də yaxından maraqlanmış, doğulduqları andan etibarən əxlaqlarının formalaşmasına təsir edən ən incə təfərrüata belə diqqət göstərilməsini tövsiyyə etmişdir. Məsələn, müasir dövrdə çox da fikir verməsək də, uşaqlara gözəl adın qoyulması Allah rəsulunun (s) etina ilə yanaşdığı mövzulardan olmuşdur. Xüsusilə Mədinə dövründə sahabələrin böyük əksəriyyəti uşaqlarını onlara ad qoyması və dua etməsi üçün Hz. Peyğəmbərin (s) yanına gətirərdilər. Allahın elçisi də əsasən Allah-təalaya qulluğun vurğulandığı adlara, habelə keçmiş peyğəmbərlərin və saleh şəxslərin isimlərinə müraciət edərdi. Belə ki, çox sevdiyi ümmətinin gözəl adlarla anılmasını istəyən Allah Rəsulu (s) bu nümunəvi davranışını aşağıdakı kimi müxtəlif hədislərlə biz müsəlmanlara miras qoymuşdur: “Bir şəxsin öz övladına verdiyi ilk hədiyyə və ehsan onun üçün gözəl bir ad seçməsidir. Bu səbəblə övladlarınız üçün gözəl adlar seçin!” (əl-Kafi, c.16, hədis 3)


Ölüyə və qəbirstanlıqda Quranın \'\'Yasin\'\' surəsini oxumaq olarmı?


Ölüyə və qəbirstanlıqda Quranın ''Yasin'' surəsini oxumaq olarmı? Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Sual: İslamda ölüyə Quran və yaxud onun Yasin sürəsin oxumaq düzgündürmü?
Cavab : Biz bu suala məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab versək daha məqsədə uyğun heab edirik.
1- Məhəmməd Həqqi həzrətləri \'\'Sirlər Xəzinəsi\'\' kitabında (\'\'Hazinətül-Esrar\'\' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər(s) buyurub: \'\'Yasin\'\' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.\'\'
2- \'\'İslami həqiqətlər\'\' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində) Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: \'\'Gecə sırf Allah rizası üçün \'\'Yasin\'\' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun.\'\'...
P.S: Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə və qəbirstanlıqda \'\'Yasin\'\' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır və günahları bağışlanır.


Qadının dəyəri və onun haqqı barədə məsumlar hansı tapşırıqları buyurmuşlar?


Qadının dəyəri və onun haqqı barədə məsumlar hansı tapşırıqları buyurmuşlar? Qadın gül şaxəsi kimidir. Hədislərdən seçmələr:
1-İmam Əli (ə) buyurur: “Qadına gücündən artıq (iş) yükləmə. Çünki qadın (qüdrətli) pəhləvan kimi deyil, gül şaxəsi kimidir.” (Nəhcül-Bəlağə, 31-ci məktub.)
2-İmam Əli (ə) buyurur: “Qadının qorunması onun daha şad, gözəlliyini daha davamlı edər.” (Ğurərul-Hikəm, hədis: 5820)
3-İmam Kazim (ə) buyurur: “Qadının cihadı ərinə yaxşı qulluq etməsidir.” (Əl-Xisal, səh: 620, hədis: 10)
4-Peyğəmbər (s) buyurur: “Kişinin qadına dediyi “Mən sən sevirəm” sözü heç vaxt qadının qəlbindən silinməz.” “Əl-Kafi, c. 5, səh: 569, hədis: 59)
5-Peyğəmbər (s) buyurur: “Öz qadınının ağzına bir loğma uzadan kişi savab qazanar.” (Muhəccətül-Beyza, c. 3, səh: 70)
6-Peyğəmbər (s) buyurur: “Dünyanın ən yaxşı neməti ləyaqətli qadındır”. (Kənzül-Ümmal, hədis: 44451)...


Oruc olan şəxsin təhsil üçün səfər çıxdığı vəziyyətdə vəzifəsi nədir?


Oruc olan şəxsin təhsil üçün səfər çıxdığı vəziyyətdə vəzifəsi nədir? Təhsil yeri, birinci səfər haqda 2 şəri hökm:
1-Sual: Təhsil yeri vətən hökmündə ola bilərmi?
Cavab: Bütün müctəhidlərin rəyi (Sistani, Məkarim və Vəhiddən başqa): Təhsil yeri vətən hökmündə deyil.
Sistani: Bir il, ya daha uzun müddət həftədə iki gün tam qalarsa, ora vətən hökmündədir.

2-Sual: Səfərə çıxan tələbələrin birinci səfərdə namaz və oruclarının hökmü nədir?
Cavab: İmam Xomeyni və Xamenei: Bütün səfərlərdə qəsrdir.
Sistani: Birinci ayda ehtiyat etməlidir. Yə`ni namazı tam və qəsr qılsın.


Oruc tutan şəxsin cənabətli olması haqda şəriətdə nə belə hökmlər gəlmişdir?


Oruc tutan şəxsin cənabətli olması haqda şəriətdə nə belə hökmlər gəlmişdir? Oruc tutan şəxsin cənabətli olması haqda 4 şəri suala cavab:
1-Sual: Gündüz yatarkən, adətən, möhtəlim olan bir cavan ramazan ayında gündüz yata bilərmi?
Cavab: Bütün müctəhidlərin rəyi: Bəli, gündüz yata bilər. Yuxuda möhtəlim olacağını bilsə də, orucu səhihdir.
2-Sual: Sübh namazından sonra möhtəlim olan və gün batana qədər qüsl etməyən şəxsin orucunun hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rəyi: Tələsik qüsl etməyi lazım deyil və orucu səhihdir. Amma namaz üçün gərək qüsl etsin.
3-Sual: Bir şəxs bir müddət oruc tutub, namaz qılmışsa, sonradan cənabətli olduğunu bildikdə vəzifəsi nədir?
Cavab: Bütün müctəhidlərin rəyi: Əgər cənabət məsələsindən xəbərsiz olubsa, orucları düzdür. Amma namazları gərək qəza etsin...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter