Vəzifə sevgisinin xətəri haqqında məsumlar hansı tövsiyələri edirlər?


Vəzifə sevgisinin xətəri haqqında məsumlar hansı tövsiyələri edirlər? Vəzifəpərəstlik haqqında məsumlardan 7 hədis:
1-Həzrət Peyğəmbər (s): Vəzifənin əvvəli danlaq, sonrası peşmanlıq, sonu əzabdır...
2-İmam Riza (ə): Özünə xatir vəzifə istəyən həlak olacaq. Vəzifə yalnız layiq olanların haqqıdır...
3-İmam Hüseyn (ə): Layiq olmadığın heç bir işi qəbul etmə...
4-İmam Səccad (ə): Vəzifədən həzər qıl, o sənin möhtaclığını artırar...
5-İmam Sadiq (ə): Vəzifəyə çatmaq üçün çalışan insan məlundur...
6-İmam Sadiq (ə): And olsun Allaha, rəis, arxasınca (düşənlərin) ayaqqabı səsləri eşidilən andan məhv oldu...
7-İmam Sadiq (ə): Aranızda ən pisi o adamdır ki, adamların onun arxasınca gəlməsini istəyir.../Vilayet.


Vacib sədəqəni necə düzgün tanımaq olar?


Vacib sədəqəni necə düzgün tanımaq olar? Ayətullah Xameneinin hökmlərinə əsasən:
Sual: Qapıları döyən, yaxud küçə və xiyabanlarda oturan dilənçilərə sədəqə vеrmək caizdirmi?
Cavab: Müstəhəb sədəqə yaxşı olar ki, şəxsiyyətli və dindar fəqirlərə vеrilsin. Sədəqənin Yardım komitəsinə vеrilməsi, hətta sədəqə qutularına atılmasının еybi yoxdur. Lakin vacib sədəqə şəxsin özü ya vəkili tərəfindən müstəhəq fəqirlərə vеrilməlidir. Əgər insan Yardım komitəsinin qutularında toplanan pulların müstəhəq fəqirlərə vеrildiyini bilsə, onu sədəqə qutularına ata bilər.


Nə üçün Allah-Taala (c.c) orucu 30 gün vacib edib?


Nə üçün Allah-Taala (c.c)  orucu 30 gün vacib edib? Vacib ramazan ayının 30-günlük olmasının sirri nədədir?!
1-Bu sualı bir yəhudi alim İslam Peyğəmbərindən (s) soruşub. Cavabında isə həzrət belə buyurub: “Adəm Peyğəmbər (ə) qadağan olunmuş meyvəni yeyəndə onun əsəri bədənində 30 gün qalıb. Buna görə də Allah onun övladlarına 30 gün aclığı və susuzluğu vacib edib. Gecə vaxtı yemək icazəsi isə (iftar və imsaq) Allahın onlara etdiyi bir lütfdür.
2-Orucun vacib olmasının səbəbi: Qurani-Kərim orucun insanların təqvasının yoxlanılması üçün vacib edildiyini deyir.
Həzrət Fatimeyi Zəhra (s.ə) “Fədəkiyyə” xütbəsində buyurub: “Oruc insanların ixlasını yoxlamaq üçün vacib olub.” Orucluqda insanın ixlası yoxlanılır. Oruc tutmaq gizli ibadət sayıldığı üçün heç kim bəndənin həqiqətdə oruc tutub tutmadığını bilməz. Çünki İnsan camaata özünü oruc tutan kimi göstərsə də, tənhalıqda orucu poza bilər. Allahın əmrinə itaət insandan təkəbbür və qüruru uzaq edib, onu Allaha tərəf qaytarar...


İslam maarifinə görə uşaqların sağlam bədən-ruha malik olması üçün analar üçün hansı qidaları yemək tövsiyə olunur?


İslam maarifinə görə uşaqların sağlam bədən-ruha malik olması üçün analar üçün hansı qidaları yemək tövsiyə olunur? Hamiləlik dövründə uşaqların güclü bədən və sağlam ruha malik olması üçün İslam təlimlərində analara tövsiyə olunan qidalar:
1-Xurma. Uuşağı dünyaya gətirəcəyi ayda xurma yedirin. Bu onun övladının saf və yumşaq xasiyyətli olmasına səbəb olar.
2-SÜD. Peyğəmbər(s) buyurub. Hamilə qadınlarınıza süd içirin. Çünki o, uşağın ağlını artırır.
3- BAL: Peyğəmbərimiz(s) buyurub:Sizə iki şəfa verən şeyi tövsiyyə edirəm:Quran,bir də bal.Kim öz yaddaşını gücləndirmək istəyirsə bal yesin .
4-ALMA: İmam Sadiqdən (ə) belə rəvayət olunub:Əgər camaat almada gizlənmiş xüsusiyyətlərdən xəbərdar olsaydı,xəstələrini ondan başqa şeylə müalicə etməzdi. Alma ürək xəstəliyi üçün ən yaxşı dərmandır.
5-ƏNCİR: Hamilə qadınlara faydalı olan meyvələrdən biri də əncirdir. İmam Rza(ə) buyurub:Əncir ağızdan gələn pis iyi aparır,sümüyü bərkidir və ağrıları aparır.
6-ARMUD: Armud bir çox vitaminlərlə zəngindir.Armud hamilə qadınlara çox faydalıdır. Əli(ə) buyurur:Armud yeyin,armud qəlbi cilalayır.Armud qəlbə saflıq gətirir,daxildə olan ağrıları Allahın iznilə sakitləşdirir.


\"Oruc olan halda, çimmək olarmı? Məsələn, gedib dənizdə yaxud hamamda.


"Oruc olan halda, çimmək olarmı? Məsələn, gedib dənizdə yaxud hamamda. Oruc tutan şәxs başının hәr yerini qәsdәn suya batırsa, hәtta bәdәni sudan çöldә olsa da, ehtiyat-vacibә görә o orucun qәzasını tutmalıdır. Amma әgәr bәdәninin hamısı suyun altında, başının bir qәdәri isә çöldә olsa, oruc batil olmaz. Əgәr әvvәlcә başın bir yarısını, sonra isә o biri yarısını suya batırsa, orucu batil olmaz.
Başının hamısının suyun altına girib-girmәmәsindә şәkk etsә, orucu sәhihdir. Başın hamısı suyun altına batsa, amma tüklәrin bir miqdarı çöldә qalsa, oruc batildir.
Oruc tutan şәxs ixtiyarsız olaraq suya düşsә vә başının hamısı suya batsa, yaxud oruc olduğunu unudub başını suya batırsa orucu batil olmaz. Әgәr bir kәs suya düşәndә adәtәn başı suyun altına gedirsә, bu halda bu mәsәlәni nәzәrә alaraq özünü suya atsa vә başı suyun altına getsә orucu batil olur.
Oruc olduğunu unudub başını suya batırsa, yaxud bir kәs zorla onun başını suya batırsa, bu halda suyun altında oruc olması yadına düşsә vә ya mәcbur edәn kәs әl çәksә dәrhal başını sudan çıxartmalıdır. Әgәr sudan çıxartmasa orucu batildir. Oruc olduğunu unudub qusul niyyәti ilә başını suya batırsa, orucu vә quslu sәhihdir...


İslamdan öncə dinlərdə oruc olmuşdurmu?


İslamdan öncə dinlərdə oruc olmuşdurmu? Qurаndа bildirilir ki, bu ilаhi hökм digәr dinlәrdә dә оlмuşdur. Bаşqа dinlәrdәn оlаnlаrın оruc tutмаsı vаcib sаyılмışdır. Еlә indi dә “әhdi-әtiq” vә “әhdi-cәdid” kitаblаrındа оruc hаqqındа dаnışılır. Оnlаrdаn nüмunәlәr göstәrәk:
1. Bütün dövrlәrdә bütün qövмlәr üçün qәм-qüssә vә dözülмәz әziyyәt üz vеrdikdә оruc buyurulмuşdur; (“Pаvrоs, 3: 4.)
2. Hәzrәt Мusа qırх gün оruc tutdu; (“Sәfәri-tәsniyyә, 9: 9.)
3. Yәhud qövмü fürsәt düşdükdә öz tәvаzölәrini izhаr еtмәk üçün оruc tutаrdılаr ki, bu yоllа Аllаhın rаzılığını qаzаnsınlаr; (“Sәfәri-bаvәrаn”, 20: 26.)
4. Hәzrәt Мәsih şаgirdlәrinә göstәriş vеrdi ki, о vәfаt еtdikdәn sоnrа оruc tutаcаqlаr. (Аuqа İncili, 5: 34. )
Yuхаrıdа göstәrilәnlәr iki әhd kitаbındаkı buyuruqlаrdаn pаrçlаr idi. Dаhа әtrаflı мәluмаt аlмаq üçün qамus kitаbınа мürаciәt еdin. (İмам Sаdiq (ә) 437, 437.)


Ayətullah Məhəmməd Baqir-Kəni ramazan ayı üçün hansı tövsiyələri buyurur?


Ayətullah Məhəmməd Baqir-Kəni ramazan ayı üçün hansı tövsiyələri buyurur? Ramazanda birinci növbədə insanın dünya və axirətinə faydası dəyməyən bihudə işlərdən çəkinmək lazımdır.
İslaminSesi xəbər verir ki bu tövsiyələr, tanınmış əxlaq ustadı ayətullah Məhəmməd Baqir Baqir-Kəninin ramazanla bağlı çıxışında gəlib.
Ayətullah Məhəmməd Baqir Baqir-Kəni deyib: “Ramazan ayında hansı əməlin daha yaxşı olduğunu biz bilə bilmərik. Çünki məsum deyilik. Amma bihudə işlərdən uzaq durmağın vacibliyini ki bilirik. Bəs bihudə və faydasız işlər hansılardır?. Bu işlər elə bir işdir ki nə dünya nə də axirət faydası var. Bu yersiz söz ola bilər. Ya da lazım olmayan yerə fayda verməyən yerə get-gəl etmək.” Ayətullah Məhəmməd Baqir Baqir-Kəni əlavə edib: “Ramazanda insan heç olmasa xöşrəftar olmalıdır. Evindən tutmuş ictimaiyyət və iş yerinə qədər. Bunu edə bilsə hünər edibdir. Xoş rəftar sahibi olmalıyıq, münasibətimiz olan şəxslərlə, gücdə və imkanda bizdən aşağıda olanlarla, şagirdlər və mağazaçılar, dükançılarla və həyat yoldaşımızla. Əsas budur”


Məsciddə İmam Əlidən (ə) sual soruşan kim idi?


Məsciddə İmam Əlidən (ə) sual soruşan kim idi? “Məsciddə Əli (ə) buyurdu: “Nə qədər ki, sizin aranızdan getməmişəm, hər nə istəyirsiniz məndən soruşun”. Məscidin axırından bir kişi qalxıb yaxına gəldi və ərz etdi: “Ey Əmirəlmöminin (ə), məni elə bir işə hidayət et ki, onu yerinə yetirsəm Allah mənə oddan nicat versin”. Buyurdu: Dünyanın davamı üç kəsin varlığından asılıdır: Elminə əməl edən bəlağətli nitqi olan alim, dövlətinin müəyyən hissəsini müsəlmanların istifadəsindən əsirgəməyən varlı və fəqirliyinə qarşı səbirli və dözümlü olan kasıb. Elə isə əgər alim öz elmini yaymadı, dövlətli simiclik etdi və kasıb səbrini əlindən verdi, həlakət zamanı çatmışdır. Həmin zaman Allahı tanıyanlar dövranın geri getdiyini, küfrün yenidən meydana gəldiyini dərk edərlər. Həmin dövrdə məscidlərin çoxluğuna, bədənlərin yaxın, qəlblərinsə uzaq olduğu cəmiyyət çoxluğuna aldanma!...
- Doğru dedin, ey Əmirəlmöminin. Həmin kişi “doğru dedin, ey Əmirəlmöminin” deyib qeyb oldu. Nə qədər axtardılarsa da onu tapmadılar. Həzrət təbəssüm etdi və dedi: “Kimin ardınca gəzirsiniz? Bu mənim qardaşım Xızr idi”.


İmam Əli (ə): Mənim beş nəsihətimi heç vaxt unutmayın?


İmam Əli (ə): Mənim beş nəsihətimi heç vaxt unutmayın? İmam Əli (ə): Mənim beş nəsihətimi heç vaxt unutmayın. Əgər bunları əldə etmək məqsədilə dəvəyə minib dünyanı dövr etsəniz dəvə əldən düşər, lakin siz məqsədinizə çatmazsınız:
1) Heç kəs Allahdan başqasına ümid bağlamasın.
2) Günahdan başqa bir şeydən qorxmayın.
3) Heç bir cahil sual soruşmaqdan utanmasın.
4) Səbrin imana nisbəti, başın bədənə olan nisbəti kimidir.
5) Səbri olmayanın imanı da olmaz.


Ramazana aid iki sualın cavabı necədir?


Ramazana aid iki sualın cavabı necədir? Höccətülislam vəlmüslimin Fəllahzadə cavab verir:
1-Sual: Xəstəlik səbəbindən ömrünün sonuna qədər oruc tuta bilməyən şəxsə kəffarə vacibdir?
Cavab: Əgər həqiqətən xəstəlik səbəbindən oruc tuta bilməsə, hər günə 1 mud – 750 q un (ya çörək, düyü, buğda, arpa, xurma) yoxsula verməlidir və bu halda qəza orucu öhdəsindən götürülür.
2-Sual: Bir şəxs bilərəkdən, yemək-içməkdən başqa yolla orucunu pozsa (batil etsə) vəzifəsi nədir?
Cavab: Həm qəza, həm kəffarə vacibdir. Kəffarəsi 60 gün ardıcıl oruc ya 60 fəqiri doyurmaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter