Nə üçün məsum İmam (ə) fəqirə kömək etdikdən sonra öz əlini öpürdü?


Nə üçün məsum İmam (ə) fəqirə kömək etdikdən sonra öz əlini öpürdü? Əgər bir kəs həqiqətən yoxsul olsa və sənə müraciət etsə, bil ki, onu bir kəs göndərmişdir.
Biz ehtiyacı olanlara nə qədər kömək göstərsək Zati Əqdəsi İlahi neçə qat artıqlaması ilə onun əvəzini əta edəcək. Allahın həbibi olmaq mümkün bir işdir. İnanın ki, Allah sədəqələri ondan alır, ondan qəbul edir. Bu yolu bizə göstəriblər və bu yol gözəl bir yoldur. Bu elə bir yol deyil ki, insan bundan peşmançılıq çəksin, yaxud öz sürətini azaltsın. “Miskin” və “rəsul” kəlmələrinə Nəhcül-bəlağənin mündəricatında baxın. Həzrət (ə) buyurur: “Əlmiskinu rəsulullah”. Yəni bu günləri sizə müraciət edən bu yoxsulu Allah sizə tərəf göndərmişdir. Əgər bir kəs həqiqətən yoxsul olsa və sənə müraciət etsə, bil ki, onu bir kəs göndərmişdir. Onun müşkülünü həll etsən, sənin əlin yoxsulun əlinə yetişməzdən öncə Allahın əlinə yetişir. Ona görə də İmam Səccad (ə) yoxsula bir şey verdikdən sonra bəzən öz əlini qoxulayardı, bəzən öpürdü, bəzən başının üzərinə qoyurdu, bəzən də üzünə çəkirdi. Sonra buyururdu: “Mənim bu əlim, Allahın əlinə çatmışdır”. \"Əllamə Cavadi Amilinin əxlaq dərslərindən. 2016/02.


Allaha görə oruc tutmağın yeddi imtiyaz hansılardır?


Allaha görə oruc tutmağın yeddi imtiyaz hansılardır? Rəsuli-əkrəm (s) buyurub: \"Elə bir mömin yoxdur ki, Ramazan ayında Allaha görə oruc tutsun, Allah ona yeddi imtiyaz verməsin:
1. Bədənində haramdan əmələ gəlmiş ət əriyib gedər.
2. Allahın rəhmətinə yaxınlaşar.
3. Bu ayda oruc tutmaq günahlarının kəffarəsi hesab olunar.
4. Ölümün çətinlikləri onun üçün asanlaşar.
5. Qiyamət gününün aclığından və susuzluğundan amanda olar.
6. Behiştin ləziz və dadlı yeməklərindən bəhrələnər.
7. Cəhənnəmin atəşindən amanda qalar\".


İmam Əli (ə) bu 6 insana behişti zəmanət edir?!


İmam Əli (ə) bu 6 insana behişti zəmanət edir?! Əmirəl-möminin (ə) buyurur: “Mən behişti 6 nəfər üçün zəmanət edirəm:
1. O kəs ki, sədəqə vermək yolunda ölər.
2. O kəs ki, xəstəni ziyarət etmək yolunda can verər.
3. O kəs ki, Allaha cihad yolunda ölümü gəlib çatar.
4. O kəs ki, həcc yolunda dünyadan gedər.
5. O kəs ki, cümə namazı yolunda əcəli gəlib çatar.
6. O kəs ki, müsəlmanın cənazəsini müşayiət etmək üçün gedər və ölüm onun ətəyindən yapışar”.


Tərəfdar yığmaq fikrində olanlara Ayətullah Cavadi amuli hansı tövsiyəni etdi?


Tərəfdar yığmaq fikrində olanlara Ayətullah Cavadi amuli hansı tövsiyəni etdi? Ayətullah Cavadi Amuli öz əxlaq dərsində belə buyurdu: \"Hər kim ömrünü özünə mürid yığmaq fikri ilə keçirsə həqiqətdə İslam düşüncəsinə görə o hələ mənəvi həddi büluğa çatmamışdır.\"
Ayətullah Cavad Amuli özünün əxlaq dəsrsində gözəl məqamlara toxunub. Dərs zamanı \"Məqam və mövqe insanın xidmət edə bilməsi üçün istifadə edəcəyi bir oyuncaqdır. Lakin əgər biri həmişə bütün ömürünü bu oyuncağa ayıracaq olsa, ortaya çıxacaq görünüş oynamaq və əylənmək olar. Oyuncaqlar oyun oynayanlar üçün yaradılıb ki, onunla məşğul olsunlar, yorğunluqlarını çıxarmaq üçün arada bu işlərə baş vursunlar. Lakin bütün ömrünü buna sərf etsə, 80 yaşında olsa da, o bir uşaqdır. Mürid yığmaq həvəsilə daim diqqət mərkəzində olmaq istəyənlər, əlini öpdürmək və bu kimi şeylərə vaxtını xərcləyən kəslər yaşları 70-80 olsa belə əqilləri həddi-büluğa çatmamış kiçik bir uşaq əqlidir\", - deyə bildirib...


Həzrət Peyğəmbər (s) övladın şəxsiyyini qorumağın lazımlığı haqda nə buyurmuşdur?


Həzrət Peyğəmbər (s) övladın şəxsiyyini qorumağın lazımlığı haqda nə buyurmuşdur? İslaminSesi – İslamda valideynlərin hüquqları və onlara hörmətin bəslənilməsi barədə gələn çoxsaylı hədislər və göstərişlər vardır. İslama görə günah istisna olmaqla digər zəminlərdə övlad valideynin icazəsi olmadan müəyyən bir addımı atmamalı və onların sözündən çıxmamalıdır.
Dində gələn saysız-hesabsız hədislər bəzi şəxslər tərəfindən düzgün anlaşılmayaraq, onlara övlad hüquqlarına riayət etməyi unutdurub. Amma dini göstərişlərə ümumi şəkildə baxdıqda həm valideyn, həyat yoldaşı, ailə və həm də uşaqların öz hüquqlarının olduğunu görürük. Həzrət Peyğəmbər buyurur: “Övladın ata-anaya qarşı aq olmaması vacibdirsə, valideynin də uşağa qarşı aq olmaması (hörmətsizlik etməməsi) vacibdir.” O həzrət digər bir hədisdə buyurur: \"Övladlarınıza dəyər verin və ədəb-ərkanını yaxşılaşdırın”


İftar zamanı tövsiyə edilən əməllər hansılardır?


İftar zamanı tövsiyə edilən əməllər hansılardır? İftar zamanının ədəbləri: İslaminSesi - İftar vaxtı \"Qədr\" surəsi, həmçinin \"Allahummə ləkə sumtu və əla rizqikə əftartu və əleykə təvəkkəltu, ya vasi\'əl-məğfirəti iğfir li\" duası oxunur. Bu duanın tərcüməsi belədir: -\"İlahi, Sənin üçün oruc tutdum, Sənin ruzin ilə iftar etdim və Sənə təvəkkül etdim. Ey əfvi və məğfirəti geniş olan Allah, məni bağışla!\"
Müstəhəbdir ki, şam namazından sonra iftar edilsin. Lakin zəifliyin oruc tutan kəsi üstələməsi, yaxud bir dəstənin onu gözləməsi halı istisnadır. İftar haram və şübhəli olmayan şeylərlə açılsın. İftar ilk öncə halal xurma ilə açılsın. Halal ruzi ilə açılsa onun namazının savabı dörd yüz qat olar. İftarı xurma, süd, halva, nabat, isti su ilə açmaq yaxşıdır. Birinci tikədə \"Bismillahir-rəhmanir-rəhim, ya vasi\'əl-mğfirəti iğfir li\" (Rəhman, Rəhim Allahın adı ilə, ey bağışlamanı geniş edən, məni bağışla\" demək bəndənin günahlarının bağışlanmasına səbəb olur. (Mənbə: Məfatih)


Həzrət Adəm (ə) oğlu və canişini olan Şeysə hansı 5 tövsiyələri buyurdu?


Həzrət Adəm (ə) oğlu və canişini olan Şeysə hansı 5 tövsiyələri buyurdu? Hz Adəmin, oğlu Şit\'ə və onun timsalında bütün insanlara etdiyi beş maddəlik nəsihəti belədir:
1.Ey Şit! Oğullarına söylə: Dünyaya ayrılmayacaqlarmış kimi baxmasınlar Buradan bir gün köçüb gedəcəklərini düşünsünlər .
Mən də Cənnətdən ayrılmayacağam deyə düşünmüşdüm.
2.İnsanlara söylə: Xanımlarının sözünü həqiqətin də özü sanıb, dərhal qəbul etməsinlər Bir az düşünüb isabət dərəcəsini araşdırsınlar.
Çünki mən xanımımın sözünü düşünmədən qəbul etdiyim üçün, qadağan ağacın meyvəsindən yedim, sonunda da böyük bir peşmançılığa düşdüm.
3.Oğulların, edəcəkləri işin sonunu düşünsünlər. Əgər mən o ağacının meyvəsindən yeyərkən bu işin sonunu düşünsəydim, başıma gələnlər gəlməyəcəkdi.
4.Bir işə başlarkən, içlərində o işə aid bir narahatlıq və istəksizlik duysalar, təkrar düşüunüp, yenidən tədqiq etsinlər . Əgər mən, o ağacdan yeməmişdən, içimdəki narahatlıq və istəksizlik üzərində dayanıb, qərarımı yenidən gözdən keçirsəydim, sonunda bu peşmançılığa düşməyəcəkdim...


Yer üzü, hər gün, insanlara 10 cümlə ilə səslənər hansı tövsiyələri edər?


Yer üzü, hər gün, insanlara 10 cümlə ilə səslənər hansı tövsiyələri edər? İnsanın qabiliyyəti olub yer üzü ilə danışa bilsə, yer insana belə xitab edib deyərdi: Ey Adəmoğlu !
Üzərimdə ; gəzib gəzirsən! İçimdə ; hərəkət edə bilməyəcəksən!
Üzərimdə ; günah işlərsən! İçimdə ; hesab verəcəksən!
Üzərimdə ; gülürsən! İçimdə ; ağlayacaqsan!
Üzərimdə ; sevinərsən! İçimdə ; qəmli olacaqsan!
Üzərimdə ; mal yığırsan! İçimdə ; peşman olacaqsan!
Üzərimdə ; haram yeyirsən! İçimdə ; qurdlar səni yemək!...
Üzərimdə ; hər kəslə bərabərsən! İçimdə ; tək qalacaqsan! Buna görə dünyanı axirətdən üstün tutmaqdan əl çək....


Mərhum Ayətullah Brucerdinin təvazökarlığından bir nümunə yazın?


Mərhum Ayətullah Brucerdinin təvazökarlığından bir nümunə yazın? Ayətullah Burucerdi əsrimizin böyük dini alimlərdən biri idi. Ayətullah Burucerdinin gözəl əxlaqı var idi. O, çox təvazökar bir insan idi. Bir gün dərsə gedəndə tələbələrdən biri ona yaxınlaşır və deyir ki, iqtisadi çətinlikləri çox olduğundan dərslərdə çətinlik çəkir. Ağa da ona buyurur ki, dərsdən sonra mənə müraciət et. Bu mərcə müəlim masasının arxasına keçir və dərsi başladır. Dərsdə söz azadlığı olduğu üçün tələbələr dərsə irad tutmağa başladılar. Hər birinə münasib cavab verir və həmin tələbə də dərsə görə sual verir. Ayətullah Burucerdinin eşitmə qabiliyyəti zəif olur. Elə fikirləşir ki, həmin tələbə yenə də öz hacətini bildirmək istəyir. Bir qədər əsəbi halda deyir: “Dedim dərsdən sonra”. Tələbələr təəcüb edirlər. Onlardan biri ağaya deyir: “O, elmi sual verirdi və sualının cavabının yeri də elə buradır. Dərsdən sonra deyildir”. Ağa başa düşür ki, düz başa düşməmişdir, dərsi bitirir və dərsdən sonra tələbələrin cəmləşdiyi yerə gedir. Həmin tələbəyə çatanda əlini o tələbəyə uzadır və həmin tələbə də ağanın əlini sıxır. Qəflətən ağa əyilir və həmin tələbənin əlini öpür. Ondan üzr istəyir. Onu özü ilə evinə aparır və başqalarının gözündən uzaqda problemini həll edir. Hacətini yerinə yetirir.


Ayətullah Qəzvinin İmam Əlinin (ə) vilayətini qəbul etməyənlərə 7 sualı nə haqdadır?


Ayətullah Qəzvinin İmam Əlinin (ə) vilayətini qəbul etməyənlərə 7 sualı nə haqdadır? Sosial şəbəkələrdə tanınmış vəhhabişünas alim, həmyerlimiz Ayətullah Seyid Hüseyni Qəzvininin İmam Əliyə qarşı çıxanlar haqda vəhhabilərə azərbaycanca 7 sual ünvanladığı film paylaşılıb. Məsələnin əhəmiyyətini nəzərə alaraq, sualların mətnini dərc etməyi özümüzə borc bildik. Xatırlatmaq lazımdır ki, suallar elmi araşdırmadan ötrü və elmi çevrələr üçün nəzərdə tutulub, digərlərinin qarşıdurma yaratmaq məqsədilə sui-istifadə etməsinə yol vermək olmaz: 1. Peyğəmbər (s) buyurub: “Əli ilə vuruşan mənimlə vuruşub”. (“Müsnəd Əhməd”, 2-442); Sizin Cəməl və Siffeyn döyüşlərində Əliyə qarşı döyüşənlər haqda fikriniz nədir?
2. Peyğəmbər (s) buyurub: “Mənim dostuma qarşı düşmənlik edənə döyüş elan edirəm”. Siz Əlini Peyğəmbərin (s) dostu sayırsınızmı? Əgər sayırsınızsa, Peyğəmbərin (s) onunla vuruşanlara döyüş elan etməsini necə başa düşürsünüz?
3. Əliyə qarşı Cəməl döyüşünün Əbu Bəkrə qarşı aparılan döyüşlərlə nə fərqi var? Əbu Bəkr onların hamısını mürtəd adlandırıb qılıncdan keçirdi, halbuki onlar yalnız xəlifəni qəbul etmirdilər. Siz Əbu Bəkrin bu işini alqışladığınız halda nə üçün İmam Əlinin döyüşlərinə fərqli münasibət göstərirsiniz?...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter