İnsanı uzun-uzadı arzularından ayıran hədislər


İnsanı uzun-uzadı arzularından ayıran hədislər Uzun uzadı arzulardan uzaqlaşmağa kömək edəcək hədislər:
- Peyğəmbər buyurub: “Ümmətim üçün daha çox iki şeyə görə xofluyam. Biri nəfsi istəklərin arxasıyca getmək ikinci uzun-uzadı arzular”
-İmam Əli buyurub: “Ən şəfalı dərman yersiz arzuları tərk etməkdir”
-Sonda demək olar ki İmam Əlinin bu hədisi insana uzun-uzadı arzu etmək üçün yer saxlamır :
“ Əgər bir kəs yəqin etsə ki günlərin bir günü dostlarını tərk edib torpağın ağuşunda məskən salacaq, yəqin etsə ki hesab-kitabla üzləşəcək və qazanıb arxada qoyduqları ona fayda verməyəcək və yəqini olsa ki qazandığı savablara möhtac olacaq onda uzun uzadı arzularını kəsər və əməl etməyə başlayar”


Ramazan ayında bağışlanma üçün hansı böyük fürsətlər var?


Ramazan ayında bağışlanma üçün hansı böyük fürsətlər var? İnsan yarandığı ilk gündən xata işlədən bir varlıqdır. İstər bu xataları kiçik və ya böyük – onu Allahdan uzaqlaşdırmışdır. Mömin – o insandır ki, günahlarını etiraf edər və onlara görə Allahdan bağışlanma istəyər.
Mömin insan tövbə etmək üçün yaxşı fürsətlər axtarar. Mübarək Ramazan ayı da bu qızıl fürsətlərdən biridir. Çünki bu ayda:
1. Rəhmət qapıları açılar və qəzəb qapıları bağlanar. Peyğəmbər (s) buyurur: “Ey insanlar! Həqiqətən (bu ayda) behişt qapıları açıqdır...
2. Şeytanlar zəncirə vurularlar. İnsan kamala doğru hərəkət edən zaman çox sayda maneə ilə üzləşər. Bu maneələrdən biri – şeytandır (lən). Peyğəmbər (s): “Şeytanlar zəncirdədirlər. Ona görə də Allahdan istəyin ki, onları sizə hakim etməsin”.
3. Dualar qəbul olar. Ramazan ayı – o mübarək aylardandır ki, İlahi rəhmət qapıları açıq olar. Bəndə hər nə dua edərsə Allah onları qəbul edər. Bu ayda edilən ən yaxşı dualardan biri də günahların bağışlanılmasıdır.
4. Səhər obaşdana qalxmaq tövfiqi. Səhər obaşdan vaxtı elə bir fəzilətli zamandır ki, Allah duaları yerinə yetirər və tövbələri qəbul edər.


Orucluğun hər səhərində oxunan Əbu-Həmzə Sumali münacatı hansı duadır?


Orucluğun hər səhərində oxunan Əbu-Həmzə Sumali münacatı hansı duadır? Bu dərin məzmunlu münacatın Əbu-Həmzə Sumali adlanması onu İmam Səccaddan (ə) eşidib nəql edən səhabənin adı ilə bağlıdır
İslaminSesi xəbər verir ki nəql olunub ku bu münacatı İmam Səccad (ə) ramazanın hər səhərində oxuyardı.
Şeyx Tusi bu münacatı qiymətli əsəri olan Misbahul-Müctəhiddə gətiribdir.
Bu dərin məzmunla münacatda Allah tanıma ilə bağlı ifadələr, insanın xilas yolunu göstərən frazalar və günahları tərk etmə barədə tövsiyələr yer alıb


Ramazan ayında oruc tutanlar üçün veriləcək 7 hədiyyə hansılardır?


Ramazan ayında oruc tutanlar üçün veriləcək 7 hədiyyə hansılardır? Ramazan ayı – Allahın bəndələrinə əta etdiyi ən dəyərli hədiyyələrdən biridir. Bu, elə aydır ki, ildə bir dəfə insanlara rəhmət kölgəsi salar və bağışlanma yağışını hər kəsə yağdırar. “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Ramazan ayını Allah Təalaya görə oruc tutarsa, Allah da 7 sifəti ona vacib edər:
1. Haramı bədənindən əridər.
2. Onu Öz rəhmətinə yaxın edər.
3. Atası Həzrət Adəmin (ə) xatasını örtər.
4. Can verməyi onun üçün asan edər.
5. Onu Qiyamət gününün aclıq və susuzluğundan amanda saxlayar.
6. Atəşdən bəraəti ona əta edər.
7. Ona behişt təyyibələrindən yedizdirər”.


Ramazan ayının dəyəri haqda İmam Baqir və Sadiq (ə)-dan 2 seçmə hədis.


Ramazan ayının dəyəri haqda İmam Baqir və Sadiq (ə)-dan 2 seçmə hədis. Ramzan ayının dəyəri haqda hədislər:
1-İmam Baqir (ə):«Allahın Rəsulu (s) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı:«Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»
2-İmam Sadiq (ə) (Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən): «Bü ayda öz canlarınızı zəhmətə və səyə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır.»


İftar zamanı isti su içməyin hansı faydaları var?


İftar zamanı isti su içməyin hansı faydaları var? Orucluqda iftar zamanı isti su ilə orucu açmaq insan bədəninə bu xeyirləri vardır:
1-Qara ciyəri təmizləyir, 2-Ağızda xoş iyi yaradır. 3-Dişləri möhkəmlədir.
4-Gözü gücləndirir. 5-Mədəni təmizləyir. 6-Həyaca gələn damarları sakitləşdirir.
7-Ödü təmizləyir. 8-Bəlğəmi aparır. 9-Mədənin hərarətini yatızdırır. 10-Başağrısını götürür.


Haram olan 10 dəstə oruclar hansılardır?


Haram olan 10 dəstə oruclar hansılardır? Haram oruclar aşağıdakılardan ibarətdir:
1. Qurban bayramı günü tutulan oruc;
2. Fitr bayramı günü tutulan oruc;
3. Minada olan şəxs üçün təşriq günlərinin orucu;
4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şə`banın axırıdır, ya ramazanın əvvəli)
5. Susmaq orucu;
6. Gecə-gündüz tutulan oruc;
7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu;
8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu;...


Xəstə şəxsin oruc tutması haqda 4 şəri suala cavab.


Xəstə şəxsin oruc tutması haqda 4 şəri suala cavab. Xəstə şəxsin orucunün 4 hökmü:
1-Sual: Əgər oruc tutmaq xəstəliyin gec sağalmasına səbəb olarsa, bu halda vəzifə nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Gərək oruc tutmasın.
2-Sual: Əgər xəstə olan şəxs orucun zərərli olmasına inamla oruc tutarsa, hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər oruc tutarsa, orucu düz deyil və gərək ramazan ayından sonra qəza etsin.
3-Sual: Bir şəxs bilsə və ya ehtimal versə ki, tutduğu oruc mədə xəstəliyinə və ya sidiklikdə daş yaranmasına səbəb olacaq, oruc tutması vacibdirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər dərin ağıl və düşüncə ilə ehtimal versə, oruc vacib deyil...


Oruc tutmaq barədə 7 yanlış stereotip hansılardır?


Oruc tutmaq barədə 7 yanlış stereotip hansılardır? Orucluq ayında 7 işi görmək qadağandır düşüncəsi yalandır:
1)-Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.
Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.
2)-Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.
Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.
3)-Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.
Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.
4)-Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.
Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır...


Mən nə üçün oruc tutmalıyam? 7 səbəb


Mən nə üçün oruc tutmalıyam? 7 səbəb Oruc tutmaqla 7 ehtiyacımı təmin edirəm:
1 - Çünki bu – mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.
2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasına xidmət edir.
4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən imtina edirəm.
5 - Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızı duymağa başlayıram – o kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter