Məgər Allahdan qeyrisinə səcdə etmək olarmı?


Səcdə öz-özlüyündə ibadət hesab olunmur. Əslində səcdə - təzimin bir növüdür. Necə ki, Yusifin (ə) dastanında ona səcdə edirlər. Bu səcdə ibadət hesab olunmur. Ona görə də mələklərin Həzrət Adəmə (ə) səcdə etməkləri sadəcə İlahi əmrə itaət xarakteri daşıyırdı, ibadət deyildi. Və okəs ki, Allahın əmrinə itaət etməz, onu dindar adlandırmaq olmaz. Bəzən belə sözlər eşidirik ki, İblis (lən) Allahdan qeyrisinə səcdə etməkdən boyun qaçırtmışdır. Halbuki, bu, batil bir fikirdir. İblis əslində Allaha itaətsizlik üzündən bu əməldən boyun qaçırtmışdır. Ondan qeyrisinə səcdə etmək səbəbindən deyil...


Həqiqi ziyankarlardan olmamaq üçün nə lazımdır?


Fasiqlərin başqa bir nişanəsi yer üzündə fəsad törətməkləridir. “O kəslər ki, yer üzündə fəsad törədər və (heç vaxt) islah etməklə məşğul olmazlar”. (“Şüəra” 152).
Çünki bu insanlar Allahı unudublar, Ona itaətsizlik ediblər, hətta yaxınlarına belə rəhm etmirlər. Öz ləzzət və mənfəətləri üçün yer üzündə fəsad törədir və rəzil hədəflərini həyata keçirirlər. Hədəfləri bu dünyadan bacardıqları qədər çox faydalanmaqdır. Ona görə də bu yolda heç kəsə rəhm etmir və heç bir günahdan çəkinmirlər. (Həvzəh)
Bəli, onlardır həqiqi ziyankarlar. Çünki onlar axirətlərini dünyalarına satıblar. Fani olan dünyanı, əbədi olan dünyadan üstün hesab edirlər. Ali qüvvəyə malik olan Qadir Allah yerinə, Onun behiştindən qovulmuş və insanlığın qatı düşməni olan şeytana (lən) itaət edir və təslim olurlar...


Niyə bəzən möminlər məğlub olurlar?


Mühüm olanı budur ki, tarix boyu bütün İlahi peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) öz hədəflərini həyata keçirə bilmişdilər, baxmayaraq ki, şəhid olmuşdular. Ancaq özlərindən sonra qoyub getdikləri miras, onların məktəbini davam etdirmiş və hədəflərini yerinə yetirmişdir. Qələbə sözünün başqa bir mənası da düşmənə tədricən qələbə çalmaqdır. Bəzən bir nəsil gəlir və qələbə çala bilmir, ancaq ondan sonrakı nəsil bu hədəfi yerinə yetirir. Bunun özü də qələbə hesab olunur. Ühüd döyüşündə Peyğəmbər (s) səhabələrinə qələbə müjdəsini vermişdi. Müharibənin ilk əvvəlində qələbə çalmışdılar. Ancaq bir dəstə qənimət toplamaq arzusu ilə öz vəzifələrini unutduqları üçün döyüşü uduzurlar.




Allahın xüsusi bəndələrinin 5 xüsusiyyəti HANSILARDIR?!


Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla, öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar”. (“Furqan” 63-68). bu mübarək ayələrdə Allahın xüsusi bəndələrinin 5 xüsusiyyəti bəyan edilmişdir ki, onlara diqqət edək və özümüzdə bu sifətləri gücləndirək:
1. Yer üzündə təkəbbürlə yol getməz və təvazökar olarlar. Allahın xüsusi bəndələri özlərini əxlaqın rəzil sifətlərindən pak edir və nəfslərinin islahı ilə məşğul olurlar. Ona görə də heç bir zaman təkəbbür etməz və lovğalanmazlar. Əksinə, çox təvazökar və sadə insanlar olarlar.
2. Başqaları ilə yaxşı rəftar edərlər. Allahın xüsusi bəndələri çalışarlar ki, hamı ilə yaxşı münasibətdə olsunlar. O zaman ki, nadanla rastlaşarlar, onlarla da səbir və alicənablıqla rəftar edərlər...


Kişinin ailədəki 3 əsas vəzifəsi HANSILARDIR?!


İmam Sadiq (ə) buyurur: “Kişi ailədə ailəsinə qarşı üç sifətə riayət etməyə ehtiyaclıdır, baxmayaraq ki, təbiətində olmasa belə:
1. Xoş rəftar. 2. Ölçüsündə olan əliaçıqlıq. 3. Təmkinlə birlikdə olan qeyrət”.
Onu da qeyd etmək lazımdır ki, xoş rəftar – insanın özünə geri qayıdar. Müqəddəs dinimiz nəsillər arasında əlaqənin vacibliyinə diqqət çəkir. İmam Sadiq (ə) buyurur: “Atalarınızla xoş rəftar edin ki, övladlarınız da sizinlə xoş rəftar etsin”.


Xoş əxlaqın və bəd əxlaqın gətirdiyi nəticələr – İmam Cəfər Sadiqin (ə) nəzərində!


Məsum İmamlarımız (ə) ömürləri boyu öz davamçılarını gözəl əxlaqa dəvət edib, pis əxlaqdan çəkindirmişdilər. bu İmamlardan (ə) biri də İmam Sadiqdir (ə).
İmamın (ə) nəzərində gözəl əxlaqın gətirdiyi nəticələr:
1. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq ruzinin artmasına səbəb olar”.
2. Abadlıq və uzun ömür. İmam Sadiq (ə) buyurur: “Həqiqətən də gözəl əxlaq torpağın abadlığına və ömürlərin çoxalmasına səbəb olur”.
3. Günahları pak olar. İmam (ə) buyurur: “Gözəl əxlaq günahları əridər, necə ki, Günəş buzu suya çevirər”.
4. Dünyanın və axirətin zinəti olar. İmam (ə) buyurur: “Yaxşı əxlaq dünyada gözəlliyə, axirətdə isə genişliyə səbəb olar. Dində kamala çatmağın və Allaha yaxınlaşmağın mənbəyidir”...


Təmiz qəlbə malik olmaq kifayətdir, yoxsa namaz qılmaq vacibdir?


Bu suallarla bağlı bir neçə nöqtəyə işarə etməliyik:
1. Bu, təbiidir ki, İslam dini keyfiyyətə kəmiyyətdən daha çox üstünlük verir. Zahirdən çox, batinə daha çox diqqət edir.
2. Zahir ilə batinin bir-birinə təsirini inkar etmir. Belə ki, gözəl geyim insanın sevincli və şad olmasına səbəb olar. Bədənin çirkli və üfunətli iy verməsi ruhu incidər və onda ikrah hissi yaradar.
3. Bu iki amildən də mühüm olanı budur ki, zahiri hifz etməyin, batini hifz etməyə təsiri böyükdür. Misal üçün, əgər bananın qabığını soysanız, onu uzun müddət saxlaya bilməzsiniz. Əgər xurmanın qabığını soysanız, onun daxili tez büzüşər və quruyar. Bu deyilən üç amil ibadətin zahir və batininə də şamil edilir. Dinin zahiri meyvə qabığı kimi olsa da, mühüm olan – dinin batinidir və qəlbin pak olmasıdır. Ancaq onu da qeyd etməliyik ki, əgər zahir qorunmazsa, batin tez bir zamanda zərər görəcəkdir.


Səmanın və yerin 7 qatlı olmasının mənası nədir?


Yeddiqatlı səma nədir? Təfsirçilərin nəzərinə görə: 1. Yeddi, həqiqi mənasında istifadə olunmuş və yeddi qatlı səmaya işarə edir.
2. Yeddiqatlı səma dedikdə bu cür mövcud olan və tanımayan başqa yeddi səmanın olduğuna işarə edir. 3. Yeddi, qürb mənasındadır və ali mənəvi varlığa işarə edir.
4. Əgər yeddi çoxluq mənasını verərsə, bu zaman aşağıdakı mənaları təsəvvür etmək olur:
a) Çoxlu səmalar xəlq edilmişdir. Çoxlu yerlər xəlq edilmişdir. b) Çoxlu səma suyu olan təbəqələr və çoxlu daxili yer qatları xəlq edilmişdir.
Ancaq Quranın bəyan etdiyi yeddiqatlı səma və yer haqqında qəti bir nəzər mövcud deyildir. Verilən nəzərlər isə ehtimal üzərində olmuşdur. Ancaq bu nəzərdən gərək qafil olmayaq ki, Quranın həqiqi hədəfi – bəşərin hidayəti və mənəvi tərbiyəsidir. Allah Quranda yeddi rəqəmini bəyan edən zaman Öz müqəddəs zatının qüdrət və əzəli olmasını nəzərdə tutmuşdur.


İnsan sağ olan zaman ruhu bədənindən çıxırmı?


İnsan varlığının həqiqəti – onun ruhundadır. Əgər ruh olmazsa, insan bədəni hərəkətsiz və ölü kimi olar. Necə ki, insan ölən zaman ruhu bədənindən çıxar, yuxu zamanı da ruhu bədənindən çıxar. Bu fərqlə ki, ölən zaman insan ruhunun bədən ilə olan əlaqəsi tamamilə kəsilər, ancaq yatan zaman ruh bədəndən ayrılsa da, yenidən bədənə qayıdar. İnsan yatan zaman dərk və şüur qüvvəsi işdən qalar və qalan bədən orqanları öz fəaliyyətlərini zəiflədərlər. Ancaq bədənin yaşaması üçün zəruri olan orqanlar həmişə fəaliyyətdə olar, ürək kimi, qan dövranı kimi, nəfəs almaq kimi... İnsan yatan zaman ruhu bədənindən çıxdığı üçün, xarici dünya ilə əlaqəsi olmaz. Əksinə, axirət dünyasına gedər və orada baş verənlərdən xəbər tutar. Əlbəttə ki, bu mövzu sadiq yuxulara şamil edilir. Ancaq yatan zaman insan ruhunun bədənindən necə ayrılması bizim üçün hələ də həll olunmamış bir məsələ kimi qalmışdır.


Hansı əməl sahibləri daxillərindən od püskürərlər?!


Sübhan Allah bizə buyurmuşdur: “Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar”. (“Bəqərə” 18).
Əgər insan, fitrətinin paklığını qoruya bilsə və nalayiq əməllər yerinə yetirməzsə, o zaman kamala çatar və Allaha yaxınlaşar. İnsanı cəhənnəm oduna çevirən amillərin bəzisi bunlardır: haram tikə, batil fikir, başqalarına quyu qazmaq, söyüş söymək, başqalarının hissləri ilə oynamaq və onları təhqir etmək, haram baxışlar, qeybət, töhmət, böhtan, zülm... Əgər biz də cəhənnəm atəşinin odunu olmaq istəmiriksə, gərək hər gün nəfsimizi hesaba çəkək. Daxilimizdən xəbərimiz olsun. Əgər insan istəsə, bütün yuxarıda adını çəkdiyimiz rəzil sifətləri islah edə bilər – sadəcə istəməsi və bu sahədə səy göstərməsi, Allahdan yardım istəməsi kifayətdir. Çünki biz bu dünyaya behiştə getmək üçün gəlmişik, niyə özümüzü bədbəxt edib, cəhənnəmin atəşinin odununa çevrilək ki?!...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter