İnsana lazım olan 4 elm hansılardır?! İmam Kazimin (ə) hədisi


İmam Kazım (ə) buyurur: “İnsanların bütün elmini dörd sahədə araşdırdım:
1. Biricisi budur ki, Pərvərdigarını və Xaliqini tanıyasan. Onu tanımağa elm əldə edəsən.
2. İkincisi – dərk edəsən ki, sənin varlığın və həyatının davamlı olması üçün hansı işlər görülmüşdür.
3. Üçüncüsü – biləsən ki, nə üçün yaradılmısan və məqsəd nə olmuşdur.
4. Dördüncüsü – səni din və etiqadından mərhum edən səbəblərə mərifət əldə edəsən. (Yəni, xoşbəxtlik və bədbəxtlik yolunu tanıyasan. Cəmiyyətdə gözü yumulu halda hərəkət etməyəsən)”.


“La ilahə illəllah”ın həqiqətini dərk etmisənmi?


Bu sözü dilinə gətirən insan həqiqətdə demək istəyir ki, Allahdan başqa bir ümüd yeri, sığınacaq və pənahı yoxdur.
Biz “La ilahə illəllah”, “Allahdan başaq məbud yoxdur”, “Allah təkdir”, “Allah birdir”, “Yalnız Allaha güvənirəm” kimi sözləlri demək olar ki, hər gün eşidirik. Amma özümüzə çox az sual vermişik ki, özümüz və ya hansısa bir insan öz ruh və vücudunun dərinliyində axtarış aparıbmı ki, həqiqətən də onun həyatında Allahdan başqa bir pənahı, Allahdan başqasının bir sığınacaq yeri var ya yox? Məsələn, bir çıxılmaz vəziyyət, böhran, giriftarlıqlar girdabına düşəndə ilk yadına düşən kim olur? Kimdən istəyir ki, bu problem və çətinliklərini həll etsin? Bu sualın cavabı bizim “La ilahə illəllah” (“Allahdan başaq məbud yoxdur”) söyləməyimizdə nə qədər haqlı və səmimi olduğumuzu göstərəcəkdir...


Salamlaşarkən əl uzatmağın savabı haqda hədislər!


İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur!
-Hz Muhəmməd (s) buyurmuşdur: “Bir-birinizlə üz-üzə gələndə, salam verib əl tutmaqla görüşün. Bir-birinizdən ayrılan zaman, günahlarınızın bağışlanması arzusu ilə ayrılın.”
-“Bir-birinizlə əl verməklə görüşün. Çünki əl vermək kin-küdurəti aradan götürər.” [2]
-İmam Baqir (ə) buyurub: “İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur. Bilin ki, bu əməl (yəni əl ilə görüşmək) onların günahlarını tamamilə qurtaranadək yuyub aparar.”


Hiyləgərlik və başqasına quyu qazamağın əsl səbəbi insanda hansı nöqsanın olmasına görədir?!


\"Yaramaz hiylələr isə ancaq öz sahibinin başında çatlayar.\" (Fatir, 43). Hədis: İmam Əli (ə): “Kim xalqa hiylə işlətsə, Allah onun hiyləsini öz başında çatladar.”
İzah: Məkr başqa bir fərdə daha tez və gizli zərbə vurulmasına səbəb olan zirəklik və fərasətdir. Məkr öz-özlüyündə pis hal deyil və Allaha da isnad edilmişdir. Amma pis məkr – yəni xoşagəlməz məqsədlər üçün həyata keçən məkr – ən çirkin əxlaqi qəbahətlərdən və rəzilliklərdəndir. Bu növ məkr həqarət nişanəsidir və onun səbəbi acizlikdir. Quran münafiqləri dində məkr və hiylə işlətdiklərinə görə qınamaqla yanaşı təkid edir ki, məkr və hiylə sonda insanın özünə qayıdır. Bu ilahi ənənə tarix boyu xalq tərəfindən o qədər müşahidə olunmuşdur ki, onun haqqında bir çox zərbi-məsəllər də formalaşmışdır.


Hədislərin tapşırığı: Dua edəndən öncə üç əməli görmək tövsiyə olunur?!


Günahı iqrar etmək tövbə etməyə və günahdan qayıtmağa zəmin yaradır!
\"Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq” – dedilər.\" (Əraf, 23).
İzah: Dua qaydalarından biri günahı etiraf etməkdir. Günahı iqrar etmək tövbə etməyə və günahdan qayıtmağa zəmin yaradır, insanın təkəbbür və qürurunun, eləcə də Allaha cəsarət etməsinin kökünü kəsir...
Hədis: İmam Sadiq (ə): “Allaha həmd-səna etmədən, Peyğəmbərinə (s) və ailəsinə (ə) salam göndərmədən, günahlarınızı iqrar etmədən Ona dua etməkdən çəkinin.” (Dəəvat, Ravəndi, səh. 23, hədis: 27).


Allah Taaladan (c.c) ailə və övlad istəyəndə nə cürə olmasını diləyək?!


Möminlər Allahdan övlad və nəsil istəyəndə onun saleh və pak olmasına xüsusi önəm vermişlər! \"Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən.” (Ali-İmran, 38).
İzah: İnsanın xatirəsini yaşadan övlad və nəsil sahibi olmaq yaxşı və xoşagələn işdir. Övlad sahibi olmaq üçün dua etmək də ən üstün hacətlərdəndir. Amma din məktəbində hər şeydən qabaq övladların və nəslin hidayət yolunda və pak olması önəmlidir. Buna görə də möminlər Allahdan övlad və nəsil istəyəndə onun saleh və pak olmasına xüsusi önəm vermişlər. Yuxarıdakı dua həzrət Zəkəriyyə peyğəmbərin (ə) dilindən ömrünün ahıl çağında bəyan olunmuşdur. Onun zövcəsi uzun illər idi ki, sonsuz idi. Amma Allah dərgahından ümidini kəsməyib, Allahdan yaxşı övlad istəyir ki, onun üçün yaxşı yadigar olsun...


Sükut yaxşıdır, yoxsa danışmaq? İmam Səccadın (ə) cavabı!


İmam Səccaddan (ə) soruşurlar: “Sükutun və kəlamın hansı daha yaxşıdır?
Həzrət (ə) buyurur: “Hər birinin bəlası vardır. O zaman ki, hər ikisi bəladan sağlam olar, danışmaq sükutdan daha yaxşıdır”.
Soruşurlar: “Necə?”. Buyurur: “Allah Təala peyğəmbərləri (ə) və vəsiləri sükut etmək üçün göndərməmişdir. Gəliblər ki, desinlər. Behişt sükutla olmur, haqq vilayəti sükutun məhsulu deyildir. Sükutla cəhənnəmdən xilas olmağın mənası olmaz. Behişti və əzabdan azadlığı, haqq vilıayətini əldə etmək – danışmaqladır”./Deyerler.


Nəfsi tərbiyə etmək üçün hansı 7 amili nəzarətə almaq lazımdır?!


Nəfsi tərbiyə etmək insanı kamala çatdırar. Ancaq bu yolda bəzi maneələr vardır ki, onlar aradan qalxmazsa, insanın özünü tərbiyə etməsinə çətinliklər yaradar. Bu amillər hansılardır?
1. Günah. İnsanın özünü tərbiyə etməsinə mane olan amillərdən birincisi – qəlbinin günah sayəsində qaralmasıdır. O zaman ki, qəlb günah sayəsində qaralar, İlahi mələklər ora enə bilməzlər.
2. Dünya məşğuliyyətləri. Dünya nemətləri insanı axirət işlərindən saxlayan amillərdən biridir. Dünya nemətlərinə olan məhəbbət, insanı nəfsini tərbiyə etməkdən saxlayar. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan, imanın şirinliyini dadmaz, məgər o zaman ki, yediyinə etinasız olar”. Ona görə də Allah yolunun yolçusu gərək dünya nemətlərinə məhəbbəti qəlbindən çıxarda bilsin ki, imanın şirinliyini dada bilsin.
3. Havayi-nəfsin ardınca getmək. Havayi-nəfs qatı tüstü kimidir ki, evin bütün divarlarını qaraldar. Bu evdən nur saçmaz. Nəfsani istəklər aima qəlbi qaraldar və bu ev kimi zülmətli edər. Əmirəl-möminin (ə) buyurur: “Ən şücaətli kəs o kəsdir ki, nəfsi istəklərinə qələbə çalar”...


Alverdə hansı işləri görmək olar, və nələr qadağandır?!


Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ticarət edir, gərək beş şeydən uzaq olsun. Əks halda gərək alış-veriş etməsin. Sələm, and, malın eybini gizlətmək, satış zamanı tərifləmək, malı alan zaman onun haqqında pis söz demək”.
-İmam Sadiq (ə) buyurur: “Hər kim ticarət etmək istəyir, gərək dininin əhkamını öyrənsin ki, bu yolla halalı haramdan ayırsın. Hər kim öz dininin əhkamını öyrənməz və ticarət edər, şübhə tələsinə süqut edər”.
-İmam Sadiq (ə) buyurur: “Nə zaman müsəlman ticarətdən peşman olar, ticarətin ləğv olmasını istəyər, ticarətin o biri tərəfində olan müsəlman bu ticarətin ləğv olmasını qəbul edər, Allah Qiyamət günü onun büdrəmələrindən keçər”...


Mələklər hansı əməl sahiblərinə gülərlər?!


Bir gün Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: “Mələklər gülüb-ağlayırlarmı?”. Cəbrayil (ə) deyir: “Bəli. Üç insana təəccüb üzündən gülərlər. Üç insana ürəkləri yandığı üçün ağlayarlar.
1-Güldükləri ilk kəs: O kəsdir ki, bütün gününü yersiz sözlər və işlər görməklə keçirər, axşam olan kimi işa namazını qılıb, yenə yersiz işlərinə davam edər. Mələklər gülər və deyər: “Ey xəbərsiz! Səhərdən axşama qədər doymamısan, indi doyacaqsan?”.
2-Güldükləri ikinci kəs: Əkinçi öz belini və külüngünü götürər və torpağını islah etmək bəhanəsi ilə (özü ilə şəriki arasında olan) müştərək divarı ovar ki, öz payını çoxaltsın. Mələklər gülər və deyərlər: “Bu torpaq bu qədər genişliyi ilə səni doydurmayıb, bu müxtəsər yer doyduracaqdır?”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter