Niyə günahkarların əzabı bəzən təxirə düşür?


Bu şübhəni 4 cürə başa düşmək olar:
1. Birincisi ona görə ki, əgər hər günahkar dərhal və tez bir zamanda cəza alsaydı, onda seçim ixtiyarını əldən verər, sərbəst və müstəqil durumunu itirərdi. Belə ki, cəza təhdidi ilə hamı vacibatları yerinə yetirər və haramlardan çəkinərdi. Bu zaman insan muxtar olmazdı, yəni ixtiyar sahibi olmazdı. Lakin Allah insanı muxtar yaratdığı üçün, insan seçim azadlığına malikdir və o, günah da edə bilər, dürüst həyat da sürə bilər, günah etdikdə səmimi tövbə edərək, geriyə qayıda da bilər.
2. İkincisi isə bəzi günahkarlar o qədər günah dənizində qərq olublar ki, onları xilas etmək artıq mümkünsüz hala gələr və Allah Təala onları daha dərin günahlarda qərq edər...(“Ali-İmran” 178).


Valideyinlər ailədə hansı 10 mənfi əməllərdən uzaq durmalıdırlar?!


Uşaqların tərbiyəsində qüsurları və çatışmamazlıları öncədən aradan qaldırmaq üçün valideynlərə aşağıdakı səhvlərə yol verməmək tövsiyyə olunur:
1. Deyinmək. Sizin deyinməyiniz uşağınızın tərbiyyəsinə onun da buna öyrəşməyindən başqa heç bir təsiri yoxdur.
2. Boş hədə-qorxu gəlmək. Əgər uşağınız görsə ki, dediyinizə əməl etmirsiniz sizi ciddiyə almayacaq.
3. Yoldaşınızı önəmsəməmək. Tərbiyyə mövzusunda yoldaşınızla açıq mübahisə uşağı çaşdıra və sizin nüfuzunuzu sarsıda bilər.
4. Sərhədlər təyin etməmək. Əgər siz uşağınıza əvvəlcədən bunun qadağan olduğunu deməmisinizsə, onu evin içində topla oynadığına görə cəzalandırmağa haqqınız yoxdur...


Böyük arif - Əllamə Qazi Təbatəbai - yol pulunu haradan alırdı?


Mərhum Ayətullah Qazi çox kasıb insan idi. Amma ailəsinin sayının çox olmasına baxmayaraq ki, o qədər təvəkkül və səbir əhli idi ki, ailəsinin problemləri bir zərrə qədər onu bu yoldan xaric etmirdi. Nəcəf əhli onun haqqında çox sayda əhvalat nəql edir. Bir gün onu Kufəyə gedən halda gördüm və evindən xaric olurdu. Mən də gizli halda onun arxasınca getməyə başladım. O, bazarın ortasından keçib gedirdi. Nəhayət dayanacağa gəlib çatdı. Düz getdi ki, maşına minsin. Bu anda gördüm ki, Hacı maşına minən zaman bir seyyid ona yaxınlaşdı və pul verdi. O, başını arxaya çevirdi və mənə baxıb gülümsədi. Mənə başa salmaq istədi ki, əgər insan səbir və təvəkkül etsə, Allah ona pulu belə çatdıracaqdır”.


İmam Rzanın (ə) bacısı Həzrət Məsumə (s.ə) niyə Quma səfər edir?


... Xanımın Quma səfəri ilə bağlı qeyd edilir ki, o xanım, İrana məcburi gətirilən əziz qardaşı Həzrət Rzanı (ə) görmək üçün gəlmişdir. Təəssüf ki, bu görüş baş tutmamışdır. Xanım Məsumə (s.ə) Savəyə çatan zaman xəstələnir və göstəriş verir ki, onu Qum şəhərinə aparsınlar. O Xanım (s.ə) bu şəhərdə də vəfat edir. Əgər Xanımın (s.ə) yüksək ictimai məqamını nəzərə alsaq, görərik ki, onun İrana gəlməsi Məmunun (lən) hökumətini narahat etmişdir. Çox təəssüf ki, Həzrət Məsumə (s.ə) bu səfərdə möhkəm xəstələnir və qardaşı ilə görüşü baş tutmayandan sonra Quma getməyi qərara alır. Çünki bu şəhərin gələcək mövqeyindən xəbərdar idi. Yaxşı bilirdi ki, bu şəhər gələcəkdə dini maarifin mərkəzinə çevriləcəkdir. Xanımın (s.ə) ləqəblərindən biri Mühəddisə idi və bu da onun qeyb elmindən xəbərdar olmasını bir daha təsdiq edir. Ona görə də deyə bilərik ki, xanımın İrana səfərinin əsil məqsədi – qardaşı ilə görüşüb, ona Məmunun zülmündən yardım etmək olmuşdur.


Əxlaq ölçüsündə Həya və iffətin ən yüksək dərəcəsi hansıdır?


Əhli-Beyt (ə) məktəbinin verdiyi təlimlərə görə, iffət və həya – insanı günahdan və pis işlərdən saxlayan fəzilətli sifətlərdəndir. Bu sifətlər insanı ancaq yaxşı əməllərə tərəf təşviq edər. Əgər gözəl və təyyibə həyatın axtarışındasınızsa, o zaman varlığınızda bu iki dəyərli sifəti inkişaf etdirib gücləndirməlisiniz. İmam Əlinin (ə) nəzərində həya – hər bir gözəlliyə yaxınlaşmaq amili kimi tanıdılmışdır. Bəs həya və iffətin ən üstün dərəcəsi hansıdır? Əxlaq elminə görə, həya və iffətin dərəcə və mərtəbələri vardır. Bəzi insanlarda həya özünü başqaları ilə üzləşən zaman göstərər. Başqa sözlə desək, insanlar, başqa insanların yanında həya edər və utanarlar. Ancaq belə bir sual yaranır ki, belə insanlar xəlvətdə necə, həyaya malikdirlərmi? Bir çoxlarının bu suala cavabı mənfidir. Bir halda ki, İmam Əlinin (ə) buyurduğuna əsasən, həyanın ən gözəl dərəcəsi odur ki, insan xəlvətdə etdiyi pis işə görə həya edər və xəcalət çəkər. Əlbəttə, həya və iffətin ən üstün dərəcəsi həyatda Allahın hüzurunu dərk etmək və Ondan həya etməkdir.



Qeyrət hissi necə olur? Bəyənilən və bəyənilməyən qeyrət nə deməkdir?


Dinimizdə qeyrət hissi iki yerə bölünür: 1. Din və dindarlıq barəsində edilən qeyrət. 2. Namusa görə edilən qeyrət.
Din və dindarlıq barəsində qeyrət deyildikdə o nəzərdə tutulur ki, insan dinə edilən xəyanətə görə və ya vacibatlarının cəmiyyətdə tərk edilməsinə görə həssaslıq göstərər və ürəyi yanar. Onlara qarşı etinasız olmaz. İslami dəyərlərin inkişaf etməsi üçün səy göstərər və çalışar. Ən mühüm vəzifə olan əmr-be-məruf və nəhy-əz-munkəri tərk etməz.
Əmirəl-möminin (ə) buyurur: “Qadınlara çox qeyrət göstərmə ki, sənin bədgümanlıq hədəfinə çevrilər”.


Savabını hesablamaq mümkün olmayan ibadət hansıdır?!


Həzrət Peyğəmbər (s) gecə namazının əhəmiyyəti haqqında buyurur: “Hər bəndə - istər qadın olsun, istərsə də kişi ki, gecə namazı ruzisi olar, Allah Təalaya ixlas üzündən yerindən qalxarsa, kamil dəstəmaz alıb, düzgün niyyət, pak qəlb, müti bədən və ağlar gözləri ilə Allah Təala üçün namaz qılarsa, Allah Təala onun arxasında 9 dəstə mələk qərar verər. Bu dəstədə olan mələklərin sayını Allah Təaladan başqası bilməz. Dəstənin bir tərəfi şərqdə olar, biri tərəfi qərbdə. Namazdan ayrılan zaman o mələklərin sayı qədər onun üçün dərəcə və məqam yazılar”. Qurani-Kərim bu dəyərli ibadət barəsində buyurur: “Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir”. (“Muzzəmmil” 6)...


Təvazökarlığı yaltaqlıqdan necə ayırmaq olar?


Möminin ən bariz sifətlərindən biri – sadəliyi və təvazökar olmağıdır. Ona görə də Allah Təala təvazökar bəndələrini həmişə sevmişdir və onların başında isə Həzrət Peyğəmbər (s) dayanır. Bu müqəddəs şəxsin sadəliyi və təvazökarlığı həm Allah və həm də müsəlmanlar tərəfindən həmişə mədh olunmuşdur.
“Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq”. (“Əhzab” 31). Rəhmətlik İmam (r) təvazökarlığı mədh və təkəbbürü məzəmmət edən zaman demişdir: “Təkəbbür həmişə insanı fəsada tərəf çəkər. Aləmdə peyda olan bütün fəsadlar təkəbbürdən meydana gələr. Mal sevgisinə görə, vəzifə sevgisinə görə... Bunların hamısı isə nəfs sevgisinə qayıdar...


Mal və ömrün bərəkətli olması üçün nə etməli? – İmam Əlinin (ə) tövsiyələri


Əmirəl-möminin (ə) bütün möminlərin mənəvi atası kimi bizlərə mal və ömrümüzün bərəkətli olması ilə bağlı bəzi tövsiyələr vermişdir ki, onlara nəzər salaq:
- Malın bərəkəti – zəkat verməklədir.
- Ömrün bərəkəti – yaxşı iş görməkdədir.
- Süfrəyə çoxlu əllərin daxil olması – bərəkətdir.
- Öz ayıqlıq və zirəkliyini günahı tərk etməkdə qərar ver.
- İnsanın təvazökarlığı – onun kərəmindədir.
- İnsanın gözəlliyi – mülayimliyindədir.
- Sözün gözəlliyi – qısa və ixtisarlı olmasındadır...


Yaxşı həyat yoldaşı olan xanımın 7 xüsusiyyəti hansılardır?!


Əgər ailə həyatında müvəffəq olmaq istəyirsinizsə, gərək bu yeddi sifətə malik olan xanımla evlənəsiniz. Yaxşı həyat yoldaşı olan bu qadını tanıyaq.
1. Yaxşı qadın ərini heç bir zaman danlamaz. Əgər ərini hansısa yaxşı işə təşviq etmək istəyirsə, bilməlidir ki, danlamaq əlverişli yol deyildir. Ey xanımlar! İnanın ki, danlamaq yaxşı yol deyildir, əslində sizə əks nəticələr də gətirə bilər.
2. Başqalarının yanında həyat yoldaşını təhqir etməz. Əgər həyat yoldaşınıza hörmət etsəniz və onu başqalarının yanında əziz tutsanız, o da sizə ehtiram göstərəcəkdir. Əgər hətta onun dediklərinə razı olmasanız belə, bu məsələni onunla təklikdə həll etməyə çalışın...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter