Dini qardaşlar bir-birilərinə hansı məsələ haqda dua etməlidirlər?!


Möminlərə kinin aradan qalxmasını istəmək! Din qardaşları üçün dua etmək və başqalarının doğru yola yönəlməsinə önəm vermək!
“Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhimlisən!” (Həşr, 10). İzah: Allah-Taala bu ayədə həqiqi möminlərin dilindən bir dua hekayət edir. Onlar özləri və keçmiş möminlər üçün ilahi əfv diləyir, Ondan vücudlarında olan kin-küdurəti və xəyanəti aradan qaldırmasını istəyirlər. Bu dua da bir neçə dua qaydasına işarə edir: 1. Din qardaşları üçün dua etmək və başqalarının doğru yola yönəlməsinə önəm vermək; 2. Qəbahətlərdən və çirkinliklərdən uzaq olmaq üçün Allahdan yardım diləmək; Mömin, qəlbin günahlarından və şeytani vəsvəsələrdən uzaq qalmaq üçün Allah dərgahına üz tutur və ...


Allah-Taala (c.c) cəhənnəmi qorxulu bir məkan olaraq tanıtdırmaqda hansı məsələyə diqqətli olmağa dəvət edir?!


Hər an gələ biləcək ölüm: Cəhənnəm əhlinin əzabı bu ayədə belə vəsf olunur ki, onlar Allahdan su istəyirlər
\"Qabaqda onu Cəhənnəm gözləyir; (orada) ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir.\" (İbrahim, 16-17).
İzah: Cəhənnəm əhlinin əzabını təsvir etmək əbədi Axirət dünyası üçün azuqə hazırlanmasını yada salmağa səbəb olur. Cəhənnəm əhlinin əzabı bu ayədə belə vəsf olunur ki, onlar.
Hədis: İmam Əli (ə): “O oda necə dözüm ki, onun bir qığılcımı Yerə düşsə, bütün bitkilər yanar. Kimsə bir dağa sığınsa, istiliyi onu oradaca bişirər.” (Əmali, səh. 620).


Qurani Kərim Allahdan pak və əməlisaleh nəsil istəməyə dəvət edir?!


Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən.” (Ali-İmran, 38) Bu duadan bir neçə incə məqam aydınlaşır:
Bir məsələnin öz fikrincə qeyri-mümkün olmasına görə duadan çəkinmək olmaz.
Qüdrət və hikmət sahibi olan Allah qeyri-mümkünü mümkün etməyə qadirdir.
Allahı hacətinə uyğun sifətləri ilə səsləyib, mərhəmət və mehribanlığını cəlb etmək lazımdır.
İslam peyğəmbəri (s) bu barədə buyurub: “Allahı cavab verəcəyinə əmin halda çağırın.” (Uddətud-dai, səh. 144).


Quranın təkidlə buyurduğu təvəkkül nədir?


Təvəkkül nədir? Quranın bir çox ayəsi təvəkkülün fəzilətinə və möminlərin təvəkkül etməsinə həsr edilmişdir. Təvəkkül o deməkdir ki, insan bütün həyat məsələlərində Allaha dayanır və Onu öz vəkili edir. Bu səbəbdən də təvəkkül ilahi övliyaların ən yüksək məqamlarındandır.
Quranda dəfələrlə bəyan olunmuşdur ki, möminlər yalnız Allahı özlərinə hami və qəyyum seçirlər. Təvəkkül əslində əməli tövhidə (əməldə Allaha itaət və güvən) inamın praktiki nəticəsidir.
Əməli tövhid o deməkdir ki, aləmdə yeganə təsiredici qüvvə Allahdır. Onun heç bir yardımçısı və köməyi yoxdur. Həmçinin, heç kim onunla mübarizə apara bilməz.


Rəbius-sani ayının əlamətdar günləri hansı hadisələrə aiddir?


Hicri təqvimi İslam Peyğəmbərinin hicrəti ilə başlayır. Məkkədən Mədinə şəhərinə edilən bu hicrət miladi 622-ci ilində olub. Rəbius-sani ayı da hicri təqviminin 4-cü ayıdır. Rəbiu-sani baharın ikinci ayı deməkdir. Ola bilsin bu ay bu adla şöhrət tapanda bahar fəslinə təsadüf edib. (Məsudi. c- 2.s-188)
Ayın əlamətdar günləri: - İmam Baqirin (ə) şəhadəti - 1 - Şah Əbdül Əzimin doğum günü - 4 - İmam Həsən Əskərinin (ə) doğum günü – 8
- Xanım Məsumənin (ə) şəhadəti – 10 - İmam Cavadın (ə) övladı Musa Mubərqənin şəhadəti – 22 -Əllamə Əminin vəfatı (alim, fəqih) – 28




Allaha həmd etməklə şükr etmək arasında hansı fərq var?


... Islam alimlərinin və təfsirçilərin qeyd etdiyinə görə hər iki kəlmə nəticədə şükr etmək mənasındadır. Lakin “həmd” daha geniş mənanı əhatə edir.
“Şükür” kəlməsi nemətin qarşılığında edilir. İnsan rəbbinin əta etdiyi nemətlər qarşılığında şükr edir. Şükür həm dil ilə, həm də qəlb ilə etmək mümkündür.
Lakin “həmd” kəliməsi daha geniş mənanı əhatə edir. Həmd lüğətdə şükr etmək, pərəstiş etmək, ibadət etmək mənasındadır. Nemətin olub olmamasından aslı olmayaraq “həmd” edilir. Həmd özündə şükr, razılıqla bərabər pərəstiş və sitayişi də ehtiva edir. Həmçinin “həmd” kəlməsində nemət əta edən qarşısında təzim və itaət də vardır. (Təfsir-mizan)


Әyyubun (ә) sәbiri: Еy Әyyub! Nеmәtinin vә rifаhının vахtı bitdi?!


Әyyub (ә) dözülmәz bәlаlаrın vә müsibәtlәrin qаrşısındа sәbir еtdi vә Аllаhın imtаhаnındаn yахşı çıхdı. О, Аllаhın çәtin imtаhаnlаrınа düçаr оlmаmışdаn qаbаq qırх il müхtәlif nеmәtlәrdәn istifаdә еtdi. Hәr gün min nәfәrә еhsаn еdirdi. Оnun әkin sаhәlәri о qәdәr çох idi ki, insаnlаr vә hеyvаnlаr аzаd surәtdә bu tаrlаlаrdаn istifаdә еdirdilәr. Оnun dәvәlәrinin dörd yüz bәlәdçisi vаr idi. Bir gün Cәbrаil nаzil оldu vә dеdi: “Еy Әyyub! Nеmәtinin vә rifаhının vахtı bitdi. İndi çәtinlik vә imtаhаn vахtıdır. Hаzır оl!” Hәzrәt Әyyub (ә) bәlаnın nаzil оlmаsını gözlәyirdi. Bir gün sübh nаmаzındаn sоnrа çоbаnın fәryаdı оnun diqqәtini özünә cәlb еtdi. Hәzrәt Әyyub (ә) sоruşdu: Nә оlub? О dеdi: Sеl gәlib, bütün sürülәri mәhv еtdi...


İrfanda xirqə məhfumu nə deməkdir?!


İslamda Xirqə sözü bir çox irfani kitablarda seyrü-süluk və irfan ədəblərinə riayət etmək mənasına gəlmişdir!
Xirqə hərfi mənada bir miqdar parça, yaxud parçadan tikilmiş geyim mənasınadır. Amma irfani terminologiyada bəzən öz hərfi mənasında, bəzən də xüsusi mənada işlənmişdir.
2. Terminoloji mənası - İrfan əhli xirqəyə seyrü-süluk ədəblərinə riayət etmək, irfan yolu ilə mənus olmaq və göstərişlərinə əməl etmək tərifi vermişdir. Bu tərifə əsasən xirqə: sufinin öz pirindən (mürşidindən) seyrü-süluk göstərişləri almaq və ona əməl etməsidir. Mümkündür bu mənanın hər kəsin geyindiyi yun paltar və ya köhnə paltar mənasi ilə heç bir əlaqəsi olmasın. Ona görə də xirqə sözü bir çox irfani kitablarda seyrü-süluk və irfan ədəblərinə riayət etmək mənasına gəlmişdir.


İmanın çoxalması saleh əmələ nə belə təsirləri ola bilər?!


İman və saleh əməlin qarşılıqlı əlaqəsi: İmanın çoxalması saleh əməlin çoxalması ilə nəticələnir. \"Gözəl sözlər (düzgün düşüncə və inanc kimi pak həqiqətlər) Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir.\" (Fatir, 10).
İzah: Daha öncə qeyd olundu ki, iman və saleh əməl insan səadətinin iki mühüm qanadıdır. Hər biri digəri olmadan faydasız olacaqdır. Burada ötən mətləblərə bunu da əlavə edirik ki, iman və saleh əməl arasında qarşılıqlı əlaqə vardır. Yəni hər birinin az və ya çox olması digərinə təsir göstərir. İmanın çoxalması saleh əməlin çoxalması ilə nəticələnir. Saleh əməl insanın vücudunda iman nurunu gücləndirir və günah onun imanını da tədriclə sıradan çıxarır. Bu mətləb yuxarıdakı ayədən anlaşılır...


Fədakarlıq edən kəs insanlığın hansı zirvəsinə yetişər?!


Fədakarlıq edən kəs mürüvvətin son həddinə yüksəlmişdir! \"Əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.\" (Həşr, 9).
İzah: Fədakarlıq və canından keçməyin dini mətnlərdəki önəmi aydındır. Malından, övladından, canından keçmək, Allah yolunda çalışmaq, nəfs və nəfsani istəklərlə mübarizə aparmaq hamısı fədakarlıq nümunələridir. Onun zirvə nöqtəsi “Bəqərə” surəsinin 207-ci ayəsidir. Bu ayədə həzrət Əlinin (ə) Ləylətul-məbitdə İslam peyğəmbərinin (s) yatağında yatmasına işarə olunmuşdur. Yuxarıdakı ayə (fədakarcasına mühacirləri qarşılayan və Mədinədə yerləşdirən) ənsarın (yerli mədinəlilərin) mədhi ilə bağlı nazil olmuşdur. Hədis: İmam Əli (ə): \"Fədakarlıq edən kəs mürüvvətin son həddinə yüksəlmişdir.\" (Qürərul-hikəm, c. 4, səh. 459, hədis: 6724).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter