Evlənməzdən əvvəl özünüzə bu sualları verin!


Evlilik hər bir insanın həyatında baş verən ən mühüm hadisələrdən biridir. Evlilik insanı kamala çatdırar və imanının artmasına səbəb olar. Ancaq evlənməzdən əvvəl yaxşı olar ki, özünüzə bu bir neçə sualı verəsiniz. O zaman başa düşəcəksiniz ki, həmin evliliyə hazırsınız, yoxsa yox.
1. Sevgi hissi sizə xasdır, yoxsa yaddır? Əgər xoşbəxt ailə qurmaq istəyirsinizsə, gərək həm siz və həm də qarşı tərəf sevgi hissinə gərək malik olsun. Bu sualı qəlbinizə də verin, ağlınıza da.
2. Evliliyə hazırsınızmı? Bu sual – evlənməzdən əvvəl cavablandırılması zəruri olan suallardandır. Xoşbəxt ailə qurmaq istəyən cütlər gərək həm ruhi və həm də zehni cəhətdən evliliyə hazır olsunlar...


Mömin şəxs imanının dərəcəsini hansı üç əxlaqi rəftara diqqət etməlidir?!


Əgər mömin olub-olmadığınızı bilmək istəyirsinizsə, gərək İmam Rzanın (ə) buyurduğu meyarlardan keçəsiniz. Belə ki, əziz İmam (ə) buyurur: “Mömində bu üç sifət olmayınca, mömin olmaz: 1. Allahından olan sünnət. 2. Peyğəmbərindən (s) olan sünnət. 3. İmamından (ə) olan sünnət.
- Allahın sünnət yolu – sirr saxlamaqdır. - Peyğəmbərinin (s) sünnət yolu – insanlarla mülayim olmaqdır. - İmamımın (ə) sünnət yolu – yoxsulluq zamanı səbirli olmaqdır”.
Beləliklə deyə bilərik ki, həqiqi möminin ilk fəzilətli sifəti sirr saxlamasıdır. Siz necə sirr saxlaya bilirsinizmi?


İmam Kazimin (ə) hədisinə əsasən İnsanın həyatının dəyəri nəyə dəyər?!


Allahın cihad edənlərlə sövdələşməsi! Quran ümumilikdə dünyada yaşamağı bazara bənzədir. \"Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir...\" (Tövbə, 111). Hədis: İmam Kazım (ə): “Sizin üçün Cənnətdən qeyri dəyər yoxdur. Elə isə özünüzü Cənnətdən başqasına satmayın.” (Kafi, c. 1, səh. 19, hədis: 12).


Həzrəti Peyğəmbər (s) buyurub: Özünüzü bu 3 “qalxan”la qoruyun?!


... Quran buna işarə edərək buyurur: “İnsan səy etiyi (can atdığı) şeyə nail olar” (Nəcm-39) Allah rəsulunun (s) hədisi də bu mətləbə açıq şəkildə izah edir. Peyğəmbərimiz (s) buyurub: Malın zəkatı verilərsə, nə suda, nə də quruda o mala xətər gəlməz. Öz malınızı zəkatla qoruyun. Öz xəstəliklərinizi sədəqə ilə müalicə edin. Bəla qapılarını dualarınızla bağlayın.” (ən-Nəvadir-30) Quranın və hədislərin buyurduğu kimi, insan yalnız öz səyinin, öz əməlinin qarşılığını görər. İnsan nəticəni öz ə əməlləri ilə qazanar.


Ayətullah Sistani yeni il və “sevgililər günü” barədə sualı cavablandırıb!


“əl-Aləm” agentliyi, Ayətullah Sesyyid Sistaninin İraqda yerləşən dəftərxanasına sual ünvanlayıb. Sual, yeni ilin və “sevgililər günü”nün bayram kimi qeyd edilməsi barədədir. Dəftərxanadan verilən cavabda hər iki sualın şərtlərinə işarə edərk deyilir:
1) (Yeil bayramının qeyd edilməsində) Xristianlığa və fəsadın yayılmasına təşviq varsa icazəli deyildir. “Sevgililər günü” barəsində verilən sualnın cavabında deyilir:
2) Küfür və fəsada təşviq edən işlər olmazsa özlüyündə maneəsi yoxdur.


Hansı nəfslərlə mübarizə aparmalıyıq, hansılarla aparmamalıyıq?


İnsan iki tərəfdən vəsvəsə olar: şeytan (lən) və nəfsi istəkləri tərəfindən. Nəfsin növləri ilə tanış olaq:
1. Nəfsi-əmmarə. “Əmmarə” sözünün lüğətdəki mənası çoxlu əmr edən deməkdir. Bu nəfs insanı davamlı olaraq pisliklərə tərəf əmr edər. Onunla mübarizə aparmaq lazımdır.
“(Yusuf, yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır»”. (“Yusif” 53).
2. Ləvvamə nəfsi. İnsan adətən pis bir iş görən zaman, nəfsi onu danlayar və peşman olmasına səbəb olar. Bu nəfs – ləvvamə nəfsdir. Həmin nəfs insanı ən çox günahdan saxlayan nəfsdir. “And içirəm Qiyamət gününə. Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)”. (“Qiyamət” 1-2). Mübarizə aparmalı olmadığımız nəfslərdən ən əhəmiyyətlisi – bu nəfsdir...


İmam Hüseynin (ə) vücudunun 5 bərəkəti hansı cəhətləridir?!


İmam Hüseynin (ə) müqəddəs varlığı bərəkət və fəzilətlə doludur ki, onlarla tanış olaq:
1. Nicat gəmisidir. İmam Hüseyn (ə) nəql edir: “Peyğəmbərin (s) xidmətinə getmişdim və Əbi ibni Kəəb də orada idi. Həzrət (ə) buyurdu: “Ey Əba Abdullah, sənə mərhaba olsun! Ey yerin və göyün zinəti!”. Əbi dedi: “Necə ola bilər ki, o, yerin və göyün zinəti olsun, halbuki sizdən başqa insan belə deyildir?”. Peyğəmbər (s) buyurdu: “Ey Əbi! And olsun o Kəsə ki, məni haqq olaraq nəbi məbus etmişdir, Hüseyn ibn Əli (ə) səmada yerdən daha böyükdür. İlahi ərşin sağ tərəfində yazılmışdır ki, o, hidayət çırağı və nicat gəmisidir””.
2. İnsanların qəlbində İmam Hüseyn (ə) sevgisi gizlənmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Möminlərin qəlbində məhəbbət gizlənmişdir ki, Hüseynə (ə) aiddir”. Elə insan yoxdur ki, İmam Hüseynin (ə) adını eşitsin və qəlbi qəmgin olmasın. İmamın (ə) sevigisi qəlbləri təlatümə salar və insan batininə atəş salar...


Zəif iradəni gücləndirmək üçün hansı məsləhətə diqqət etmək tapşırılır?!


Güclü iradəyə malik olmaq – hamının arzusudur. Ancaq güclü iradəyə malik olan insanların sayı azdır. Mütəxəssislər bizə iradəni gücləndirmək üçün yollar tövsiyə edirlər ki, onlarla tanış olaq:
1. İradəni gücləndirmək işinin tədrici olduğunu qəbul edin. Ona görə də özünüzə qarşı çox sərt olmayın. Bilin ki, yavaş-yavaş iradənizi gücləndirə bilərsiniz. Əgər həyatımızda böyük dəyişiklik etmək istəyiriksə, gərək kiçik addımlardan başlayaq.
2. Həvayi-həvəsdən uzaq olmaq. O kəslər ki, özlərini kontrol edərlər, bu sahədə təmrin edərək, iradələrini daha da gücləndirə bilərlər. Əgər nəfsimizi kontrol etməyi və onu boş buraxmamağı bacarsaq, o zaman iradəmizi də gücləndirmiş olacağıq...


İmam Zaman ağada (ə.f) 5 peyğəmbərin (ə) 5 xüsusiyyəti vardır!


İmam Baqir (ə) buyurur: “Ali-Muhəmmədin (ə) Qaiminin (ə.f) müqəddəs varlığında beş peyğəmbərin (ə) beş sifəti vardır. O peyğəmbərlər (ə) ibarətdir: Yunus (ə), Yusif ibni Yəqub (ə), Musa (ə), İsa (ə), Həzrət Muhəmməd (s).
Həzrətin (ə.f) Yunusa (ə) bənzərliyi ondadır ki, bir qeybdən sonra öz qövmünə tərəf qayıdacaqdır. O halda ki, çox illər keçməsinə baxmayaraq, cavan qalacaqdır.
Yusifə (ə) bənzərliyi – Həzrətin (ə.f) onu tanıyan dost və tanışlarının arasında olmamasıdır. Halbuki, Yusif (ə) çox uzaqda deyildi, onunla atası, qohumları və davamçıları arasında az fasilə var idi. O, qardaşlarını tanıyırdı. Ancaq onlar onu tanımırdılar, halbuki, hüzurunda olurdular və onunla söhbət edirdilər...


“Hamılıqla Allahın ipindən yapışın” ayəsi necə nazil oldu?


Qurani-Kərim buyurur: “Və hamılıqla Allahın ipindən (dindən, Kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tövhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız”. (“Ali-İmran” 103). Bu ayənin nazil olması ilə bağlı nəql edirlər ki, Mədinənin məşhur iki qəbiləsi olan Ovs və Xəzrəc bir-biri ilə yola getmirdilər və həmişə dava edirdilər. Ancaq İslam dininin gəlişi ilə bir-biri ilə qardaş oldular. Buna baxmayaraq, bəzən köhnə yaralar özünü göstərir və bu düşmənçiliyin toxumları yenidən cücərirdi. Bir gün Ovs və Xəzrəc qəbiləsindən olan iki nəfər – Sələbə və Əsəd, İslamdan sonra əldə etdikləri nailiyyətlərə görə bir-birinə fəxr edirdilər. Yavaş-yavaş məsələ ciddiləşdi və hər iki tərəf silaha əl atdı... Bu xəbər Həzrət Peyğəmbərə (s) çatır, Rəsuli-Əkrəm (s) həmin yerə gəlir. Öz bəyanları ilə aralarında sülh yaradır. Bu zaman yuxarıdakı ayə nazil olur və hamını ittihada dəvət edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter