Yoldaşların ən pisi Hz. Əlinin (ə) bəyanında kimlərdir?


Hz.Əli (ə) bu xüsusa işarə edərək buyurur: “ Dostların (yoldaşların) ən pisi sənə yaltaqlıq edən, eyiblərini örtəndir” (Ğurərul-hikəm. C-4. Hədis-5725) İmam (ə) kəlamı o qədər dəqiq və hikmət dolu olur ki, bəzən böyük bir mətləbi kiçik mətnli kəlamda ifadə edərək insana lazım olan bütün mətləbi detalları ilə çatdırır. İmam (ə) burada iki mənfi xislətə toxunaraq sanki bütöv mənfi insan obrazı canlandırıb. Yaltaqlıq və xəyanət. Yaltaqlıq onun hiyləgərliyinə, eyib gizlətmək isə onun xəyanət edib həqiqətləri gizlətməyinə bənzəyir ki, bütün bunlar pis niyyətli, pis xislət insanlara məxsusdur. Təbii ki dostsuz qalmaq bu tip insanlarla dostluq etməkdən daha yaxşıdir.


İmam Sadiq (ə)-ın hədisinə əsasən kimlər dünyadan layiqincə istifadə etmişlər?


İmam Cəfər Sadiq (ə) buyurur: \"“Dünyanın iki kəsdən başqa heç kəsə xeyri yoxdur. Biri odur ki, hər gün öz ehsan və yaxşı işlərini artırmaqla məşğuldur, digəri isə keçmiş günahlarından tövbə etəklə onların əvəzini yaxşı işlərlə bərpa etsin. Amma, nə tövbə? And olsun Allaha! Səcdəni tövbə məqsədilə boynu sınana qədər uzatmağına baxmayaraq bizim vilayətimizi qəbul etməsə, Allah onun tövbəsini qəbul etməz.


Hansı dəstə insanlar Allah-Taala (c.c) dərgahında ən pis insanlar olaraq hesaba gələrlər?


Hansı dəstə insanlar Allah-Taala (c.c) dərgahında ən pis insanlar olaraq hesaba gələrlər?Hz Peyğəmbər (s) buyurur: Ey Səhabələrim! İstəyirsinizmi sizlərə ən pis insanı tanıtdırım?! Ərz etdilər: Bəli. -Həzrət buyurdu: Allah-Taala (c.c) dərgahında pis insan o şəxsdir ki, tək yeməyə otura, heç kəsə əlindən olandan verməyə və qulunu döyə,
-Həzrət buyurdu: İstəyirsinizmi sizlərə birinci dərəcəli pis insandan daha pisi tanıtdırım? Dedilər: Bəli.
-Həzrət buyurdu: İkinci dəstə pis insan o şəxsdir ki, onun haqqında heç kəs xeyir düşünməyərək, şərrindən qorxa
-Həzrət buyurdu: Ey Səhabələrim! Daha da pis niyyətli insanı sizlərə tanıtdırımmı?! Dedilər: Bəli Ya Rəsulalla!
-Həzrət Peyğəmbər (s) buyurdu: Allah-Taala (c.c) dərgahında ən pis insan o şəxsdir ki, Əbədi olan Axirəti başqalarını dünyasına sata və eləcə də dinindən dünyası üçün istifadə edə.


Hz Peyğəmbər (s) hədis: Hansı nemətlərin daha çox qədrini bilmək lazımdır?


Hz Peyğəmbər (s) hədis: Hansı nemətlərin daha çox qədrini bilmək lazımdır?Həzrəti Peyğəmbər (s) buyurur: Hər nemətin qədrini bilmək lazımdır. Beş nemətin qədrini əldən verməzdən öncə bilmək daha zəruridir:
1-Cavanlığın qədrini bilin qocalıqdan öncə,
2-Can sağlamlığınızın qədrini bilin xəstələnmədən öncə,
3-İmkanlılığınızın qədrini bilin kasıblıq üz gətirəndən öncə,
4-Fürsətli günlərinizin qədrini bilin işlər sizi özünə bağlayandan öncə,....


Allah-Taala (c.c) hansı evlərin bərəkəti alaraq xarabaya çevirər?


Allah-Taala (c.c) hansı evlərin bərəkəti alaraq xarabaya çevirər?Hz Peyğəmbər (s) buyurur: Hər bir evdə ki, 4 iş görülə Allah-Taala (c.c) həmin evlərdən bərəkəti alaraq, xarabaya çevirər:
1-O evdə ki, əmanətə xəyanət oluna, istər maddi istər mənəvi,
2-O evdə ki, oğurluq edilə, (başqalarının mallarını icazəsiz və haqsız yerə evə gətirmək də oğurluq hesab edilir.)
3- Şərab içmək, hər bir evdə ki, haram olunmuş içki və oyunlar oynalınsa (qumar kimi oyunlar) o evə bəlalar çoxalar.
4-Zina edilən evlərdə bərəkət olmaz, hətta demək olar ki, dini nikahsız olan ailə və evlərdə bərəkət tapılmaz...


Hz Peyğəmbərin hədisi: (s) Həqiqi bədbəxt insanın 4 nişanəsi hansılardır?


Hz Peyğəmbərin hədisi:  (s) Həqiqi bədbəxt insanın 4 nişanəsi hansılardır?Həzrəti Peyğəmbər (s) buyurur: “Həqiqi bədbəxt insan o şəxsdir ki, onda 4 nişanə olsun:
1-Gözün quruması, yəni müsibət günlərində göz yaşı tökməkdən məhrum olan insan,
2-Qəlb daşlannması, yəni məzlum şəxsi görən zaman narahat olmayan insan,
3-Uzun uzadı arzular, yəni mənasız düşüncələrə dalaraq xəyallarla yaşayan insan,
4-Həyatda qalmaq istəyi, yəni həddən artıq dünya məhəbbətinə bağlanan insan,...


Hz Peyğəmbər (s) ümməti üçün üç xasiyyətdən nigaran olduğunu buyurardı?!


Hz Peyğəmbər (s) ümməti üçün üç xasiyyətdən nigaran olduğunu buyurardı?!Hz Peyğəmbər (s) buyurur: “Mən ümmətim üçün üç xasiyyətə görə narahatam:
1-Ümmətim üçün nəfsi istəklərinə tabe olmalarına görə narahatam,
2-Ümmətim üçün daxili istək və düşüncə azğınlığına düçar olmasından,
3-Hidayət olandan sonra qəflətə və diqqətsizliyə düçar olmasından...


Həzrəti Peyğəmbər (s) hansı mənfi xasiyyətlərdən Allah-Taalaya (c.c) sığınmağı tövsiyə edir?


Həzrəti Peyğəmbər (s) buyurur: İlahi Sənə sığınıram bu mənfi cəhətlərdən: İlahi! -Acizlikdən-bacarıqsızlıqdan, Tənbəllikdən, Qorxağlıqdan, Xəsislikdən, Zəif düşüb qocalıqdan, olanlara qarşı daş ürəklikdən, həqiqəti görməkdə qəflətə düşməkdən, imkanda azlıqdan, xar olmaqdan, çarəsizlikdən Sənə sığınıram!
İlahi! -Kasıbçılıqdan, nemətə küfr etməkdən, fasiqlikdən, ixtilaf yaradıb fitnə törətməkdən və əməllərdə riyakarlıq etməkdən Sənə sığınıram!
İlahi! Özünü karlığa vurmaqdan, haqqı deməkdə lal olmaqdan, özünü səfihliyə vurmaqdan, əlacsız xəstəliyə tutulmaqdan Sənə sığınıram...


Həzrət Cəbrail (ə) Peyğəmbərə (s) Hansı məsələlərə diqqətli olmağı tapşırdı!


Həzrət Cəbrail (ə) Peyğəmbərə (s) Hansı məsələlərə diqqətli olmağı tapşırdı!Hz Peyğəmbər (s) buyurur: “Hz Cəbrail (ə) mənim yanıma gəlib belə dedi: Ey Muhəmməd!
Hər nə qədər istəyirsən yaşa amma unutma ki, öləcəksən!
Hər nəyi istəyirsən sev, amma unutma ki, sevdiklərindən ayrılacaqsan!
Hər nə istəsən et, amma unutma ki, etdiklərinin əvəzini alacaqsan!
Bil ki, möminin böyülüyü gecə ibadət üçün oyanması ilədir,...


Birisinin namazda səhv etdiyini gördükdə vəzifəmiz nədir?


Birisinin namazda səhv etdiyini gördükdə vəzifəmiz nədir?Bəzən birinin namaz qılarkən səhvə yol verdiyini müşahidə edirik. Təbii ki, reaksiyalarımız müxtəlif olur. Kimisi biganə olur, kimisi isə müdaxilə edir.
Bəs belə hallarda bizim vəzifəmiz nədir? Cavab: Belə olan halda sizə heç bir şey vacib deyil. Baxmayaraq ki, onun bu səhvi naşılıqdan və hökmü bilməməzlikdən irəli gəlir və əhvət (üstün) onun təlimatlandırılmasıdır. Mənbə: İstiftaat (Ayətullah Seyyid Əli Xamenei)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter