Hansı 4 dəstə insanlara tövbə etmək az qismət ola bilər?


Böyük islam alimlərindən biri qeyd edir ki, ustadımdan soruşdum ki, hansı əməllər Allah Təala tərəfindən bağışlanılmır? Belə cavab vedi:
Ey oğul Allah şahiddir ki, indi insanlar abır aparmaqdan heç çəkinmirlər. Bir neçə günah var ki, Allah onları bağışlamır, hətta bu işi görənlər tövbəyə belə müyəssər olmurlar:
Birincisi namazı tərk etməkdir. (Bu iş insanı Allahdan və dinin hökümlərinə diqətli olmaqdan saxlayır. Nəticədə din onun nəzərində lazımsız olur).
İkincisi ağvalideyn olmaqdır. (Bu əməl ailə əməllərini sarsıdır. Nəticədə ictimai əxlaqsızlıq və pozğunluq geniş vüsət alır).
Üçüncüsü haqsız yerə adam öldürmək. (Bunun nəticəsində insan ölümü adiləşir. Nəticədə oğurluq, zülm, qan tökmək adiləşir)...


İmam Hüseynin (ə) əxlaqından hansı iibrətli nöqtələr vardır?


Mömini sevindirmək: Bir gün İmam itlə oturub çörək yeyən qulam gördü. Səbəbini soruşdu. Qulam dedi: “Ey peyğəmbər oğlu, pərişanlığım var, istəyirəm bu iti sevindirib, qəmdən qurtaram. Dərdim budur ki, yəhudi ağamın əsarətindən qurtarmaq istəyirəm.” İmam Hüseyn (ə) qulamın ağasına iki yüz dinar verib onu azad etmək istədi. Qulamın ağası dedi: “Qulam sənə fəda olsun,... Ağa dedi: “Hədiyyəni qəbul etdim və onu da qulama verirəm.” Hüseyn (ə) də buyurdu ki, mən də qulamı azad edir və bu malları ona bağışlayıram.” Ağanın zövcəsi gördüyü səhnənin təsiri altında İslamı qəbul etdi və dedi: “Mən də öz mehriyyəmi ərimə bağışladım.” Zövcəsinin ardınca ağa da İslamı qəbul etdi və evini zövcəsinə bağışladı. Bəli, bir addım atmaqla qul azad oldu, ehtiyacı ödəndi, kafir İslamı qəbul etdi, ərlə arvad arasında səmimiyyət yarandı! (“Əl-mənaqib”, 4-75)


İmam Zamanın (ə.c) həyatı neçə dövrədən ibarətdir?


İmam Mehdinin (ə) həyatı üç dövrdən ibarətdir:
1. Gizli həyat dövrü: Həzrətin gizli həyat dövrü doğum günündən atası İmam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.
2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, İmam Mehdinin (ə) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür: ...
3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci İmam (ə.c.) Allahın icazəsi ilə zühur edəcək və dünyanı yaxşılıq, gözəllik, haqq və ədalətlə dolduracaqdır. Heç kim o İmamın (ə.c.) nə vaxt zühur edəcəyini bilməz və rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilmişdir.


Allah-Taalanın (c.c) bizim ibadətlərimizə ehtiyacı varmı?


Hәzrәt Әli (ә) “Nәhcül-bәlаğә”dә buyurur: “Аllаh mәхluqu оnun ibаdәtindәn еhtiyаcsız, itаәtsizliyindәn аmаndа оlduğu hаldа yаrаtdı.”
Аllаh insаnın ibаdәtindәn lәzzәt аlmаdığı kimi, оnun üsyаnındаn dа әziyyәt çәkmir. Аllаhıtаnımа bәhslәrindә охuyuruq ki Аllаhın sifәtlәri özünәmәхsusdur. Yәni әgәr еyni bir sifәt Аllаhdа vә insаndа vаrsа bu sifәtlәr аrаsındа fәrq vаrdır. Mәsәlәn, Аllаhın еlmi insаnın еlmindәn fәrqlәnir. İnsаnın еlmi “hüsuli”, yәni öyrәnmәklә әldә еdilmişdir. Аmmа Аllаhın еlmi “hüzuri”dir, yәni Аllаh zаtәn аlimdir. İnsаnın qüdrәti, gücü inkişаf еtmiş әzәlәlәrdәn ibаrәtdirsә, cism оlmаyаn Аllаhın qüdrәti tаmаm bаşqа mәzmundаdır...


Əgər namaz insanı çirkin işlərdən uzaqlaşdırırsa, nə üçün bəzi namaz qılanlar günaha yol verir?


İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir. Məktəb və universitetin işi insanın elmi təkamülünü təmin etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. Yalnız həqiqi namaz insanı çirkinliklərdən uzaqlaşdırmaq iqtidarındadır. (“Ənkəbut”, 45.) Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.


Hansı namaza tövbə düşür?!


Allahla danışarkən diqqətin yayınması ədəbsizlikdir ...Allahla danışarkən diqqətin yayınması ədəbsizlikdir. Əgər sizinlə söhbət edən bir şəxs üzünü başqa tərəfə tutarsa bunu necə qiymətdəndirərsiniz? Namaz zamanı diqqətin Allahdan qeyri bir istiqamətə yönəldilməsi Ona arxa çevirməyə bərabərdir. Allah cism olmadığından Ona cismən yox, ruhən üz tutmaq zəruridir. Belə namazı dinin sütunu hesab etmək olarmı? İnsanı digər canlılardan fərqləndirən onun diqqətli olmasıdır. Danışana diqqət göstərməyib arxa çevirmək heyvanlara məxsus xüsusiyyətdir. Həzrət Peyğəmbər (s) buyurur: «Namaz zamanı Allahdan qeyrisini düşünən kəs heyvana çevrilməkdən qorxmurmu?». («Biharul-ənvar», cild 84.) Uca məqam sahibləri olanlar ibadət zamanı diqqətli olar, fikirlərini Allaha yönəldərlər. «Namaz, dua, Qurana məşğul olarkən fikrim haradaydı» deyə düşünər, hər zaman nöqsana yol verdikləri üçün tövbə edərlər.


Həzrət Nuhun (ə) zamanında uşaqlar və günahsızlar suda qərq olmuşdurlarmı?


Əbdulsəlam ibni Saleh Hərəvi nəql edir: “İmam Rzadan (ə) soruşdum: “Niyə Allah Nuhun (ə) zamanında bütün dünyanı suya qərq etdi, halbuki insanların içində uşaqlar və günahsızlar da vardı?”. Həzrət (s) buyurdu: “Qərq olanların arasında nə uşaq vardı və nə də günahsızlar.Uşaqlar ona görə yox idi ki, Allah Təala qərq olmazdan 40 il əvvəl Nuh qövmünü sonsuz etmişdi, ona görə də qərq olan zaman uşaq yox idi. Günahsız yox idi ona görə ki, Allah Təala heç bir günahsızı əzabı ilə həlak etməmişdir...


Niyə seyidlərin adlarının əvvəlinə “mir” əlavə edilir?


Məlum olur ki, “mir” ərəb dilindəki “əmir” sözündən götürülüb və mənası “başçı”, “rəhbər”, “əmr sahibi” və s. deməkdir. “Əmir” titulu Peyğəmbər (s) nəslinin nümayəndələrinin adlarına 11-13-cü əsrlərdən etibarən əlavə edilməyə başlayıb. Bu yolla bu mübarək nəsildən olmayanlar seyidlərə öz ehtiramlarını bildirmək istəyirdilər.
Sonradan söz ixtisarlanaraq, “mir” halını aldı və birbaşa adın əvvəlinə artırılmağa başladı. Məsələn, Seyyid Mirəbulfəth Gürgani (əllamə) və ya Seyyid Mirəli ibn Şəhab Həmədani (zamanın məşhur arifi) və s. Səfəvi dönəmində isə xüsusilə hörmətli seyidlərə hətta “Mir Miran”, yəni “əmirlərin əmiri” deyə müraciət olunurdu...


Qəbir əzabını ağırlaşdıran və yüngülləşdirən amillər hansılardır?


Bir müsəlmanın Allaha olan ümidi və qorxusu eyni səviyyədə olmalıdır. Belə ki, əgər qorxusu çox olarsa, İlahi rəhmətdən məyus və ümidsiz olar. Başqa bir tərəfdən isə əgər ümidi çox olarsa, yaxşı işlər görməyə stimulu qalmaz, çünki çox rahat olar. Ona görə də bu cür insan hər bir günaha düçar olar və Allahın lütf və kərəmindən dəm vurar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, hər an Ona söykənərdiniz. Az bir əməl yerinə yetirməzdiniz. Əgər Allahın qəzəbinin ölçüsünü bilsəydiniz, güman edərdiniz ki, bir daha nicat tapa bilməyəcəksiniz”. İmam Sadiq (ə) buyurur: “Elə bir mömin bəndə yoxdur ki, qəlbində iki nuru olmasın. Qorxu nuru və ümid nuru. Əgər birini o birisi ilə müqayisə edərsən, çox olmamalıdır”...


Həmişə zikrli olmaq haqda hədislərdə hansı tapşırıqlar gəlmişdir?


İmam Sadiq (ə) buyurur: “Hər bir şeyin həddi vardır, Allah zikrindən başqa”. Hədislərimiz deyir ki, insan qəlbi də dəmir kimi paslana bilir və ancaq Allah zikri ilə bu pası aradan aparmaq olar. Ona görə də deyə bilərik ki, Allahın zikri ancaq o deyildir ki, dildə deyilsin. İnsan əgər halal və harama riayət edərsə və bu zaman Allahı yada salarsa, günah edən zaman Allahı yada salarsa – o zaman zikr öz həqiqi mənasına çatar. Yuxarıdakı ayədən çıxardığımız nəticələr: 1. Allahın zikri insana o zaman təsir edir ki, davamlı və çox olsun. 2. Allahın ən yaxşı zikri – təsbihdir. 3. Günün əvvəlini və axırını Allaha zikr edərək başlayıb, başa vuraq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter