Qiyamət günü insanın qiyafəsi necə olacaq?


Qiyamət günü insanın qiyafəsi necə olacaq? Sədrul-mütəllihin yazır: “Qiyamət günü bədənlərin məhşur olması etiqadına lazım olan şey budur ki, bədənlər qəbirlərdən elə çıxarılar ki, hər kim onları görsə deyər ki, bu filankəsdir, ya filankəsin bədənidir”. Əllamə Tehrani yazır: “Bütün İslam əhli və bütün fəqihlər bu əqidədirlər ki, məad cismani olacaqdır”. Quran ayələrindən və din alimlərinin buyurduqlarından belə nəticəyə gəlmək olur ki, ruh insanın bu dünyada malik olduğu bədənə qovuşar və onunla birlikdə məhşur olar. “(Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!”. (“Vaqiə” 61)...


İmam Zaman ağanın (ə.f) dostlarının hansı xüsusiyyətləri vardır?


İmam Zaman ağanın (ə.f) dostlarının hansı xüsusiyyətləri vardır? İmam Cəfər Sadiq (ə), İmam Zaman ağanın (ə.f) dostlarının sifətlərini bizə tanıtmışdır ki, bu ayədə zikr olunan sifətlərlə eynidir. 1. Möhkəm qəlbə malikdirlər.
2. Vəsvəsədən uzaqdırlar. Allaha qarşı heç bir zaman şəkk etmirlər.
3. Bərəkət istəyənlərdirlər. Atlarının üstündə əllərini İmamın (ə.f) atının yəhərinə çəkərlər və təbərrük axtararlar.
4. Fədakardırlar. İmam Zaman ağanın (ə.f) varlığının şamını pərvanə kimi əhatə edib, onu canları ilə qoruyurlar.
5. Gecə oyaq qalan və münacat əhlidirlər. Gecə oyaq qalan kişilərdir ki, gecələri yatmırlar və namazlarının zümzüməsi arıların nəğməsi kimi qulaqlara çatar...


Zühur zamanı Həzrət İmam Mehdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq?


Zühur zamanı Həzrət İmam Mehdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq? Zühur zamanı əziz İmamın (ə.f) Məkkə şəhərində edəcəyi ilk işlər:
1. Tanıtmaq. İmam Səccad (ə) buyurur: \"O Həzrət danışacaq və deyəcəkdir ki, ey insanlar, mən filankəsəm, filankəsin oğluyam. Mən Peyğəmbərin (s) övladıyam. Sizi o şeyə dəvət edirəm ki, Allahın Peyğəmbəri (s) dəvət etmişdir”. 2. Təcavüzkarlara qarşı müdafiə. Hədisin ardınca deyilir: \"Ona hücum ediləcəkdir ki, onu öldürsünlər. 313 nəfər onu müdafiə edəcəkdir”. 3. İbadət. Müdafiə olunduqdan sonra rüknlə məqam arasında dörd rükət namaz qılacaqdır...
4. Beyət almaq. İmam Sadiq (ə) buyurur: \"Bu zaman səmadan onun adına nida gələcəkdir və o, məqamın arxasında olacaqdır. Səhabələri ona deyəcəklər: \"İndi sizin adınızla nida olundu, nəyi gözləyirsiniz?”. Bu zaman onun əlindən tutub ümumi beyət üçün gətirərlər. Həzrət gələr və Həcərul-əsvədə söykənər”...


İmam Səccad (ə)-ın hədisinə əsasən günahın insana hansı 3 böyük ziyanı vardır?


İmam Səccad (ə)-ın hədisinə əsasən günahın insana hansı 3 böyük ziyanı vardır? İmam Səccad (ə) buyurur: “Günah üç ağır xəsarət gətirər. 1-Birinci ziyanı zillət libasını geyinməkdir”. (“Əraf surəsi, ayə 9).“Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!”
2-Davamında İmam (ə) buyurur: “İkinci ziyan - İlahi qürbdən uzaq olmaqdır”. Günah insanı get-gedə Allahdan uzaqlaşdırar. İnsan Allahdan o qədər uzaqlaşar ki, ibadətlərini tərk edər. “Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu.” (“Rum” 10)...


İmam Cəfər Sadiqin (ə) hədisinə əsasən çox yatmağın səbəbləri nələrdir?


İmam Cəfər Sadiqin (ə) hədisinə əsasən çox yatmağın səbəbləri nələrdir? Hədislərdə oxuyuruq ki, bu dörd şeyin azı yaxşıdır: atəşin azı yaxşıdır, yuxunun azı yaxşıdır, xəstəliyin azı yaxşıdır, düşmənii azı yaxşıdır. İmam Sadiq (ə) buyurur: “Çox yatmaq din və dünyanı aradan aparar”. Çox yatmağın səbəbləri:
1. Mühit. İnsan bəzən elə bir mühitdə yaşayır ki, ətrafındakı insanlar tənbəl və çox yatandırlar. Onlarla oturub-durmaq çox yatmağa səbəb olar.
2. Məyus və ümidsiz olmaq. Bəzən insan bu dünyadan məyus və ümidsiz olur və belə hallarda insan öz dərdlərini müvəqqəti olaraq unutmaq üçün yatır və bundan çıxış yolunu ancaq yatmaqda görür. 3. Səhlənkarlıq. İnsan bəzən gündəlik işlərini müəyyən vaxta qədər təxirə salıb yatır və bu, adət halını alır. Hər gün həmin vaxtda yatmağa çalışır və bu yolla işində səhlənkarlıq etmiş olur...


İslam maarifinə əsasən insanlarda hansı xasiyyətlər yoxsulluq və bədbəxtlik yaratdı?


İslam maarifinə əsasən insanlarda hansı xasiyyətlər yoxsulluq və bədbəxtlik yaratdı? Yoxsulluq başqa məxluqlar kimi əvvəllər mövcud deyildi, sonradan dünyaya qədəm basmışdır. İmam Əli (ə) buyurur: “Yoxsulluq böyük ölümdür”. İmam Əli (ə) nəql olunur: “O zaman ki, əşyalar iki-iki evləndilər, tənbəlliklə gücsüzlük də bir-biri ilə evləndi. Onlardan yoxsulluq dünyaya gəldi”. Bəzən yoxsulluq insanın öz istəyi ilə dünyaya gələr. Onun dünyaya gəlmə zamanı o zamandır ki, tənbəl və süstlük edər. Özünün işində tənbəl olması övladlarına da yoxsulluq gətirər. İmam Kazimin (ə) tövsiyəsi: “Tənbəllik və süstlükdən çəkin ki, onlar səni dünya və axirət nəsibindən məhrum edər”. İmam Əli (ə) buyurur: “Süstülk və tənbəllik axirəti xarab edər”. Yoxsulluq insanı dünya nemətlərindən məhrum edər. Eyni zamanda onu halal maldan məhrum edər. Onu küfr və nifaqa düçar edər. Bu insan həm dünya və həm də axirətdə xusrana uğrayar...


İmam Əlinin (ə) nəzərində dünya sevgisinin gətirdiyi 8 bəlalar hansılardır?


İmam Əlinin (ə) nəzərində dünya sevgisinin gətirdiyi 8 bəlalar hansılardır? İmam Əli (ə) «Nəhcul-bəlağə»də dünya sevgisini şiddətlə tənqid etmiş və ondan çəkindirmişdir. Dünya sevgisinin gətirdiyi bəlalardan söz açmışdır ki, onlara işarə edək: 1. Dünya sevgisi bütün xataların köküdür. İmam Əli (ə) buyurur: “Dünya sevgisi bütün səhv və günahların başındadır”. 2. Dünya sevgisi insanı aldadar. Həzrət (ə) buyurur: “Dünyanın məsəli – ilanın məsəli kimidir ki, yumşaq bədəni vardır. Öldürücü zəhəri daxilindədir. Aldanmış nadan ona tərəf meyil edər və aqil insan ondan çəkinər”. 3. Dünya sevgisi tamaha səbəb olar. İmam (ə) buyurur: “Dünya sevgisi və məhəbbəti tamah meydana gətirər”. Başqa yerdə buyurur: “Dünyapərəstlər dünyadan bir şeyə çatmazlar, məgər o halda ki, hərislik qapısı üzlərinə açılar və eşq atəşi onları daha sürətli edər”...


İbadət əhlindən hansı 7 dəst təkəbbürlük xüsusiyyətinə tutula bilərlər?


İbadət əhlindən hansı 7 dəst təkəbbürlük xüsusiyyətinə tutula bilərlər? Mərhum Nəraqi ibadət əhli arasında da təkəbbürə düçar olanları 7 dəstəyə bölərək, bizə tanıtmışdır.
1. Dəstəmazda təkəbbür. Bu insanlar namazın müqəddiməsi olan dəstəmazda nəcasəti aradan aparmaq mövzularında vəsvəsə edərlər. Ona görə də suyu israf edib, günaha düçar olarlar. Bu insanların ehtiyat və vəsvəsələri dəstəmazlarına ziyan vurar. Belə düşünərlər ki, bu iş onların nicat tapması üçün kifayətdir.
2. Namazda təkəbbür. Namazın niyyətində vəsvəsə edərlər və şeytan qoymaz ki, düzgün niyyət etsinlər. O qədər vəsvəsə edərlər ki, namazın fəzilətini əldən verərlər. Bəzən namazın təkbirində, bəzən qiraətin düzgünlüyündə şəkk edərlər. Ona görə də namazın sonuna qədər onun məzmununa diqqət etməkdən qafil olarlar. O qədər qiraətə diqqət edərlər ki, qəlb hüzuru yaddan çıxar. Belə düşünələr ki, namazları ancaq o zaman qəbul olar ki, qiraətləri səhih olsun. Bu, təkəbbürün ən çirkin formalarındandır...


Allahın kitabı qorxudandır, yoxsa müjdə verən?


Allahın kitabı qorxudandır, yoxsa müjdə verən? Müjdə verən mənası insanlara xoş aqibət vəd edən mənasındadır. İstər dünyada olsun, istər axirətdə olsun Allah Təala yaxşı əməl sahiblərini və iman gətirənləri böyük mükafatla müjdələyir. Onlara dünyada izzət, axirətdə isə əbədi cənnət vəd edir. Qorxudan isə pis əməl sahiblərinə nisbət verilir. Necəki iman gətirənləri müjdələyir, həmçinin şirk və günah əhlini də təhdid edir: Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Əhzab-45). Qurani Kərim Allah Təalanın kitabı olaraq onda rəhmət, hikmət, şəfa, mərhəmət vardır: Biz Qurandan möminlər üçün şəfa və mərhəmət ...


Öz dilimizdə olan ayələrə və Allah kəlməsinə dəstəmazsız toxunmaq olmarmı?


Quranın dili ilə yazılan Allah kəlməsinə dəstəmazsız toxunmaq icazəli deyil. Şəriətin buyurduğuna görə dəstəmazsız halda Quran yazılarına toxunmaq olmaz. Amma dəstəmazsız Quranın cildinə toxunmağın, ona baxmağın, vərəqləməyin, oxumağın eybi yoxdur. Allah kəliməsinə- اللَّهِ Ləfzi Cəlalə deyilir. Dəstəmazsız ləfzi cəlaləyə toxunmaq olmaz.( Sistani: Ehtiyat vacibə görə caiz deyil. Hətta mürəkkəb bir adın tərkibində olsa belə)
1-Bəs öz dilimizdə və ərəb dilindən başqa dillərdə olan “Allah” kəlməsinə dəstəmazsız toxunmaq olarmı? Cavab- Hansı dildə olmasından aslı olmayaraq dəstəmazsız Allahu Təalanın adına toxunmaq haramdır. Həmçinin Peyğəmbərin (s) , İmamların və Xanım Zəhranında (ə) adları bu hökümdədir. (İmam Xomeyni)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter