İmam Baqirin (ə) hədisi: Hər kim 10 xislətlə Allah-Taalanın (c.c) hüzuruna çıxarsa Behiştdə gedəcəyinə əmin olsun?!


İmam Baqirin (ə) hədisi: Hər kim 10 xislətlə Allah-Taalanın (c.c) hüzuruna çıxarsa Behiştdə gedəcəyinə əmin olsun?! Füzeyl ibn Yəsar İmam Məhəmməd Baqir (ə)-dan belə nəql edir: “Hər kim Allah-Taala (c.c) hüzuruna bu 10 xislətlə çıxarsa, behiştə daxil olar:
1-Allah-Taalanın (c.c) təkliyinə şəhadət verə,
2-3-Həzrəti Muhəmmədin (s) risalətini qəbul edərək, gətirdiyi şəriəti təsdiqləyə,
4-Namazı xuzu və xüşu ilə yerinə yetirə,
5-Allah yolunda kasıbların haqqı olan (vacib və müstəhəb) zəkatı ödəyə,
6-Mübarək ramazan ayının vacib orucunu tuta,...


Hz Əli İbn Əbi Talib (ə): namazda edilən iki səcdənin mənası necə açıqladı?


Hz Əli İbn Əbi Talib (ə): namazda edilən iki səcdənin mənası necə açıqladı?Həzrəti Əlinin (ə) hədisində iki səcdənin hikməti: Bir kişi Hz Əlidən (ə) soruşdu? Ey Allahın seçilmiş bəndəsinin əmisi oğlu! Namazdakı birinci səcdənin mənası nədir? Həzrət Əli (ə) buyurdu: Mənası budur ki İlahi! Sən bizi torpaqdan yaratmısan!
Elə ki, alınını səcdədən qaldırırsan mənası budur ki, İlahi! Bizi torpaqdan yaratdın və inkişaf etdirdin!
İkinci dəfə səcdə yəni: İlahi! Sən bizi yenə torpağa geri qaytaracaqsan! Elə ki, ikinci dəfə səcdədən baş qaldırırsan yəni: yenə də qiyamətdə bizi torpağdan geri qaytaracaqsan! ...


İmam Sadiqin (ə) hədisinə əsasən diş təmizləməyin faydaları nələrdir?


İmam Sadiqin (ə) hədisinə əsasən diş təmizləməyin faydaları nələrdir?Həzrəti İmam Sadiq (ə) buyurdu: Diş təmizləməyin 12 xasiyyəti (faydası) var: Diş təmizləmək sünnətdir, müstəhəb əməldir, Ağızı paklayandır, gözə işıq verəndir, Allahı sevindirəndir, Dişləri ağardandır, dişin sarılığını aradan aparandır, iştahanı artırandır, damağları möhkəmlədəndir, bəlğəmi aradan aparandır, hafizəni artırandır, hər savablı əməlin dəyərinin artmasına səbəbdir, mələkləri sevindirəndir. Yəhzuruhul Fəqih kitabından seçmələr, cild: 1, səh: 120


Həzrəti Peyğəmbərin (s) hədisinə əsasən həqiqi xoşbxət insan kimdir?


Həzrəti Peyğəmbərin (s) hədisinə əsasən həqiqi xoşbxət insan kimdir?Həzrəti Peyğəmbərin (s) hədisinə əsasən həqiqi xoşbəxt insan o şəxsdir ki,
-Xoşbəxt insan o adamdır ki, Allahdan qorxusu onu başqalarının yanında başı aşağı olmaqdan qoruya!
-Xoşbəxt o adamdır ki, qazancı pak, batini təmiz, zahiri yaxşı və əxlaqı yola gələn ola!
-Xoşbəxt o adamdır, qazancının artığını bağışlaya və düşüncələrinin artığını danışmaqdan çəkinə!
-Xoşbəxt o adamdır ki, Allaha xatir təvazökar olsun, Allaha xatir alim və həkim insanlarla əyləşə və kasıblara rəhimli olsun...


Əbuzər Qəffari (r) hansı üç şeyi sevdiyini söylədi ki, insanlar həmin məsələlərdən uzaq olmağı arzulayarlar?!


Əbuzər Qəffari (r) hansı üç şeyi sevdiyini söylədi ki, insanlar həmin məsələlərdən uzaq olmağı arzulayarlar?!Şüeyb Əqərqufi deyir: İmam Sadiqdən (ə) soruşdum: Əbuzər Qəffaridən gələn hədisdə deyilir üç şey vardır ki, insanlar onu sevməzlər mən isə onları sevərəm! Əbuzər (r) deyərdi: Mən ölümü sevirəm, Mən bəla və kasıbçılığı sevirəm!
Bu sözlərin mənasını necə başa düşmək olar?! Həzrəti İmam Sadiq (ə) buyurdu: Bu sözlər o cürə ki, müsəlmanlar nəql edilər o mənada deyildir: Bəlkə Əbuzərin məqsədi bu idi ki:
-Mən yolunu azmaqla yaşamaqdan daha çox Allah yolunda şəhid olmağı sevirəm!
-Mən Allahın əmrlərini yerinə yetirərək gələn bəlaları Allaha qarşı rahatlıqda yaşamaqdan daha çox sevirəm!
-Mən Allaha üsyan edəcək vardan daha çox Allahın razıığı olan az ruzini daha çox sevirəm...


Hz Peyğəmbər (s) Allah-Taala (c.c) tərəfindən kimlərə məqam verilməsinə sevindi?!


Hz Peyğəmbər (s) Allah-Taala (c.c) tərəfindən kimlərə məqam verilməsinə sevindi?!İmam. Sadiq (ə) buyurdu: “Bir gün Peyğəmbər (s) sevincli halda səhabələrinin yanına gələrək, gülümsəyirdi. Müsəlmanlar ərz etdilər: Allahın səni həmişə sevindirsin?! Allahın Elçisi (s) buyurdu: “Elə bir gün yoxdur ki, Allah-Taala (c.c) tərəfindən mənə hədiyyə verilməsin! Elə bu gün də Allah-Taala (c.c) mənə elə bir hədiyyə verdi ki, bu günə qədər verilməmişdi?! Bu gün Cəbrail (ə) mənim yanıma gələrək Allahın salamını çatdırandan sonra dedi: Ey Muhəmməd (s)! Allah-Taala (c.c) Bəni Haşimdən 7 nəfəri seçdi ki, keçmiş ümmətdə belə biriləri olmamış və gələcəkdə də onlar kimisi olmayacaq! Ey Allahın Rəsulu (s) sən Peyğəmbərlərin (ə) üstünüsən, Əli ibn Əbi Talib (ə) sənin canişinin və vəsilərin üstünüdür, Həsən (ə) və Hüseyn (ə) övladların ən üstünüdürlər, əmin Həmzə şəhidlərin ağasıdır, Cəfər əminoğlu Behiştdə mələklərin sırasında istədiyi yerə gedə-gələ biləcək, eləcə də ədaləti ucaldan Hz Qaim (ə.c) siz Bəni Haşimin nəslindəndir ki, İsa ibn Məryəm (ə) onun arxasında namaz qılacaq.


İslam ümməti alimin qarşısında hansı vəzifələrə borcludur?


İslam ümməti alimin qarşısında hansı vəzifələrə borcludur?Hədis güzgüsündə alimin haqqı: İmam Sadiq (ə)-dan nəql olunan hədisdə deyilir: Həzrəti Əli ibn Əbi Talib (ə) buyurardı: “Alimin haqlarındandır ki, Sual etməkdə ondan cavab alarkən israrçı olmayasız, onun geyiminə qarşı hörmətsizlik etməyəsiz, alimin görüşünə gedən zaman yanında əgər başqaları olarsa hamıya salam verin və alimi xüsusi olaraq hörmətlə salamlayın! Alimin qarşısında əyləşin, onun arxasında oturmayın, alimi göz və əllə işarə etməyin! Alimin hüzurunda onun düşüncəsinin düzgün olmadığını sübut etmək məqsədi ilə başqalarının sözünü təkrarlamayın ki, filan alim elə dedi, belə fikir bildirdi! ...


Loğman (ə) hikmətli sözlərinə əsasən kimdə bu sifətlər olarsa ALlah bəyənən insandır?!


Loğman (ə) hikmətli sözlərinə əsasən kimdə bu sifətlər olarsa ALlah bəyənən insandır?! Loğman Həkimin oğlu ondan soruşur: “Atacan! İnsanda hansı xüsusiyyət daha üstündür?”. Loğman deyir: “Din”. Oğlu deyir: “Əgər iki dənə olsa, necə?”. Deyir: “Din və mal”. Soruşur: “Əgər üç dənə olsa, necə?”. Deyir: “Din, mal, həya”.
Soruşur: “Əgər dörd dənə olsa, necə?”. Deyir: “Din, mal, həya və gözəl xasiyyət”.
Soruşur: “Əgər beş dənə olsa, necə?”. Deyir: “Din, mal, həya, gözəl xasiyyət, səxavət”.
Soruşur: “Əgər altı dənə olsa, necə?”. Deyir: “Oğlum! Nə zaman insanda bu beş sifət cəm olar, o, pakizə, təqvalı, Allahın dostu olar və şeytandan pak olar”.


Bu əməllə ailənizin 10 nəfərinə Qiyamət günü şəfaət verə bilərsiniz?!


Bu əməllə ailənizin 10 nəfərinə Qiyamət günü şəfaət verə bilərsiniz?! Quranda buyurulur: “Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şər’i hökmləri) xatırlayın. Həqiqətən, Allah daim ən kiçicik xırdalıqları belə görəndir və (hər şeydən) xəbərdardır”. (“Əhzab” 34). Bu ayədə xitab olunanlar Peyğəmbərin (s) həyat yoldaşları olsa da, lakin bütün müsəlmanlara aid olan əməldən bəhs edir – Quranı əzbərləmək və Peyğəmbər (s) sünnətinə əməl etməkdən. Quran əzbərləmək – Məsumlarımızın (ə) həmişə ən çox diqqət etdiyi mühüm mövzulardan olmuşdur. Onlar daima Quranı hifz etməyə və tilavət etməyə təşviq etmişdilər. İmam Sadiq (ə) buyurur: “Quran hafizi ki, ona əməl edər – mələklər, peyğəmbərlər və salehlərlə yoldaş olar”.
Əmirəl-möminin (ə) buyurur: “Quranı tilavət edin və onu yadda saxlayın. Çünki o qəlbdə ki, Quran olar – Allah ona əzab etməz”....


Qiyamət günü 3 ağır zaman hansı zamanlardır?


Qiyamət günü 3 ağır zaman hansı zamanlardır? Bir nəfər İslam Peyğəmbərindən (s) soruşur: “Qiyamət günü dostlar yada düşürmü?”. Peyğəmbər (s) cavabında buyurur: “Üç halda heç kəs heç kəsi yada salmaz:
1. Tərəzinin yanında ki, insanın o zaman bütün fikri onda olar ki, günah yükü ağırdır, yoxsa yüngül?
2. Sirat körpüsünün yanında ki, insanın bütün fikri bu cəhətdə olar ki, ondan keçə biləcəkdirmi, yoxsa bacarmayacaqdır?
3. Əməl dəftəri paylanan zaman ki, insanın bütün fikri onda olar ki, əməl dəftəri sağ əlinə veriləcəkdir, yoxsa sol əlinə?...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter