İnsanın əməl naməsi nə vaxt bağlanır?


Toy salonunda işıqları söndürüb qaçan adamı ədalətlə cəzalandırmaq üçün işığın sönməsi nəticəsində baş verən bütün hadisələr nəzərə alınmalıdır. Bəli, qaranlıq səbəbindən qab-qacağın sınmasında, adamların pilləkəndən yıxılmasında, uşaqların qorxmasında, bir sözlə, tədbirin pozulmasında həmin şəxs təqsirkardır. Quran buyurur ki, həm əməllər, həm də onların nəticələri yazılır. (“Yasin”, 32.) Hədisdə deyilir ki, yaxşı bir işin bünövrəsini qoyan adama sonralar da bu işi görənlərin savabı verilir. Eləcə də, insanlar üçün pis bir yol düşünən adam o yolu gedən bütün adamların günahına şərikdir. (“Kənzül-Ümmal”, h. 430. 79.)...


Hansı hallarda xalq fiziki gücdən istifadə edə bilər?


Əgər hansısa bir ölkədə İslam dövləti olmazsa, ya mövcud İslam dövləti zəifləyib əlindən bir iş gəlməzsə və xalq dinin ciddi təhlükə ilə üzləşdiyini hiss edərsə, belə yerdə həmin xalq münkər əleyhinə qiyama qalxmalıdır. Bu qiyam İslam həqiqətlərinin, İslam hökmlərinin qorunub saxlanması və insani dəyərlərin cəmiyyətdə dirçəldilməsi üçündür.
Ola bilər ki, cəmiyyətdə istər əqidədə olsun, istərsə də əməldə zülmün qarşısını alacaq qədər güclü İslam dövləti olmasın. Və ya dövlət kafir və ya islami dövlət adı altında hökumət edənlər əslində münafiq olsunlar...


İnsan hansı yolla qəlbini ilahi məhəbbətlə işıqlandıra bilər?


İnsan Allahın nemətlərini düşündükcə Ona sevgisi artır. Hər bir məhəbbət insana verilən nemət və ona göstərilən xidmətə diqqətdən asılıdır. İnsan Allahın nemətlərini düşündükcə Ona sevgisi artır. Külək, yağış, günəş, dağlar, çəmənlər, qidalar, ailə, övlad, əql, elm, dil, göz, qulaq, gecə, gündüz, ayıqlıq, yuxu, azadlıq, seçim imkanı, yaxşılığa meyl, pisliyə nifrət insan ömrünü iflic vəziyyətdən çıxaran ümumi nemətlərdir. Bilirsinizmi iki-üç gün susuz, yuxusuz, ac qalan insan nə vəziyyətə düşür?!...


Möminlər arasında münasibət necə olmalıdır?


İslam peyğəmbəri (s) buyurub: “Mömin möminin güzgüsüdür.” (“Bihar”, c. 71, s. 270.)
Güzgü kimi, bir-birimizin həm gözəl, həm də nöqsanlı cəhətlərini görək. Güzgü kimi hər şeyi olduğu kimi, böyüdüb kiçiltmədən göstərək.
Güzgü kimi insanlarla üz-üzə durub danışaq, xəlvətdə yox. Sevirəm ki, dostlar bir ayna kimi.
Hər zaman üzümə deyə eybimi. Min dilli daraq tək gəzib xəlvəti, Nə pisdir edələr tük-tük qeybəti. Güzgü kimi başqalarının nə deyəcəyini düşünməyək...


Nə üçün dini hökmlərdə müctəhidə təqlid edilməlidir?


Agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdı. Həyatımızda elə bir sahə yoxdur ki, mütəxəssisə ehtiyac olmasın. Din bilicisi olan müctəhidlər özləri də xəstələndikləri vaxt həkimə müraciət edirlərsə, həkimin dini məsələdə müctəhidə təqlid etməsi nə üçün təəccüb doğurmalıdır.
Quran buyurur: “Bilmədiyinizi zikr əhlindən soruşun.” (“Nəhl”, 43.) Diqqət etməliyik ki, söhbət adi alimdən yox, təqva sahibi olan zikr əhlindən gedir.
Rəvayətlərə əsasən agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdır. Sənədsiz ev, avtomobil qeyri-qanuni hesab olunduğu kimi, təqlidsiz əməl də batildir.


Quran nəzərincə, başqalarına nə dərəcədə kömək etməliyik?


Böyük nasosun görə bilmədiyi işi kiçik şpris görür.
Quran buyurur ki, bütün yardımlarınızın mükafatı var. (“Səba”, 39.) Həm az, həm də çox köməyin əvəzi var. Bəzən suya atılmış bir sarı yarpaq bir dəstə qarışqa üçün gəmi olur. Küçədə qoyulmuş avtomat telefonla danışmaq üçün kağız pul kara gəlmədiyi kimi, bəzən başqalarının da böyük yox, çox kiçik köməyə ehtiyacı olur. Yaranı bağlamaq üçün adyal yox, bir qarış cuna kifayətdir. Böyük nasosun görə bilmədiyi işi kiçik şpris görür...


Çürümüş bədənlər qiyamət günü necə diriləcək?


Otdan süd çıxaran Allah ölünü... Bir neçə misala nəzər salaq:
1. Nehrəyə bir qədər qatıq və su töküb çalxalayın. Yağ dənəciklərinin bir yerə yığışdığını görəcəksiniz. Allah da yeri hərəkətə gətirməklə əzaları bir yerə toplayacaqdır. (“Zilzal”, 1.)
2. İnsanın yarandığı nütfə müxtəlif qidalardan zərrə-zərrə toplanır. Torpaqdakı maddələr buğdanın meyvənin canına sovrulur, sonra insan orqanizminə keçib nütfəni formalaşdırır. Demək, insan torpaq zərrələrindən vücuda gəlir...


Spirtli içkilər nə üçün murdardır?


Cаvаb: İslамdа bir şеyin мurdаr sаyılмаsının sәbәblәri vаr: Әvvәlа, zаtәn pаk оlмаyаn şеylәr мüхtәlif хәstәliklәr üçün мәnbә оlur. Мәsәlәn, nәcis, qаn, sidik bu bахıмdаn İslамdа мurdаr sаyılır. İkincisi, zаhirәn çirkin görünмәyәn vә мәnәvi bахıмdаn pаk sаyılмаyаn şеylәr vаr. İslам, мәsәlәn, kаfirlәri bu bахıмındа мurdаr sаyır. Bеlә bir мurdаrlıq yuyunмаqlа, tәмizliyi qоruмаqlа аrаdаn qаlхмır. İslам hәмin insаnlаrı мurdаr sаyмаqlа мüsәlмаnlаrı оnlаrlа ünsiyyәtdәn çәkindirir. Çünki еtiqаdsız insаnlаrlа ünsiyyәt insаnın ruhi pаklığınа zәrbә vurur. Әgәr мurdаr kаfirlәrlә ünsiyyәtә icаzә vеrilsәydi, bir çох nаdаn insаnlаr оnlаrın tәsiri аltınа düşә bilәrdi...


Müqəddəs Ərdəbilinin Həzrəti Musaya (ə) sualı qarşısında cavabı nə oldu?


Bu böyük alim bir gecə yuxuda Həzrət Peyğəmbəri (s) görür ki, Həzrət Musa (ə) da orada əyləşmişdi. Həzrət Musa (ə) Peyğəmbərə (s) sual verir ki, bu kişi kimdir? Peyğəmbər (s) buyurur: Özündən soruş. Həzrət Musa (ə) Müqəddəs Ərdəbilidən soruşur: “Sən kimsən?”. Alim cavab verir: “Mən Əhmədəm, Muhəmmədin oğlu, Ərdəbil əhlindənəm. Filan küçədə və filan evdə yaşayıram”.
Həzrət Musa (ə) təəccüb edir və deyir: “Mən sənin ancaq adını soruşdum və bu dediklərin nə üçündür?”. Alim cavabında deyir: “Aləmlərin Allahı sizə sual verəndə ki, sənin əlində olan şey nədir, bəs niyə bu qədər ətraflı cavab verdiniz?”. ““Ey Musa, sağ əlindəki nədir?” Dedi: “Bu, mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var”. (“Taha” 17-18)...


Özümüzü tanımaq üçün hansı 11 addımları atmalıyıq?


Hz Əlidən (ə) belə bir hədis nəql olunur ki hər kəs özünü tanıyarsa Allahını da tapar!
Özünü tanıma dedikdə, insanın öz nəfsini tanıması nəzərdə tutulur. Yəni, insanın öz müsbət və mənfi tərəflərini tanımasıdır. İnsan özünü tanıyarsa, kamala çata bilər.
Özünü tanımağın addımları:
Birinci addım. Birinci etməli olduğumuz iş odur ki, öz əlaqə və meyillərimizi, istedadlarımızı tanıyaq və həyatdan nə istədiyimizi dərk edək. Cismi, əqli, əxlaqi, dini, ictimai meyillərin agah olanını və agah olmayanını ayırd edək.
İkinci addım. İnsan özünə aşiq olduğu üçün, nəfsini hər cür nöqsandan və eyibdən pak hesab edər. Çünki insan kamala çatmağı sevir və əgər sevirsə, gərək özünü kamala çatmaqdan məhrum etməsin. İlk növbədə yaxşı əməllərə və əxlaqa bürünməyə səy göstərsin. Hər gün daxilindəki halı təhlil etsin. Özünü aldatmaqdan çəkinsin...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter