Şeytan (lən) sədəqənin əhəmiyyəti barədə nələri dedi?!


Bir zaman Peyğəmbər (s) şeytana bir neçə sual verir. O da həmin sualların cavabını verir. Həzrətin (s) suallarından biri bu idi: “Ey Məlun! Mənim ümmətimin sədəqə verməsi sənin üçün necədir və sədəqənin faydası nədir?”. Şeytan cavab verir: “Ya Rəsulallah! Sənin ümmətinin sədəqə verməsində altı xüsusiyyət və mənfəət vardır.
Əvvəl budur ki, sədəqə və bəxşiş etməklə nəinki insanın malı azalmaz, əslində sədəqə verənin malı hər gün artar.
İkincisi budur ki, sədəqə verməklə ömür uzanar və ani ölümlər və xoşagəlməz hadisələr aradan qalxar. Bu haqda gələn hədisdə oxuyuruq ki, sədəqə insanı 70 növ bəladan qoruyar.
Üçüncüsü budur ki, sədəqə verməklə insan zəngin olar və yoxsulluğu aradan gedər.
Dördüncüsü – sədəqə, onu verənə bədən sağlamlığı verər, müxtəlif dərd və ağrılardan nicat tapar...


Hansı dilənçilərə pul verə bilərik?


Dinimiz buyurur ki, dilənmək insan şəxiyyətini alçaldan əməldir, ona görə də ondan çəkinin. O kəs ki, dilənir, cəmiyyətin başqa üzvlərinin sayəsində dolanışığını qurmağa çalışır ki, bu da bəyənilən əməl deyildir. Lakin buna baxmayaraq, İslam dini rəhmət dini olduğu üçün müsəlmanlara göstəriş verir ki, dilənçilərə sədəqə verib onlara yardım etsinlər. Bəs hansı dilənçiyə yardım edə bilərik? Heç bir dilənçinin dediyi bəhanələr bizim üçün hüccət ola bilməz. Bizim ona yardımımız sadəcə Allah rizası üçün olmalıdır. Onun dediklərinin düzlüyü barəsində araşdırma aparmağa ehtiyac yoxdur. İmam Baqir (ə) buyurur: “Dilənçiyə bir şey verin, hətta əgər ata minmiş olsa belə”. Burada at bir metafordur. İmam (ə) buyurur ki, dilənçi zahirdə imkanlı görünsə də, dilənçilik etdiyi üçün ona bir şey verin, yardım edin. Çünki yardım üçün əlini sizə tərəf uzatmışdır...


Quran ayələrinə əsasən xəyanət edən şəxslərlə necə rəftar etməliyik?


Allah-Taala (c.c) Qurani-Kərimdə xəyanət və xəyanətkar haqda 6 surədə buyurur:
1-Ənfal surəsinin 58 ci ayəsində oxuyuruq: “(Ey Rəsul!) Nə zaman bir dəstənin xəyanətindən şübhələndin, onlara aşkarda elan et ki, sizinlə yazılan əhdlərimiz ədalətlə pozulur. Allah-Taala (c.c) xəyanət edənləri sevməz.
2-Nisa surəsinin 105-ci ayəsində oxuyuruq: “(Ey Rəsul!) Biz bu kitabı sənə həqiqət olaraq göndərdik. Bu kitaba əsaslanaraq insanlar arasında ədalətlə hökm edəsən. Xəyanətkarlara kömək edənlərdən olmayasan.
3-Yusuf surəsi, ayə, 52, 4-Həcc surəsi ayə, 38. 5-Nisa surəsi, ayə, 107...


Hz Peyğəmbər (s) meraca gedən zaman 4 dəstə qadınların əzabının hansı əməllərinə görə olduğunu söylədi?


Hz Əli (ə) buyurdular: Mən və Fatimə Hz Peyğəmbərin ağladığını gördük?! Dedim Ey Allahın Rəsulu (s)! Sizin ağlamağınıza nə səbəb oldu? Hz Peyğəmbər (s) buyurdu: Ey Əli! O zaman ki, (Merac günü) göylərə aparıldım ümmətimdən bir dəstə xanımların şiddətli əzab olduğunu gördüm! Onların əzab olmasının səbəbi bunlar idi:
1-Bir qadını gördüm ki, saçından asılmız və başı alovdan qaynayırdı! Bu dəstə xanımlar saçlarını naməhrəmdən qorumazdılar!
2-Bir qadını gördüm ki, ayağından atəş olan yerdə asılmışdır! Bu dəstə xanımları onlardırlar ki, yoldaşlarının icazəsi olmadan evdən çıxmışdılar!
3-Bir qadını gördüm ki, öz ətini yeyir və ayağının altından alov qaynayır! Bu dəstə xanımlar onlardırlar ki, özlərini bəzəyib başqalarına göstərmək istədilər...


Quran və hədislərə əsasən ölülərin ruhunun ailələri ilə görüşməsi mümkündürmü?


Əhli-Beytdən (ə) gələn hədislərə əsasən ölən şəxslərin ruhu yaxınları və ev əhli ilə görüşə bilirlər. İmam Sadiqin (ə) hədisinə əsasən: Ölülərin ruhunun yaxınları ilə görüşməsi onların saleh əməllərinə bağlıdır. Bu bir həqiqətdir ki, bu görüşmə Allahın icazəsi ilə həyata keçir. Eləcə də kafir və günahkar insanlar onların qəbir əzabının artmasına səbəb olan işləri görə bilirlər. Onlar üçün yaxşı işlər görünməz. Hz İmam Sadiq (ə) buyurur: Bəzi möminlər həftədə bir gün cümə günü öz ailəsini görməyə gedərlər. Mənbə: Furui Kafi kitabı, Kuleyni, cild: 2, səh: 62.


İslam maarifinə əsasən qəbir əzabını artıran əməllər hansılardır?


İslam maarifinə əsasən qəbir əzabını artıran əməllər ibarətdirlər:
1-İnsanlarla tünd rəftar edən və Allah bəndələrinin sözlərinə kobud cavab verən şəxslər qəbir əzabına düçar olarlar,
2-İnsanlar arasında söz gəzdirib aran vuraraq, fitnə törədənlər qəbir əzabına düçar olarlar.
3-Gücü olaraq məzluma kömək etməyən şəxslər qəbir əzabına düçar olarlar,
- Şeyx Səduqun Savabul-Əmal kitabının 111-ci səhifəsində gəlmişdir: Bəni-İsrail alimlərindən biri təharətsiz namaz qıldığını görə, məzluma qüdrəti ola-ola kömək etmədiyinə görə qəbir əzabına düçar oldu...


Hansı əməl sahibləri qəbir əzabından xilas olarlar?


İslam maarifinə əsasən bəzi insanlar qəbir əzabından xilas olunar və günah edən şəxslər kimi bərzəx sıxıntısı çəkməzlər:
1-O kəslər ki, Dördüncü günündən cümə namazına qədər dünyasını dəyişə,
2-O kəslər ki, dəfn olunan zaman meyyitin üzərinə iki goy ağac qoyula,
3-O kəslər ki, onların dəfni zamanı qırx nəfər meyyitin yaxşı adam olmasına şəhadət verə.
4-O kəslər ki, namazın rüku və səcdələrini layiqli yerinə yetirələr.
5-O kəslər ki, cümə günü nisa surəsini çox oxuya, Zuxruf surəsini oxumaqda davamlı olalar, gecə namazı qılalar və eləcə də... Mənbələr: 1-Həqqul-Yəqin kitabı, Əllamə məclisi, cild, 2, səh: 390...


Ölümdən qorxmamaq üçün hansı üç səhv düşüncədən xilas olmaq lazımdır?


İnsan ölümdən qorxar! Üç səbəbə görə: 1-Ölümü dərk etməmək, 2-Günah ölüm qorxusu yaradar, 3-dünya bağlılığı, puçluğdan qorxu. Bu üç qorxu səbəbindən xilas olmaq üçün ilahi dinlər insanlara tövsiyə edir ki,
1-Ölümün həqiqətini açıqlayan Peyğəmbərlərin (ə) sözləri əsasında tərbiyə olunsunlar.
2-İlahi dinlər tövsiyə edir ki, günahlara görə ölümdən qorxan insanlar gərək Allahın rəhmətinə ümidli olaraq tövbə etsin...
3-İlahi dinlər ölümü yox olmaq mənasında düşünərək qorxan insanlara tövsiyə edir ki, dünyaya gəlmə hədəflərini düzgün anlasınlar və dünya hazırlıq və həqiqi xoşbəxtliyə çatmaq üçün bir vasitəsdir...


Hz Əli (ə) oğlu İmam Hüseynə (ə) nələr haqda tösviyə etdi?


Hz Əli (ə) oğlu İmam Hüseynə (ə) nələr haqda tösviyə etdi?Hz Əli ibn Əbu Talibin, oğlu Hüseynə (Allah hər ikisindən razı olsun) nəsihəti❗
☑ Oğlum, bil ki, Cənnətdə heç bir pislik, Cəhənnəmdə isə heç bir xeyir yoxdur. Cənnətdən başqa hər bir nemət, Cəhənnəm odundan da başqa hər bir bəla, bir heç kimidir.
☑ Oğlum, bil ki, öz eyiblərini görən şəxs, heç zaman başqasında eyb tutmaz.
☑ Oğlum, Allahın ona böldüyü payla razılaşan şəxs, heç zaman itirdiyi bir şeyə görə təəssüflənməz.
☑ Oğlum, öz səhvlərini unudan şəxs, başqalarının səhvlərini böyüdər.
☑ Oğlum, özünü bəyənən kəs - yolunu azar, ağlını hamıdan yüksək tutan - alçalar, başqalarını səfeh sayan - söyülər, alçaqlara qarışan - rəzil olar...


Muhəmməd Peyğəmbər (s) axır zaman haqqda söylədikləri?!


Muhəmməd Peyğəmbər (s) axır zaman haqqda söylədikləri?!Muhəmməd Peyğəmbər (s) axır zaman haqqda söylədikləri
1. Bir zaman gələcək, insanlar yalnız pulu düşünüb, halal, haram düşünməyəcəklər.
2.Rüşvətə şirinlik adi veriləcək,gözdaği üçün günahsiz insanlar öldürüləcək
3. \"Peyğəmbərəm\" deyən insanlar meydana çıxacaq, halbuki məndən sonra peyğəmbər gəlməyəcək.
4. \"Məndən bir hədis söylənincə\" \"Rasulullah bu söyləməz, hədisi burax, Qurana bax!\" deyərək məni yalanlayanlar çıxacaq.
5. \"Qurandan başqa dəlil qəbul edə bilmərəm\" deyənlər çıxacaq.
6. Kafirlər üçün gələn ayələri Müsəlmanları günahlandırmaq üçün istifadə edəcəklər.
7. Sünnət bidət kimi çirkin, bidət sünnət kimi rəğbət qazanacaq. Sünnətə uyan qərib, yalnız qalacaq, bidətə uyan çoxlu yardımcı bulacaq...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter