Salam verən uşaq olsa belə cavabı vacibdirmi?


Şəriət baxımından salam vermək müstəhəb (savab), cavabını almaq isə vacibdir. Hətta namaz zamanı sənə salam verilsə gərək cavabını qaytarasan. Bu şərtləki “Səlam” kəlməsi əvvəldə deyilsin- məs: Əs-əlamu aleykum. Elə isə salam verənlərin sayında və yaşında fərq varmı? Bu halda vəzifəmiz nədir?
Cavab 1- Müməyyiz uşağın (pisi yaxşıdan ayıra bilən) salamının cavabı, istər qız olsun, istər oğlan böyüklərin verdiyi salamın cavabı kimidir.
Cavab 2- Əgər bir şəxs bir neçə dəfə salam versə bir cavab kifayət edir.
Cavab 3- Əgər bir neçə nəfərin verdiyi salamlar bir salam hesab olunursa bir cavab kifayət edir...


Hz Əli (ə) qadınlara hansı üç xislətə daha çox əhəmiyyətli yanaşmalarını tövsiyə edir?


Hz Əli (ə) buyurur: Qadına məxsus ən yaxşı 3 xislət bunlardır: Təkəbbür Qorxmaq Paxıllığ (Nəhcul-bəlağə. 243-ci hikmət)
1-Təkəbbür- Bu xislət qadın üçün sipər rolunu oynayır. Bu xislət yalnız ailə daxilində qadın üçün nöqsandır.
2-Qorxmaqlıq-Qadına həyanın və ədəbin əhəmiyyətini öyrədir. Öz həyası üçün qorxmayan insan daha nədən qorxsun?
3-Paxıllığ- Qadın üçün Paxıllığ, yəni yığıcılıq və qənaətkarlıq qadın üçün bir fəzilətdir. Çünki bu işi ilə o həm ailənin sərvətini, həm də qürurunu qoruyur.


İmam Həsən Əsgəri (ə) vəsiyyətində hansı əxlaqi tapşırıqlara diqqətli olmağı tapşırır?


İmam Həsən Əskəri (ə) Allahın yer üzündə İmamı olaraq, elm və hikmət çeşməsindən bəhrələnərək insanlara bir neçə nəsihət və tövsiyə edib. Hədis yazarlar da bu dəyərli kəlmələri yazaraq qoruyub bizə qədər gətirib çıxarıblar. İmam (ə) buyurub: Sizə vəsiyyət və sifariş edirəm:
1 – Allahdan qoxmağı, dində pəhrizkar olmağı və dinə diqqətli olmağı
2 – Allah üçün, Allah dini üçün çalışqan olmağı
3 – Pis və ya yaxşı adam olmasından aslı olmayaraq hər kəsin əmanətinə vəfalı olmağı
4 – Səcdələrininzi uzatmağı
5 – Qonşularla xoş davranmağı vəsiyət edirəm. Əgər belə etsəniz deyərlərki, bu şəxs Əhli-Beyt (ə) davamçısıdır. Bu zaman mən sizinlə fəxr edərəm.
6 – Bizim üçün bəzək olun, bizə üz qarası olmayın.


Hz Əli (ə) ibadətlərin mahiyyətini hansı kəlamı ilə izah edir?


Hər kəs Allahı müxtəlif şəkildə dərk edir və özündə bu dərkdən yaranan müxtəlif növ itaət formalaşdırır. Yəni onda yaranan itaətə meyillilik müxtəlif səviyyədə olur. Hz. Əli (ə) münacatlarının birində insanda formalaşan itaətin növlərinə işarə edərək buyurur:
“ İlahi mənim ibadətlərim nə cəhənnəm qorxusundan, nə də cənnət sevdasından deyil. Mən səni ibadətə, pərəstişə laiq bildiyim üçün ibadət edirəm. İmam (ə) bu kiçik həcmli cümlədə bütün ibadətin mahiyyət və fəlsəfəsini açıqlayır. Buna bənzər digər bir hədisində qorxu və savab niyyəti ilə olan ibadətləri məqbul hesab edir. Lakin bunları naqis bilir. İbadətin həqiqətini özünü unudub, sırf Allahı ibadətə laiq bilərək itaət etməkdə görür...


Bu 3 yerdə həya edib çəkinməyə ehtiyac yoxdur... İmam Əli (ə).


Hz İmam Əlinin (ə) qısa və böyük mənalı sözlərindən biri də budur: İmam Əli (ə) buyurdu:
Bu 3 yerdə həya edib çəkinməyə ehtiyac yoxdur: Qonağa xidmət etməkdə, Ata və müəllim üçün ayağa qalxmaqda, Balaca olsa belə haqqını almaqda. (Uyunul- hikəm vəl- məvaiz)
1-Qonaq qarşılamaq özü bir mədəniyyətdir.
2-Ata və müəllim elə bir ilahi nemətdir ki, onların əvəzi yoxdur.
3-Haqqını almaqdan çəkinmə! Hətta kiçik olsa belə! Bu şüardır. Həm də ruhlandırıcı, zalim qarşısında dık durmaq şüarı...


Hz Peyğəmbərin (ə) hədisi: İnsanı səadətə çatdıran 6 əməl nələrdir?


Həzrət Peyğəmbər (s) bu mübarək kəlamında bizlərə 6 göstəriş verir ki, hər kim onu yerinə yetirsə, səadət əhli olacaqdır.
1.Tövbə etmək. Tövbə Allah Təalanın bəndələri üçün açdığı nemət qapılarından biridir. İmam Səccad (ə) buyurur: “Allahım, o Sənsən ki, bəndələrinin üzünə qapını açmısan və adını da tövbə qoymusan”. Hər kim bu qapıdan girməyə qəflət edərsə, artıq bir üzrü qalmaz.
2.Yaxşı işlər görmək. Cavanlıq elə bir nemətdir ki, insan onu tez əldən verər. Ona görə də bu rahatlıq dövrünü əldən verməzdən əvvəl yaxşı işlər yerinə yetirməlidir ki, qocalan zaman onun bəhrəsini görə bilsin.
3.Allahla rabitəni islah etmək. İnsanlar hadisə ilə üzləşən zaman üç dəstəyə bölünürlər: Bir dəstə insanların ağzına baxarlar, Bir dəstə insanların dediklərinə yarım nəzər salarlar. Yarım nəzər də İlahi göstərişlərə salarlar...


Can verən insanın ölən zaman gördüyü 5 şey nələrdir?


Can verən insanın ölən zaman gördüyü 5 şey nələrdir?Can verən insan ölüm yaxınlaşan ana yaxın dünyada görmədiklərini müşahidə etməyə başlayar. Ona görə də bu zamana müayinə deyirlər. Can verən insanın qeyb gözü açılar və mələkut aləmini sirləri onun üçün aşkar olar. Can verən insanın gördüyü 5 şey nədir?
1. Mələklər. “O kəslər ki, mələklər, canlarını onlar pak olan halda alarkən (onlara) «Salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə daxil olun» deyərlər”. “Nəhl/32)
2. Hz Peyğəmbəri (s) və başqa Məsumları (ə) görər. İmam Sadiq (ə) buyurur: “Elə bir insan yoxdur ki, ölümü gəlib çatsın, məgər o halda ki, Peyğəmbər (s) və Məsum İmamların (ə) hamısı onun yanında hazır olarlar. Belə ki, onları görər. Əgər can verən mömindirsə, onları müşahidə edən zaman eşq bəsləyər. Əgər mömin olmazsa, onları müşahidə edən zaman onları düşmən bilər. Onlarla görüşməyə əlaqəsi olmaz”...


“Allaha yardım edin” ayəsində məqsəd nədir?


“Bu ayə möminləri Allah yolunda mübarizəyə təhrik edir və onlara kömək, qələbə vədə verir. “ Allaha köməkdən “ məqsəd Allah yolunda cihad və mübarizədir. Həmçinin məqsəd Allah dininin və haqq kəlmənin ucaldılmasıdır. Cihadda məqsəd təkcə o deyil ki, döyüşüb şücaət və hünər göstərəsən, qənimətlər əldə edəsən. (Məqsəd Allahın dinini və haqq kəlmə olan la ilahə illəllahı yayasan). Həmçinin “Allah da sizə yardım edər” ayəsindən məqsəd Allah sizin üçün qələbə təmin edər deməkdir. İmanın laziməsi və şərtlərindəndir ki, insan Allah dininin yayılması və genişlənməsi üçün əməli fəaliyyət göstərsin. Allah dini yolunda (hər növ) cihad da bu göstəricilərdəndir. Hər kim öz fikri, dili, əməli ilə Allah dininə yardım etsə, Mütəal Allah da ona yardım edər. Allahın xeyir-bərəkətini almaq insan səyindən asılıdır”. (Təfsiri Mizan. C-18. S-346)...


Hz Yəqub (ə) Oğlu Yusif (ə) və Binyamindən ayrı düşdü. səbəbi nə idi?


... Həzrəti Yaqubun (ə) başına gələn çətinliklərin, övladları Yusif (ə) və Binyamindən (ə) bir müddət ayrı qalmasının səbəbi də bu növ “tərki ovla” idi. Hədisdə buyurulur:
“Yaqub (ə) peyğəmbər Yusifin (ə) ardınca Binyaminin də Misirə getməsindən sonra çox ağlayır və dua edib deyir: İlahi mənə rəhm etmirsən? Məndən üz çevirmisən? İkinci oğlumu da məndən aldın? Allahdan vəhy nazil olur: “Əgər Yusif və Binyamini öldürsəm sənin üçün dirildərəm və sizi bir daha bir yerdə qərar verərəm. Ey Yəqub yadındadırmı? Bir dəfə bir qoyun kəsdin və yediniz. Qonşunda oruc tutmuş bir şəxs vardı. Sən o qoyundan heç ona vermədin.” O gündən Hz. Yaqub (ə) peyğəmbər hər gün günorta və axşam ətrafa cər çəkər, bir fərsəxə qədər (5km.) olan insanlar o Həzrətin süfrəsindən nəsiblərini almağa gələrdilər. (Bihar. C-12. S-264)


Axirət üçün yığılan ən pis ehtiyat nədir?


İmam Əli (ə) “Nəhcul-bəlağə”nin 221-ci xütbəsində buyurur: “Axirət üçün ən pis ehtiyat – (Allah) bəndələrinə zülm etməkdir”. Dünya elə bir yerdir ki, hər kəs onda bir qədər qalıb, sonra tərk edər. Hər kəs axirəti üçün azuqə və ehtiyat toplayar.
Əgər insan zülm edərsə, bu günahı ancaq tövbə ilə yuya bilər. Əslində azuqə və ehtiyat elə bir şey olmalıdır ki, səfərə çıxan insana bu yolda yardım etsin və ona məqsədinə çatmaq üçün kömək etsin. Əgər insan bu səfər azuqəsi yerinə, yəni yeyəcək və içəcək yerinə bir ovuc torpaq götürərsə, o zaman həmin səfərdə ac qalar və həlak olar. Ona görə də insan hələ dünyada olan zaman ehtiyat gördüyü axirət azuqəsinə diqqət etməli və onun ən yaxşısını seçməlidir. Pisindən çəkinməlidir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter